1. Klinik psixologiyanın predmeti


Onlardan bəzilərini nəzərdən keçirək



Yüklə 167,82 Kb.
səhifə16/37
tarix21.06.2023
ölçüsü167,82 Kb.
#133392
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
klinik ümumi cavablar

Onlardan bəzilərini nəzərdən keçirək:
1.İntihar edən öz əməllərinə tam cavabdehdir və öz həyatı ilə istədiyi kimi rəftar etmək hüqüqüna malikdir. Eyni zamanda suisidal fikirləri olan adamlar ziddiyyətli hisslərə malik olurlar.Bir tərəfdən onlar ölüm arzuladıqları halda, digər tərəfdən yaşamaq istəyirlər.
2.Əgər insan bir dəfə həyatdan getmək qərarına gəlirsə, suisid labüddür. Eyni zamanda məlumdur ki, suisudal cəhdlər daha çox kəskin həyati böhran dövründə yaranır və şəxsi böhrandan tam çıxan kimi suisid ehtimalı heçə enir. Ciddi suisidal fikirləri olmuş insanların çoxu uzun illər ömür sürürlər.
3.İntihar haqqında tez – tez danışan adamlar əslində heç vaxt özlərinə qəsd etmirlər. Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıq edirlər.
4.İnsanla onun suisidal fikirlərinin müzakirə olunması onun özünə qəsad etmək fikrini möhkəmləndirə bilər. Həqiqətdə isə, intihar etmək qərarına gəlmiş şəxsə qayğıkeş münasibət və həssas söhbət onun vəziyyətini yüngülləşdirir və intiharların qarşısını almağa imkan verir.
5.İntihar qəflətən törədilən impulsiv aktdır. İcra olunmazdan çox-çox əvvəl müşahidə olunan yüksək suisidal riskin xeyli əlaməti təzahür edir. Bir qayda olaraq suisid cəhdlərinin əksəriyyəti qabaqcadan planlaşdırılır.

RİSK FAKTORLARI
Praktiki iş zamanı psixoloqlar üçün intiharın risk dərəcəsinin qiymətləndirilməsi çox vacibdir. Bir qayda olaraq, göstərilən amillər (cədvələ bax) ayrı –ayrılıqda deyil, cəm halında çıxış edirlər.
Suisidin həyata keçirilməsinin mümkünlüyünü müəyyən edərkən yaş amilini nəzərə almaq vacibdir. Kiçikyaşlı uşaqlar praktiki olaraq intihar etmirlər. Bununla belə 7 yaşından sonra da suisidal cəhdlərə son dərəcə nadir hallarda olsa da rast gəlinir.
Belə hallar gözlənilməz olub, adətən hədə-qorxu çərçivəsindən kənara çıxmır. Əksər hallarda uşaq suisidlərini bədbəxt hadisələrdən fərqləndirmək çətinlik törədir. 15-24 yaşlı yeniyetmə və gənclərdə suisidlərin miqdarı kəskin artır. Çox guman ki, bu yaş dövrünə düşən həyati sınaqların artması əhəmiyyət kəsb edir. Təhsil müəssisələrində gərgin tədris prosesi, gələcək peşənin seçilməsi, əks cinslə ilk kontaktlar, gənclərdə orduda xidmət, sosial və şəxsi əlaqələrin genişlənməsi, həmçinin alkoqol və narkotiklərdən istifadə halları məhz bu dövrə təsadüf edir.
Orta yaş dövründə kişilərdə suisidlərin miqdarı azalır, qadınlarda isə artır. Bu zaman peşə mənsubiyəti daha çox əhəmiyyət kəsb edir. Həkimlər, əczaçılar, musiqiçilər, sığorta agentləri, həmçinin hüquq – mühafizə orqanları işçiləri arasında xeyli yüksək göstəriocilər açkar olunur. Bunu intihar etmək üçün vasitələrə yaxın olmaqla əlaqələndirmək çəhdləri inandırıcı görünmür.
Müasir psixoloji ədəbiyyatda “yanma” vəziyyətləri təsvir olunmuşdur. Həmin vəziyyət işdə həddən artıq fiziki və emosional gərginliyə məruz qalan, bacarıqsızlıq və peşəsinə yararsızlıq hissləri keçirən şəxslərdə qeyd olunur. 50-70 yaşlarında hər iki cinsin nümayəndələri arasında intiharların sayı nəzərə çarpacaq dərəcədə artır. Bu dövrdə tənhalıq hissi, həyat yoldaşının itirilməsi, labüd ölüm haqqında fikirlər, həmçinin sağlamlıqla əlaqədar problemlər meydana çıxa bilər. 75 yaşını keçmiş kişilər arasında suisidlər qadınlara nisbətən xeyli çox olur.



Yüklə 167,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin