1. Maliyyə Münasibətləri



Yüklə 46,73 Kb.
səhifə5/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

5.Büdcənin mahiyyəti.

Bazar iqtisadiyyatı şəraitində özünəməxsus yeri və rolu ilə fərqlənən, maliyyə münasibətləri sistemi onun müəy­yən həlqələrinin cəmindən ibarətdir. Əvvəlki inzibati-amirlik sistemindən fərqli olaraq bazar münasibətləri şəraitində ma­liyyə sistemi xeyli genişlənmiş, böyümüş və daha da dərin­ləşmişdir. Hazırda cəmiyyətin gələcək inkişaf dinamikası birbaşa maliyyə münasibətlərindən asılıdır. Dövlətin müva­fiq gəlir və xərcləri həyata keçirmək üçün maliyyə sistemi­nin təkmilləşdirilməsini təmin etməlidir.

Maliyyə münasibətləri sisteminin əsas həlqələrindən biri olan dövlət maliyyəsi dövlətin iqtisadi, sosial və siyasi funksiyalarını həyata keçirmək üçün ən mühüm alətdir.

Dövlət öz funksiyalarını yerinə yetirmək üçün müəy­yən pul vəsaitləri fondlarına malik olmalı və onları müvafiq qaydalara uyğun olaraq istifadə etməlidir. Bu mənada dövlət maliyyəsinin ən mühüm tərkib hissəsi olan dövlət büdcəsinin rolu olduqca böyükdür və ona görə də büdcə dövlətin ən zəruri atributu sayılır.

Büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fond­la­rının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə planıdır. Büdcə dövlətin gəlirləri və xərcləri arasındakı balansı əks etdirir.

Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçiril­məsində büdcənin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxsahəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı məişətdə müxtəlif mənalarda işlədilir, yəni dövlət, ailə, vaxt, yerli, şəxsi büdcə və s. Tarixən büdcə sözü ingilis mənşəli “budget” sözündən götürülüb və çanta, torba mənasında işlədilib. Büdcə anlayışı XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil olmuş, məna etibarı ilə xəzinə sözünə yaxındır. Ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Əgər ailə büdcəsi ailənin gəlir və xərc balansını əks etdirirsə, dövlət büdcəsi dövlətin gəlir və xərcləri arasın­dakı balansı təzahür etdirir.

Bütün dövlətlərdə təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ümumi daxili məhsul və milli gəlir yaradılır. Maddi istehsal sahəsində yaradılmış milli gəlir ardıcıl olaraq bölgü və yenidənbölgü mərhələsindən keçir, büdcə gəlirlə­rinin yenidən bölgüsü və gələcəkdə istifadə edilməsində mühüm rol oynayır. Ölkənin milli gəlirinin bölgüsü pro­sesində onun bir hissəsi pul formasında büdcəyə daxil olur və maliyyə resurslarının mərkəzləşdirilmiş fondunu əmələ gətirir.

Büdcə dövlətin vəzifə və funksiyalarının maliyyə tə­minatı üçün müəyyən edilmiş pul vəsaitləri fondunun yara­dılması və istifadəsi formasını ifadə edir. Büdcə ölkənin maliyyə sistemində aparıcı mövqeyə malikdir. O, bir tərəf­dən dövlət ilə, digər tərəfdən müəssisə və əhali arasında böl­gü münasibətlərinin bir hissəsini ifadə edir ki, bu da maliyyə resurslarının ümumdövlət fondunun formalaşması və istifa­dəsi ilə bilavasitə əlaqədardır. Bu münasibətlərin məz­munu dövlətin bu və ya digər tarixi dövrdə həll etdiyi və­zifələr ilə şərtləşir.




Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin