1. Klinik psixologiyanın predmeti



Yüklə 167,82 Kb.
səhifə9/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
klinik ümumi cavablar

-Nekrofiliya –bütün cansız əşyalara meyl, həyata qarşı biganəlik, sadələşdirmək, bəsitləşdirmək cəhdi.
-Narsissizm – öz şəxsiyyətinə pərəstiş, özünə vurğunluq, hamını və hər şeyi şəxsi arzulara tabe etdirmək.
-İnsestual simbioz – azadlıqdan qorxma, başqalarından asılılıq, qüvvəni şəxsləşdirmək.
Son hədd kimi adları çəkilən təzahürlər tənəzzül sindromunda birləşərək ən aqressiv davranış formasında əks olunur.
Aqressiv davranışın tədqiqində digər istiqamət biheviorizmin görkəmli nümayəndəsi Bandura tərəfindən təklif olunmuşdur. Onun fikrincə aqressiyanın formalaşmasında vacib elementlər aşağıdakılardan ibarətdir;

  1. Aqressiv davranışı mənimsəmə üsulları;

  2. Aqressiyaya təhrik edən amillər;

  3. Aqressiyanın tənzimlənməsinə cavabdeh amillər.

Aqressiv davranışın ən dürüst tədqiqat metodu adi şəraitdə insanları müşahidə etməkdir. Laborator müşahidələrdən də aqressiyanın tədqiqat metodu kimi istifadə edilir. (“Bobo” adlı kukla ilə aparılan təcrübələr; Bass tərəfindən işlənib hazırlanmış və “Aqressiya maşını” adlanan təcrebə; Bass-Darkinin düşmənçilik və aqressiya şkalası daha çox şöhrət tapmışdır).
Aqressiv davranışın motivasiyası. Aqressiv əməllər törədən insanların rəhbər tutduğu motivlər aqressiyanın öyrənilməsində ən çox mübahisələr doğuran sahədir. Bu baxımdan Azərbaycan psixiatrı A.Ə.Manuçeri – Laleinin təklif etdiyi metod maraqlı görünür. O, narkotik maddələrin istifadəsi ilə əlaqədar yaranmış aqressiyanı öyrənərkən, motivasiyaların aşağıdakı tiplərini göstərmişdir:
-Dərk olunan motivlər –konkret məqsədə çatmağa yönəlmiş hərəkətlər. Buraya özünü və ətrafdakıları qorumağa, maddi mənfəət əldə etməyə, tamah məqsədi ilə törədilmiş, cinayəti gizlətməyə yönəlmiş aqressiya aiddir.
-Dərk olunmayan (psixodinamik) motivlər – sıxışdırılıb çıxarılmış, realizə olunmamış fikirlər, müxtəlif komplekslər, qeyri-yetkin müdafiə mexanizmləri. Belə aqressiv motivasiyaya daha çox psixopat şəxslərdə, seksual cinayət törədənlərədə rast gəlinir.

Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin