1. Klinik psixologiyanın predmeti


Hipnosuggestiv psixoterapiya



Yüklə 167,82 Kb.
səhifə26/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
klinik ümumi cavablar

Hipnosuggestiv psixoterapiya. Hipnozun müalicə təcrübəsində tətbiqinə aid külli miqdarda ədəbiyyatın mövcud olmasına baxmayaraq, bu məsələdə anlaşılmazlıqlar yenə də mövcuddur. Bir çoxları belə hesab edir ki, hipnoz və təlqin vasitəsilə nəinki sinir sisteminin funksional xəstəliklərini, hətta ağır psixozları, bir çox somatik xəstəlikləri, beynin üzvi patologiyası nəticəsində meydana çıxan iflicləri, korluğu, karlığı bə s. müalicə etmək mümkündür. Hal-hazırda elmi təbabətdən xəbəri olmayan, özünü ekstrasens adlandıraraq əslində hipnoz və təlqindən istifadə etməklə əhali arasında “həkimlik” edən adamlara tez-tez rast gəlinir. Belələri sadəlövh şəxslərin üzərində təcrübə apararaq əhalinin müəyyən hissəsini öz “ecazkar qüvvələrinə” inandıra bilirlər.
Hipnoz hansı xəstəlikləri müalicə edə bilər sualına görkəmli alman psixiatrı E.Krepelin demişdir:” Bəzən xəstənin razılığı olmadan belə onu hipnoz etmək və uzun müddət onun hisslərinə, fikirlərinə və iradəsinə hakim ola bilmək üsulu ruhi pozuntuları müalicə etməklə məşğul olan həkim –psixiatr üçün böyük imkanlar yaradır. Təssüf ki, təcrübə cüzi dərəcədə bu fikri doğrulda bildi.” Krepelin öz fikrini açıqlayaraq yazırdı ki, ruhi sağlam şəxsləri hipnoz təsiri altına alaraq onların ağrı və iztirablarını qısa müddət ərzində nə qədər müvəffəqiyyətlə aradan qaldırmaq mümkündürsə, ruhi xəstələrə bu üsulu tətbiq etmək bir o qədər şətindir.
29.Hipnoz nəzəriyyələri

30.Psixi sağlamlıq


Sağlamlıq istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal, istənilən ağrının və xəstəliyin olmadığı vəziyyətdir. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
Psixi sağlamlıq isə insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda, sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü büruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə də sıx bağlıdır. Cəmiyyətin hər bir üzvünün psixi sağlamlığı ümumən cəmiyyət haqqında müəyyən qənaətə gəlməyə imkan verir. Cəmiyyətdə baş verən proseslərin proqnozlaşdırılması, sosial sabitliyin mühüm şərti onun hər bir üzvünün psixi sağlamlığından asılıdır. Çox təəssüf ki, mütəxəssislər bu məsələnin həllində diqqəti psixi sağlamlığı şərtləndirən amillərin araşdırılmasına deyil, əksinə, psixi pozuntuların reabilitasiya və korreksiyası məsələlərinə yönəldirlər. Müasir dövrdə psixologiya elminin əsas vəzifələrindən biri də cəmiyyətin psixi sağlamlığının qorunması olmalıdır.
Psixi sağlamlıq anlayışı norma-patologiya, sağlamlıq və xəstəlik anlayışları kontektsində nəzərdən keçirilir. Əslində, sağlamlıq və xəstəlik bir-birini tamamlayan anlayışlardır. Görkəmli rus psixiatrı P.B.Qannuşkinin fikrincə, sağlamlıq və xəstəlik halları arasında heç bir köklü fərq yoxdur, əksinə, bu iki fenomen arasında zəruri əlaqə var. Belə ki, patalogiyada normada olduğu kimi eyni qanunlar və qüvvələr işləyir. İnsanın iki mövcudluq forması –sağlamlıq və xəstəlik arasında fərq yalnız ondadır ki, xəstəlik zamanı orqanizmin funksiyaları arasında normada müşahidə olunan mütənasiblik-qarşılıqlı harmoniya pozulur. Psixi sağlamlıq tək psixi pozuntuların olmaması demək deyil. Belə pozuntuları olmayan bir çox insanların da psixi problemləri var. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur.
Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.
Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir.
Müharibələr və digər fəlakətlər psixi sağlamlığa və psixoloji rifaha ciddi təsir göstərir. ÜST-ün hesablamalarına görə fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq, 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir.
Hər birimiz nəinki özümüzün, hətta ətrafımızda olan insanların da psixoloji cəhətdən sağlam olub-olmadığını həmişə düşünməliyik. Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır: “Sağlam ruh necə olur?” Qəribə də olsa deməliyəm ki, bu suala konkret cavab yoxdur. ”Anormal” haqqında saatlarla mühazirə oxuya biləcəyimiz halda “normal” necə olur sualına həmişə aciz olmuşuq. Aristotel yazırdı ki, bir miqdar dəliliyin qarışmadığı ruh halı yoxdur. Bu məntiqlə yola çıxsaq, ruhi sağlam insan yoxdur. Bəs gəlin görək ruhi sağlamlıq nədir? Ruhi, psixoloji sağlam insan necə olmalıdır? Saglamlıq nədir?
ÜST-ün sağlamlığa verdiyi tərif belədir ki, insanın təkcə xəstəliklərə tutulmaması, bədəncə sağlam olması onun sağlam olmasına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı ruhi tarazlığı da yerində olmalı və sosial yöndən yaxşı təmin olunmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, bədənin sağlam olması deyəndə çox konkret olaraq onun xəstəliklərə tutulmamasını nəzərdə tuturuq. Ruhi sağlamlıq haqqında, təəssüf ki, belə konkret izah vermək çətindir. Olduqca mücərrəd məfhum olan “ruh” anlayışı müxtəlif dövrlərdə, müxtəlif fəlsəfi cərəyanlarda, müxtəlif kültürlərdə fərqli qəbul olunub. Biraz daha konkretləşdirsək müasir psixiatriyanın, psixologiyanın məşğul olduğu “ruh” anlayışı klassik dini mənasından xeyli fərqlənir. Məsələyə bioloji, kimyəvi proseslər də qoşulduğu üçün xeyli qəlizləşməklə yanaşı, artıq daha konkret məfhum olmuşdur.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin