1. kurikulumun əsaslari


Etik davranış prinsipləri



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə75/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   71   72   73   74   75   76   77   78   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

4. Etik davranış prinsipləri 
Müəllimin pedaqoji fəaliyyətində yaradıcılığı onun xüsusi pedaqoji 
qabiliyyətlərə malik olmasını tələb edir.Pedaqoji qabiliyyətlər müəllim – şagird 
münasibətlərində müəllimin əqli, emosional – iradi cəhətlərini xarakterizə edir. 
Pedaqoji qabiliyyətləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar. 
1. Şəxsi qabiliyyətlər  dedikdə, adətən, şəxsiyyətin xarakterik əlamət və 
keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Burada uşaqlara
rəğbət bəsləmək, hörmət və ehtiyatla yanaşmaq, təmkinlilik, ozünə sahob 
olmaq(özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq 
üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətini aid etmək olar. 
2. Didaktik (öyrətmək) qabiliyyətlər isə müəllimin zəruri məlumatlarını 
şagirdlərə çatdıra bilmək, materialı uşaqların səviyyələrinə uyğunlaşdır- 
maqla onlara çatdırmaq, material və problemi aydın və anlayışlı şəkildə 
şagirdlərə təqdim etmək, fənnə qarşı maraq oyatmaq, şagirdlərdə fəal 
müstəqil fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir.Buraya konkret 
olaraq müəllimin izah edə bilmək qabiliyyətini və ekspressiv- nitq 
qabiliyyətini (müəllimin natiqlik qabiliyyətidir yəni münasibətdə olduğu
şəxsə ifadəli, anlaşıqlı təsir edə bilməsi deməkdir) aid etmək olar 
3. Təşkilatçılıq qabiliyyəti.Müəllim – şagird münasibətləri üçün çox 
əhəmiyyətlidir.Bu cür qabiliyyətlərə malik olan müəllim – şagird kollektivini 
təşkil etməyi, onu möhkəmləndirməyi, istiqamətləndirməyi bacarır.Belə 
müəllim icra edəcəyi bi işdə öz təşkilatçılığını göstərir, öz işlərini
planlaşdırmağı, ona nəzarət etməyi bacarır, vaxtı düzgün hiss edir, düzgün 
bölür, artıq vaxt itirmir.Ona görə də bu cür qabiliyyətə malik olan 
müəllimlər gözəl təşkilatçılıq nümunəsi göstərməklə vaxtdan səmərəli
istifadə edə bilirlər. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin