4. Etinasız əməkdaşlıq. Belə əməkdaşlıq növündə müəllim şagirdlərin
fəaliyyəti, problemləri ilə maraqlanmır, kollektivin ətrafdakı həyatına
laqeyid münasibət bəsləyir.Belələri bəzən cəmiyyətdə baş verən hadisələrə,
biganədir.Belə müəllimləri uşaqlar sevmir, onların dərslərinə də laqeyid
münasibət göstərirlər.
5. Qeyri müəyyən əməkdaşlıq. Belə əməkdaşlıq növündə müəllim şagirdlərlə
həmişə eyni cür münasibətdə olmur.Bir müddət həlim, xöş ünsiyyət
münasibətində olur, sonra isə dəyişilərək sərt, inzibatçı bir müəllimə
çevrilir.Yaxud müəllim əhval- ruhiyyəsindən asılı olaraq uşaqlarla ünsiyyət
və münasibəti dəyişir.Belə ki, əhvalı yaxşı olanda yaxşı münasibətdə olur,
əhvalı pis olanda isə uşaqlarla pis münasibətdə olur.Belə əməkdaşlıqda hər
cür yeni fikirdən uzaqdır.
6. Demokratik əməkdaşlıq. Belə əməkdaşlıq yeni pedaqoji təfəkkürün
məhsuludur.Bu ən düzgün, ən humanist əməkdaşlıq hesab edilir. Belə
əməkdaşlıqda müəllim şagirdlərlə işgüzar münasibətdədir.Müəllim uşaqlarn
arzu və maraqlarını, fərdi psixoloji xüsusiyyətlərini ciddi nəzərə alır. O, uşaq-
ların səviyyəsinə enməyi bacarır, “onların dilində” danışa bilir.Belə müəllim,
öz fəaliyyətində kollektivə arxalanır, onlarla məsləhətləşərək, uşaqların
tənqidi qeydlərinə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf
etdirir.Belə əməkdaşlığa malik olan müəllimin hörmət və nüfuzu yüksəkdir.
O uşaqların təlim və tərbiyəsini daha yaxşı təşkil edə bilir.
24. MÜƏLLİMİN PEDAQOJİ QABİLİYYƏTİ, PEDAQOJİ USTALIĞI VƏ DAVRANIŞ PRİNSİPLƏRİ. PLAN: 1. Xüsusi pedaqoji qabiliyyətlər 2. Müəllimin pedaqoji taktı