1. Klinik psixologiyanın predmeti


Hafizə prosesində psixi pozuntular



Yüklə 167,82 Kb.
səhifə4/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   2   3   4   5   6   7   8   9   ...   37
klinik ümumi cavablar

3. Hafizə prosesində psixi pozuntular

  • Hafizənin patologiyası sahəsində tədqiqatlar ümumpsixoloji nəzəri biliklərin artmasına təsir göstərdi. Hər bir mnemik fəaliyyətin gedişində beyinin müəyyən strukturları və mexanizmləri əsas rol oynayır.

  • Hafizənin patologiyasını tədqiq edərkən diqqəti cəlb edən aşağıdakı məsələləri aydınlaşdırmaq lazımdır:

  • 1.Mnemik prosesin dinamikası;

  • 2.Mnemik fəaliyyətin qurluşuunun vasitəli və vasitəsiz, ixtiyari və qeyriixtiyari yadda saxlama kimi olması problemi ;

  • 3.Hafizənin motivasiya komponenti problemi.


    • 1.Mnemik fəaliyyətin dinamikasının pozulması dar mənada hafizənin pozulması deyil həm də bütün psixi proseslərin fasiləli işləməsidir. Belə xəstələrdə tez yorulma əqli iş qabiliyyətinin qeyri-sabitliyi müşahidə olunur. Hafizənin dinamik tərəfi pozulan xəstələr adətən müəyyən vaxt ərzində verilən material ıyaxşı yadda saxlayır və söyləyir. Lakin qısa fasilıdən sonra bunu edə bilmirlər.

    • 2.Hafizənin vasitəsiz pozulması. Korsakov sindromu. Ağır alkoqol zəhərlənməsi zamanı ilk dəfə S,S. Korsokov tərəfindən açıqlanmışdır.

    • Bu halda xəstə keçmiş hadisələri yaxşı yadda saxladığı halda yeni baş verənləri tamamilə yaddan çıxarır. Hafizənin belə pozulması yeni hadisələrə konfabulyasiyalarla zəngin olur, zamanda və məkanda bələdləşmə olur. Belə xəstələr öz uşaqlıq və məktəb illəri haqqda hər şeyi dəqiq yadda saxladığı halda bu gun naharda nə yediklərini yada sala bilmirlər. Ekspermentlər göstərmişdir ki, Korsakov sindromu olan xəstələrdə yada salma prosesi pozulur lakin lakin iz buraxma prosesi pozulmur. Konfabulyasiyalar (olmayan hadisələrlə yadda çıxanların yerinin doldurmaq) vasitəsilə korsakov sindromlu xəstələr vəziyyətdən çıxmağa çalışırlar.

    • Proqressləyən amneziya. Bu zaman hafizənin pozulması təkcə yeni hadisələrin yaddan çıxması kimi deyil, həm də keçmişdə olanların da yada düşməməsi kimi müşahidə olunur. Belə xəstələr keçmiş haqqda heç nə bilmir onu hal-hazırki zamanla qarışdırır, hadisələrin xronologiyasını qarışdırır, məkanda və zamanda bələdləşməni bilmir. 60-80 yaş arasında olan xəstələr üzərində aparılan tədqiqatlar göstər ki, “on sözün öyrənilməsi” vasitəli yadda saxlama metodikaları aparılarkən verlən “yadda saxla” təlimatı onlar tərəfindən qəbul edilmədi. Hafizənin həcmi təxminən 4 söz səviyyəsində oldu, vasitəli yadda saxlama nəticəsində isə heç bir söz yadda salıb deyə bilmədilər. Bəzi xəstələrdə yadda saxlama gah artırdı gahda azalırdı bu isə xəstələrdə mnemik proseslərin qeyri sabit olması omların tez yorulması ilə əlaqədar idi.

    • 3. Hafizənin motivasiya kompenetinin pozulması. Sağlam adamlar üzərində aparılan ekspermental psixoloji tədqiqat göstərdi ki, istənlən tapşırığı yerinə yetirərkən onlarda müxtəliv motivlər formalaşırdı , yəni bəziləri özünü yoxlamaq istəyirdi, bəziləri maraqlanırdı , digərləri bunu öz borcu hesab edirdi. Beləliklə hafizə - motivi olan fəaliyyətdir. Eksperment zamanı bəzi tapışırıqlar tamamlandı, bəziləri isə yarmçıq qaldı.

    Ekspermentdə iştirak edənlər verilən tapşırıqları yadda salanda yarımçık qalanlar ilk növbədə sadalanırdı. Lakin xəstələrdə başqa qanunauyğunluq üzə çıxdı. Psixi halda emosional zəiflik, əyilmiş motivəri olan şizofreniyalı xəstə tamamlanmamış tapşırıqları heç də ilk növbədə yadda salmadı. Eplepsiyalı xəstələr emosional ustonovkaların hipertrofiyası nəticəsində əsasən yarmçık qalan tapşırıqları yadda salırdılar. Beləliklə mnemik fəaliyyətin pozulmasında xəstənin motivasiya sahəsinin struktur pozuntları öz əksini tapır.

    • Hafizədə olan pozuntlar iki qrupa bölünür.

    • 1..Hafizənin kəmiyyət pozuntları

    • 2.Hafizənin keyfiyyət pozuntları

    • Hafizənin kəmiyyət pozuntlarrına aşağıdakılar aiddir.

    • 1..hipermneziya

    • 2..hipomneziya

    • Hipermneziya- hafizənin güclənməsilə xarakterizə olunur. Təsadüfi hallarda yaddasalmanın zəifləməsi müşahidə oluna bilər.

    • Hipomneziya- hafizənin zəifləməsinə (enməsinə) deyilir. Hipomneziya başlıca olaraq depresiyalarda qocalıq psixozlarında beyinin travmatik xəstəliklərində müşahidə olunur.

    • 2..Hafizənin keyfiyyət pozuntlarına aşağıdakılar aiddir

    • 1.. kriptomneziya

    • 2..anekforiya

    • 3..psvedoreminisenisiya

    • 4..konfabulyasiya

    • 1.Kriptomneziya-(kurtos yun. Gizli, mneziya yaddaş) başqasının başına gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan yaddaş pozuntusudur.

    • 2..Anekforiya- yadda salmanin cətinləşməsi ilə xarakterizə olunan pozuntudur. Deyləcək sözün (fikrin) əvvəlini şəxsin yadına salan kimi hər şey yadda düşür.

    • 3.Psevdoreminisenisiya- yanlış yalançı yaddaş xatırlamaları olub hadisələrin vaxtının tarixinin təhrif edilməsi ilə xarakterizə olunur.

    • 4.Konfabulyasiya- heç vaxt baş verməmiş və baş verməsi mümkün olmayan fantastik məzmunlu hadisələrin “xatırlamasına” deyilir. Məs. 60 yaşlı xəstə öz palata yoldaşına danışır ki, Bakı şəhərini 1930-cu ildə mən saldırmışam

  • 1   2   3   4   5   6   7   8   9   ...   37




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin