1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə5/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   2   3   4   5   6   7   8   9   ...   37
klinik ümumi cavablar

4. İnetellekt pozuntuları

Intellekt va ya əqli qabiliyyət yaddaşla sız bağlı olub, ancaq onun əsasında yaranır. Belə ki, normal yaddaş intellekt üçün zəmin hazırlayır. Bildiyimiz kimi, həyatda yaddaşı o qədər də güclü olmayan, lakin zəngin intellektual qabiliyyətə malik adamlar vardır. Əksinə güclü yaddaşı olduğu halda intellekti zəif adamlar da olar. Deməli, intellek yaddaşa əsaslansa da, tamamilə ondan asılı deyil. Insanın hansı xüsusiyyətlərini intellektin əks etdirməsi bu günədək mübahisəlidir. Bəzi alimlər intellekti abstrak (mücərrəd) təfəkkür kimi qələmə verir, onu insanın məqsədəuyğun fəaliyyət forması adlandırır. ABS, İngiltərə və digər qərb ölkələrində intellekti müxtəif sınaqlar (test- lər) vasitesilə təyin edilen, ölçülə bilən psixi xilsusiyyət kimi qəbul etməyi təklif edirlər.
M.O.Qurevic intellekti hər bir şəxsin malik olduğu biliklərin, təcrübənin və potensial imkanlarin məcmusu kimi izah edir, basqa sözlə, toplanmış biliklərin fəaliyyeti adlandırır. İntellekt idrakın mürəkkkəb integral mərhələsisi olub əqli fəaliyyətin bir çox cəhətlərini əks etdirmək xüsusiyyətinə malikdir. LP.Pavlov inellekti, orqanizmlə xarici mühit arasında çoxcəhətli əlaqə yaradan əqli sistem adlandırmışdır.
Intellekt eyni zamanda fərdi olub hər bir şəxsin müstəqil inkişaf nəicesində yaranır. Intellektin səviyəsi şəxsin xasiyyətində, mədəniyyətində, davranışında, ümumiyyətlə, psixi fəaliyyətinin bütün formalarında özünü biruzə verir. Intellektin genişliyi, dərinliyi, çevikliyi və s. cəhətləri onun ayrı-ayrı xüsusiyyetlərini əks etdirir.
Intellekti geniş şəxslər eyni vaxtda olduqca çox sahəli-həyati prosesləri, ayrı-ayrı şəxslərin xüsusiyyətlərni, müxtəlif istehsalat sahələrinin spesifikasi bilir ve onlara öz münasibetini bildirirler. Təkamül nəzəriyyəsinin banisi C. Darvin, rus yazıçısı F. Dostoyevski, ictimai xadim, yazıçı ve hakim N. Nərimanovv intellekti geniş şəxslər olmuşlar.
Intellektin təzahür formalarından başlıcası nitqdir. Ona görə də intellektin pozulması, ağıl zəifliyi (kəmağıllıq) özünü, ilk növbədə, nitqde
Ağ zəifliyi 3 qrupa bölünür :

  1. Anadangəlmə ağil zəifliyi-oligofreniya (kəmağıllıq)


  1. Qazanılma ağ zaifliyi-demensiya

  2. Yalançı ağıl zəifliyi-psevdodemensiya

Oligofreniya va ya anadangalma agil zəif-
liyi (kəmağıllıq) etiologiyasi müxtəlif olan bir çox xəstəlikləri edir. Onlar hamısı üçün xarakterik olan iki əsas xüsusiyyət bunlardır:

  1. Müxtəlif dərəcəli intellektual çatmazlıq


  1. Bu çatmazlığın daimi xarakter daşıması

Oligofreniya başlıca olaraq irsi çatmazlıq (Daun xəstəliyi və. s) patoloji hamiləlik, ana bətninda dölün infeksiyaya va ya intoksikasiyaya məruz qalması, valideynlərdə narkomaniya, o cümlədən, alkoqolizm xəstəliyi ilə əlaqədar meydana çıxar. Bir sıra hallarda patoloji doğuş, o cümlədən, instrumental metodların düzgün tətbiq olunmaması, vaxtından əvvəl doğuş, körpə vaxtı müxtəlif beyin infeksiyalarına (meningit, ensefalit)
və ya travmalara məruz qalmaq nəticəsində də yarana bilər. Oligofreniya bir qayda olaraq, beynin ayrı-ayrı törəmələrinin inkişafdan qalması və ya beyin maddəsinin diffuz xarakterli destruktiv dəyişiklikləri ilə əlaqədar meydana çıxır. Ağıl zəifliyi özünü yalnız idrak prosesinin (əqli qabiliyyətin) zəifləməsindən deyil, bir sıra diger psixi proseslər da, o cümlədən, danışıq qabiliyyətinin, davranışın, şəxsi keyfiyyətlərin pozuntularında da göstərir. Belə adamlarda qavramanın, diqqetin, yaddaşın, mücərrəd təfəkkürün qeyri-normallığ, özünə qarşı tənqidin enməsi tipik əlamətlərdəndir. Oligofreniyalar haqqinda daha geniş məlumat xüsusi hissədə veriləcəkdir.
Ağıl zəifliyinin ikinci forması demensiyadır Qazanılmış ağıl zəifliyi va ya demensiya mərkəzi sinir sistemində gedən patoloji prosesin xarakterine göre iki yerə bölünür: a) qlobal (diffuz, demensiya zaman intellektual qabiliyyətin bütün sahələri pozulur, hissiyyat enir, özünütənqid itir, b) lokunar (hissəvi) demensiya zamanı ise şəxsi keyfiyyətlərin əsas cəhətləri mühafizə olunur, əmək qabiliyyəti, özünütənqid yüksek dərəcədə pozulmur. Müxtəlif xəstəliklərlə əlaqədar meydana çıxan demensiya klinik xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Məsələn, beyin hüceyrələrində gedən atrofik dəyişikliklərlə əlaqədar meydana çıxan demensiya zamanı (serebral ateroskleroz, Pik vı Altşeymer xəstəlikləri, beyin siflisi) başlısa əlamətlər aşağdakılardan ibarət olur: daima artan yaddaş zəifliyi və əqli qabiliyyətin azalma, nitqin, yan qabiliyyətinin pozulması. Belə xəstələr özlərini normal idarə edə bilmir, sərsəm və huşsuz görünürlər.
Epilepsiya xəstəliyi ilə əlaqədar meydana çıxan demensiya (epileptik demensiya) şəxsi keyfiyyətlarin kobud şəkildə dəyişməsi zamanı nitqin, baxışın, hərəkətlərin durğunluğu, təfəkkürün müfəssəlliyi, mimikada əks olunan donuqluq ve s. bu kimi əlamətlər diqqəti cəlb edir.
Hissəvi demensiya isə ateroskleroz, baş beyin travmalarında, parkinson, Henington xəstəlikləri nəticəsinde baş verir.
Ağıl zəifliyinin üçüncü forması psevdodemensiyadır. Bu sindrom bir sıra reaktiv hallarda, o cümledən, psixozlarla əlaqədar meydana çıxaraq müvəqqəti xarakter daşıyır. Yeni digər ağıl zəifliklərinden fərqli olaraq davamlı olmur.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin