1. Konfliktologiya müst


Mövzu 12. Kommersiya münaqişələrin həllində müqavilələrin rolu və hüquqi əsasları



Yüklə 488 Kb.
səhifə13/17
tarix13.05.2022
ölçüsü488 Kb.
#57886
1   ...   9   10   11   12   13   14   15   16   17
konfliktologiya 1 -1

Mövzu 12. Kommersiya münaqişələrin həllində müqavilələrin rolu və hüquqi əsasları

  1. Malların alışının həyata keçirilməsi

  2. Alış – müqavilə fəaliyyətinin təşkil olunmasının hüquqi əsasları

  3. Malın keyfiyyəti – kommersiya münaqişəsinin həllində onun rolu

1. Malların alışının həyata keçirilməsi

Kommersiyanı həyata keçirmək üçün, ilk növbədə mala malik olmaq, ikincisi isə - onu ucuz alıb baha satmaq imkanına malik olmaq istəyirlər. Ancaq bu halda mənfəət etmək olar.

Malların alışını ticarət müəssisələri – topdansatış mal dövriyyəsinin həyata keçirilməsi prosesini hüquqi və fiziki şəxslər yerinə yetirilir.

Alışın planlaşdırılması və həyata keçirilməsi zərurəti aşağıdakılardan ibarətdir:



  • alınan mallara alıcılıq tələbini nəzərə almaq;

  • satıcıların mallara olan təklifini nəzərə almaq;

  • malın real bazar konyukturuna uyğun gələn qiymətinə istiqamətləndirmək;

  • mal istehsalçılarına alıcılıq tələbinin daha yaxşı nəzərə alınmasına təsir edir;

  • ticarət müəssisələrinin mənfəətli təklifini nəzərə almalı;

  • malların çeşidinin formalaşdırılması zəruriyyətinin nəzərə alınması;

  • qabaqcadan işlənilmiş kommersiya strategiyasına əsasən hərəkət etmək;

Mal alışı fəaliyyəti aşağıdakı şərtlərə riayət edilməlidir:

  • mal göndərənlərin rəqabəti;

  • mal göndərənlərin sərbəst olaraq seçilməsi;

  • qiymətin sərbəst olaraq seçilməsi;

  • mülkiyyət formasından, asılı olmayaraq alqı-satqı sövdələşmələri zamanı tərəf- müqabilərin (partnyorların) bərabərliyi;

  • sövdələşmə üzrə tərəf-müqabilələrin bir-birləri qarşısında maddi və mənəvi (etik), hüquqi məsuliyyəti;

  • malın alışını həyata keçirən kommersiya işinin müstəqilliyi.

Malların alışı aşağıdakı kommersiya işinin aparılmasını tələb edir:

  • alıcılıq tələbinin tədqiq olunması və proqnozlaşdırılması;

  • əsas malgöndərənlərin axtarılıb tapılması və öyrənilməsi, onlarla əlaqədar olan mal təklifinin müəyyən olunması;

  • malgöndərənlərlə imkan daxilində daimi əlaqələri sahmana salmaq və ziddiyyətlərə yol verməmək;

  • malgöndərənlərə sifarişlərin və tələbnamələrin rəsmiləşdirilməsi;

  • mal göndərilməsi üzrə müqavilələrin hazırlanması, bağlanması və münaqişələrə yol verməməli;

  • malların istehsalçılardan, topdan mal satanlardan və digər mal­gön­dərənlərdən alışının təşkil olunması;

  • mal alışı fəaliyyətinə nəzarət, uçotun təhlilinin təşkili və ziddiy­yət­lərə yol verməməli.

Malgöndərənlərlə sıx əlaqələrin yaradılması uzunmüddətli müqavilə öhdəliklərin formalaşmasını, birbaşa əlaqələrin həyata keçirilməsini, nəzərdə tutur. Müqavilələrin şərtlərini pozmamaqla, münaqişələrə yol verməməlidir.

Pərakəndə ticarət müəssisələri tərəfindən malgöndərənlərə ilkin sifarişlərin verilməsi mal alışı fəaliyyətinin sabitləşdirilməsi formala­rın­dan biridir.

Tələbnamə - ticarət müəssisəsinin malgöndərənə ünvanlandığı və müəssisənin konkret dövr üçün mala olan tələbatı haqqında məlumatdır.

Sifariş, tələbnamədən fərqli olaraq, ticarət müəssisəsinin malgön­də­rə­nə ünvanladığı malların siyahısını özündə cəmləşdirən rəsmi tələbdir.

Tələbnamələr və sifarişlər yazılı formada verilir və uçota alın­ma­lı­dır. Ayrı-ayrı hallarda, məsələn, sadə çeşidli malların satışı, telefon və teleqraf (faks) üzrə sifarişlə yerinə yetirilə bilər.

Mal göndərişi müqaviləsinin hazırlanması və bağlanması, müxtəlif növ malgöndərənlərdən mal alışının həyata keçirilməsi nəzərdə tutul­muşdur.

Alış fəaliyyətinin təhlili, uçotu və ona nəzarət operativ olaraq yerinə yetirilməlidir:


  • tərəflərin mal alışı müqaviləsinə uyğun olaraq ödənilməsi;

  • göndərilən malların miqdarının və çeşidinin yoxlanılması;

  • göndərilən malların keyfiyyətinin, xüsusilə uzaq yerlərdən nəql olunmasının yoxlanılması;

  • göndərilən malların göndəriş müddətinə uyğun gəlmədiyinə görə iddiaların verilməsi;

  • uğursuz mal göndərişinin təcrübəsində kommersiya fəaliyyətinin dəqiqləşdirilməsi üçün əsaslandırılmış tövsiyələrin verilməsi.

Bütün hallarda alış fəaliyyətinin nəzarəti, uçotu və təhlili ancaq o, kommersiya fəaliyyətinin effektivliyinin və mənfəətin artmasına səbəb olur.

2. Alış- müqavilə fəaliyyətinin təşkil olunmasının hüquqi əsasları

Ticarət müəssisəsi tərəfindən malların alışını əmtəəşünaslar aparırlar. Malın satışını həyata keçirən ticarət zalının işçiləri də iştirak edirlər.

Malların alışı-satışı zamanı komissiya müqaviləsi bağlanılır. Müqa­vi­lələr ölkədə fəaliyyət göstərən qanunvericiliyə uyğun gəlməlidir. Mü­qa­vi­lələr o zaman bağlanılmış hesab edilir ki, tərəflər bütün əhəmiyyətli möv­qelər üzrə razılığa gəlmiş olsunlar. Bunlara əməl olunarsa, tərəflər arasında münaqişələr də olmaz.

Müqavilələr, bir qayda olaraq, iştirakçı-müəssisələrin birinci şəxsləri və yaxud onların səlahiyyətli müavinləri tərəfindən imzalanır.

Mal göndərişi müqaviləsində, sahibkarlıq fəaliyyətini həyata keçirən malgöndərən, özünün istehsal etdiyi və yaxud aldığı malı müəyyən olunmuş müddətdə alıcının sərəncamına verməyi öz öhdəsinə götürür.

Mal göndərişi müqaviləsində aşağıdakı məsələlər öz əksini tapmalıdır:



  • malın göndərilmə müddəti;

  • göndərilmə qaydası;

  • göndərişin təşkil;

  • tam göndərilmənin yerinin müəyyənləşdirilməsi;

  • malın alıcı tərəfindən qəbul olunması;

  • alıcı tərəfindən qəbul olunmayan malın saxlanılmaya qəbul edilməsi;

  • tara və qablaşdırma; hesablaşma qaydası;

  • lazımi keyfiyyətdə və tam dəstləşdirilməmiş malların göndərişi zamanı iddiaların müəyyənləşdirilməsi;

  • malların göndərilməsinin gecikdirilməsi və yaxud göndərilməməsi zamanı dəbbələmə pulu (cərimə);

  • müqavilənin yerinə yetirilməsindən birtərəfli qaydada imtina edilməsi və bu zaman yaranan zərərlərin hesablanması qaydası;

  • ziddiyyətlərin yoluna qoyulması qaydası.

Ümumiyyətlə, kommersiya təcrübəsində alqı – satqı müqaviləsi kontrakt adlandırırlar. Kontraktda aşağıdakı məsələlər öz əksini tapır:

  • malın adı; bu alqı – satqı müqaviləsinin predmetini təşkil edir;

  • malın miqdarı; bu göndərişin ölçüsünü təşkil edir;

  • malın keyfiyyəti; onun müəyyən edilməsi üsulları nəzərdə tutulur;

  • malın qiyməti;

  • göndəriş şərtləri; kontraktın ümumi dəyəri;

  • ödəniş şərtləri və formaları;

  • göndəriş müddəti;

  • qablaşdırma və maskalanma;

  • malın qəbul edilib təhvil verilməsi;

  • malların daşınması şərtləri;

  • tərəflərin ünvanları;

  • tərəflərin imzaları.

Alqı-satqı müqaviləsini (kontraktı) öyrənən zaman kommersiya işçisi diqqəti göndərişin şərtlərinə yetirilməlidir. Bu şərtlər satıcı və alıcının malların çatdırılması öhdəliklərini müəyyən edir.

Kontraktı satıcı kimi hazırlayarkən sahibkar öz üzərinə bir sıra öhdəlikləri götürülməlidir:



  • Mal, müqavilənin bütün şərtlərinə uyğun olaraq göndərilməli;

  • Malın vəzifəli şəxslər tərəfindən yoxlanılması üzrə xərcləri öz hesabına ödəməli;

  • Malın qablaşdırılmasını, gömrük rüsumlarını və vergilərini ödəməli;

  • İxracat lisenziyasını almalı və onun haqqını ödəməli;

  • Kontraktda müəyyən edilmiş müddətdə mal alıcıya çatdırılmalı.

Kontraktı hazırlayarkən sahibkar öz üzvinə öhdəlikləri götürməli və əks etdirməlidir:

  • mal kontrakt üzrə müəyyən edilmiş yerdə və müddətdə qəbul etməli;

  • malın hərəkəti prosesində sənədlərin alınması zamanı yaranan rüsumları və xərcləri ödəməli;

  • malın xaricə göndərilməsi üçün lazım olan lisenziyanın və digər sənədlərin alınmasını təmin etməli.

Komissiya üzrə müqavilələrin bağlanması zamanı satan tərəf komitent, alan tərəf isə - komissioner kimi çıxış edirlər.

Komissioner öz öhdəsinə götürür ki, komitentin tapşırığına əsasən müqavilə üzrə müəyyən edilir. Bağlanmış müqavilələr məcburi qeydiyyata və uçota alınmalıdır. Müqavilələr və malların alışı ilə bağlı olan digər sənədlər onların müddətləri qurtardıqdan sonra üç il ərzində saxlanılmalıdır. Münaqişələrin olmaması üçün müqavilələrin bütün şərtlərinə əməl olunmalıdır.



3 . Malın keyfiyyəti – kommersiya münaqişəsinin həllində onun rolu

Kommersiya fəaliyyətinin sonrakı istiqaməti mənfəətin artırılmasının əsas mənbələrindən biri məhsulun keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Keyfiyyətin hərtərəfli qiymətləndirilməsi üçün elmi-Tədqiqat Standartlaşdırılma İnstitutu tərəfindən göstəricilər sistemi işlənib hazırlanmışdır. Bu sistemə aşağıdakılar aiddir:


  • təyinatlılıq göstəricisi;

  • etibarlılıq göstəricisi;

  • təhlükəsizlik göstəricisi;

  • texnoloji göstərici;

  • estetik göstərici;

  • zərərlilik dərəcəsi (saxlama zamanı ətraf mühitə təsiri);

  • iqtisadi göstəriciləri ( maya dəyəri, məmulatın qiyməti və s.);

Ümumiləşdirilmiş göstəricilərlə yanaşı keyfiyyətin nisbi göstəricisindən də istifadə edilir. Bu göstərici malın baza modelləri ilə müqayisısi nəticəsində əldə olunur.

Keyfiyyətin qiymətləndirilməsində ekspert qiymətləndirilməsi xüsusi yer tutur. Ən çox istifadə edilən ekspert qiymətləndirilməsi metodlarından istifadə olunur.

Malın keyfiyyətsiz olması – kommersiya münaqişələrinin yaranmasına səbəb olur.


Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin