keyfiyyətlərindədir.Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə
şagirdlərin qarşılıqlı təsirinə
pedaqoji proses deyilir. Pedaqoji proses dedikdə,
şəxsiyyətin tərbiyəsi,təhsili, və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü,
planlı və mütəşəkkil işlər nəzərdə tutulur.Pedaqoji proses tam və mürəkkəb
sistemdir.Pedaqoji proses dinamik sistemdir.Onun öz strukturu(quruluşu)
strutur elementləri(komponentləri) vardır.Pedaqoji proses öz məqsədi, vəzifələri,
məzmunu, metodları, müəllim və şagirdlərin qarşılıqlı təsir formaları sayəsində
əldə olunmuş nəticələri ilə xarakterizə olunur.Məqsəd, məzmun, fəaliyyət və
nəticə komponenti – sistem yaradan komponentlərdir. (MMFN komponentlər).
1.
Məqsəd komponenti pedaqoji fəaliyyətin bütün müxtəlif məqsəd və vəzifələrini
birləşdirir.
2. Məzmun komponenti konkret vəzifəyə qoyulan mənanı əks etdirir.
3.
Fəaliyyət komponenti pedaqoq və şagirdlərin qarşılıqlı təsirini,onların
əməkdaşlığını, prosesin təşkili və idarə olunmasını əks etdirir.Pedaqoji
ədəbiyyatda bu komponentə təşkilati və ya təşkilati-idarəetmə komponenti də
deyilir.
4. Nəticə komponenti isə prosesin baş verməsinin səmərəliliyi, qarşıya
qoyulmuş məqsədə uyğun olaraq əldə olunmuş nailiyyətlərlə xarakterizə
olunur.Pedaqoji prosesin komponentləri arasında əlaqələr vardır.Qarşılıqlı
pedaqoji təsir prosesində informasiya, təşkilati – fəaliyyət və kommunikativ,
idarəetmə və özünüidarə əlaqələri özünü göstərir.Vaxt pedaqoji prosesin nə
qədər tez və keyfiyyətli keçməsi barədə fikir söyləməyə imkan verən unversal
meyardır.Qarşılıqlı pedaqoji təsirin təzahür formaları müxtəlifdir:
məlumat
Dostları ilə paylaş: