1. Layihə menecmenti öyrənilməsinin əhəmiyyəti və layihənin təriflərini xarakterizə edin



Yüklə 112,31 Kb.
səhifə40/41
tarix07.06.2023
ölçüsü112,31 Kb.
#126579
1   ...   33   34   35   36   37   38   39   40   41
Layihe menecmenti son

Şəxsi münaqişə. Bəzən belə olur ki, menecerlər arasında müəyyən məsələlər üzrə fikir ayrılığı mövcud olur. Məsələn, təşkilatlarda aparılan ixtisar zamanı təşkilatın daha səmərəli işləməsilə bağlı tələbləri yerinə yetirən menecer digər tərəfdən ixtisara düşən insanlar ilə münaqişəyə girir. Digər nümunə kimi belə bir vəziyyəti göstərmək olar ki, işçilərdən bəziləri normadan artıq işləyir, digərləri isə evdə istirahət edirlər. Layihə menecerini əhatə edən münaqişə dünyası aşağıdakılardır:
Şəxslərarası münaqişə. Bu tipli münaqişələr adətən, eyni səlahiyyətlərə malik olan və vəzifə
bölgüsündə namizədlikləri eyni səviyyədə olan iki şəxs arasında baş verir. Layihədə işin yerinə yetirilməsində müxtəlif yanaşmalar və fikir ayrılığı da münaqişəyə səbəb olur.
Qrupdaxili münaqişə. Qrupdaxili münaqişələr ehtiyatların paylanması prosesində, mükafatların müəyyən edilməsi və paylanması normalarının tətbiqində qruplardan biri üçün daha yaxşı şəraitin yaradılmasını görən bir qrupun bölmələri arasında baş verir.
Qruplararası münaqişə. Qruplarda müxtəlif məqsədlərin olması qruplararası münaqişəyə səbəb olur. Bu qruplara daxil olan şəxslər bir-birinin rolunu dərk etmirlər, ya da ehtiyat və vəsaitlər üstündə rəqabət aparırlar.
Təşkilatlararası münaqişə. Təşkilatlararası münaqişə iki təşkilat arasında yaranır. Qərb ölkələrinin iqtisadçılarının fikrinə görə bu münaqişə növü rəqabət aparan şirkətlər arasında baş verdiyindən təbii hesab edilir. Ancaq münaqişələr təşkilatlar və səhmdar qruplar arasında ehtiyatların paylanması ilə bağlı olaraq da yarana bilər.

Münaqişələrin idarə edilməsi modelləri


Münaqişələrin idarə edilməsinin əsas beş modelini qısa şəkildə xarakterizə edək. Bunlar aşağıdakılardır:

  • zəiflətmə;

  • qayğı;

  • kompromis;

  • gücləndirmə;

  • problemlərin həlli.

Hər iki model müəyyən şərtlər daxilində və müəyyən nəticəni əldə etmək üçün tətbiq edilsə də, ən səmərəli model “problemlərin həlli”dir. Qayğı və zəiflətmə yalnız vaxtı uzatmaq üçün faydalı olan müvəqqəti metodlar sayılır, kompromis, gücləndirmə vəproblemlərin həlli metodları isə birbaşa münaqişələrlə bağlıdır. Aparılan tədqiqatlar layihədə müxtəlif münaqişə modellərindən istifadənin səmərəliliyi haqqında bizim anlayışlarımızı genişləndirmişdir. Temheyn və Vaylmon qeyd etmişlər ki, “gücləndirmə və qayğı layihə meneceri ilə işçi heyyəti arasında meydana gələn münaqişələrin artmasına daha da stimul verir. Bu, o deməkdir ki, layihə meneceri münaqişənin artmasına daha da stimul verir. Bu, o deməkdir ki, layihə meneceri münaqişənin həlli üsulu kimi gücləndirmə və qayğını nə qədər çox tətbiq etsə, münaqişə bir o qədər çox meydana gələr”. Konfrontasiya (problemin həlli), kompromis və zəiflətmə münaqişənin artmasına mənfi cəhətdən təsir göstərir, bu da o deməkdir ki, bu modellərə arxalanan layihə meneceri daha az dərəcədə münaqişə ilə rastlaşır.





Yüklə 112,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin