Duyğu orqanları vasitəsilə obyektiv varlığın mərkəzi sinir sistemində əks olunmasına qavrama deylir. Qavrama aktiv proses olub digər psixi funksiyalarla sıx əlaqdardır. Məsələn insanın əhval-ruhiyyəsi maraq darəsi və intellektual səviyyəsindən asılı olaraq əşya və hadisələr müxtəlif cür qavranıla bilər.
Qavranmanın pozuntları 4 qrupa böçünür:
1)aqnoziyalar
2)illuziyalar
3)hallüsinasiyalar
4)psixosensor pozuntular.
Aqnoziya- qnozis(yun. Tanımaq), a-isə inkar mənasını ifadə edir, yəni tanımanın pozulması deməkdir. Bu duyğu orqanlarının anatomik və fiziloloji pozuntusu ilə deyil beyin qabığının ali interaktiv şöbələrinin zədələnməsi nəticəsində əmələ gəlir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola bilər.
Görmə aqnoziyasına nisbətən tez –tez rast gəlnir. Buna “ruhi korluq” da deyilir. Belə pozuntu zamanı xəstə hər hansı əşyanı baxmaqla tanıya bilmir. Lakin əli ilə toxunduqda düzgün qavraya bilir.
Eşitmə aqnoziyası ( buna ruhi karlıq da deylir) zamanı xəstə ona tanış olan səsləri, sözləri musiqi melodiyalarını başa düşmür. Aqnoziyalar başlıca olaraq beynin orqanik pozuntlarında, travmalar, şişlər, damar xəstəliləri və.s rast gəlinir.
Illuziya ( fr. aldadıcı təsəvvür deməkdir) başqa sözlə təhrif olunmuş qavramadır. Duyğu orqanlarına müvafiq olaraq illuziyalar beş formaya bölünür: görmı, eşitmə, qoxu, dad bilmə və taktil illuziyalar. Bəzən illuziyallar psixi cəhətdən sağlam adamlarda da müşahidə olunur. Illuziyalar bəzən fiziki və mənəvi yorğunluq nətticəsində meydana çıxa bilər.
Psixi pozuntu nəticəsində yaranan illuziyalar zamanı xəstə öz səhvini düzəltmək iqtidarında olmur.
Affektiv illuziyalar hissiyatın guclənməsi fonunda – qorxu, vahimə, gərginlik zamanı muşahidə olunur. Xəstə divarda asılmış paltonu evə girmiş oğruya, ağacın əyri budağın ona hücüm etməyə hazrlaşan ilana bənzədir.
Verbal (lat. Söz nitq) illuziyalar zamanı xəstə ətrafdakı adamların adi söhbətlərini onun ünvanına deyilmiş təhqir kimi qavrayır.
Hallüsinasiya (lat. qarabasma, sərsəmləmı deməkdir). Hazırda xəstənin qavrama sferasında olmayan əşyaların hadisələrin yalançı qavrama obrazlarının yaranmasıdır. Yəni obyektsiz qavramadır.İlluziyalar kimi hallunasiyalar da duyğu orqanlarına müvafiq olaraq beş formada təsadüf olunur (görmə, eşitmə qoxu dad və taktil hallunasiyaları) . məs. Eşitmə hallünasiyasında xəstə kiminsə onu çağırdığını söyləyir.
Hipnohagik hallünasiyalar yuxu ilə ayıqlıq arasında yəni mürgüləmə fazasında rast gəlinən hallünasiyalardır. Belə hallünasiyalar bəzən mürrəkkəb səhnələri xatırladır, ayıldıqda yox olur.
Funksional hallünasiyalar isə real qıcıqlandırıclar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqda sonra o da yox olur.
Psixosensor pozuntlar- belə pozuntlar mərkəzi sinir sistemdə sensor sintez prosenin pozulması nəticəsində meydana çıxır. Metomorfopsiya adı altında təsvir olunan bu pozuntulara əsasən 3 formada rast gəlinir.
1.makropsiya- ətrafdakı əşyaların ölçüsündən böyük qavranılması
2.mikropsiya - əşyaların ölçüsündən kiçik qavranılması
Hallünasiyaların və psixosensor pozuntların ayrı- ayrılıqda və birlikdə pato fizioloji mexanizmini izah edən müxtəlif nəzəriyyələr yaranmışdır. Lakin bu nəzəriyyələrin heç biri klink psixologiyanı qane edən səviyyədə deyildi. o I .P Pavlov və onun şagirdləri tərəfindən ali sinir fəaliyyətinin fizioloji mexanizmlərinin tədqiqi qavrama pozuntlarının yaranma səblərinin öyrənilməsinə böyük təkan verdi. I . P. Pavlov belə bir nəzəriyyə irəli sürdu ki, yuxu zamanı beyin qabığını bütün hüceyrələri ləngmə prosesinə uğramır, onun bəzi sahələrdə “gözətçi məntəqələr” qalır. Həmin məntəqələrdə oyanma ləngiməyə nisbətən üstünlük təşkil edir, yuxugörmə və hallüsinasiyalar həmin məntəqlərin fəaliyyəti ilə əlaqədardır. (A.V.
İvanov –Smolenski)
Hallusinasiyaların kliniki və ekspermental tədqiqatlarının müəlifi sovet psixiatrı Y.A. Popov, İ.P.Pavlov məktəbinin elmi mülahizələrindən istifadə edərək izah etdi ki, Hallüsinasiyalar beyin qabığında baş verən hiptonik fazaların nətəcisində yaranır. Bu zaman zəif qıcıqlar güclü, güclü qıcıqlar isə zəif reaksiyalarla təzahür edir. Y.A. Papovun fikrincə əvvəllər qavvranılan hadisə və əşyaların izləri real olaraq təsir edən obyektlərə nisbətən zəif qıcıqlandırcı rolunu oynayır. Patoloji proses nəticəsində xəstə şəxsin beyin qabığında paradoksal vəziyyət yaranır, yəni bu zəif qıcıqlar güclü qıcıq mənbəyinə çevrilir və hallüsinator obrazlar yaradır. Beləliklə “gözətçi məntəqələr” və “hiptonik fazalar” haqqında İ.Ppavlov təlimi qavrama pozuntlarının patofizioloji məzmunu dərk etməyə imkan verən elmi nəzəriyyə sayıla bilər