2.Dövlət borcunun idarə edilməsi agentliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il 48 nömrəli Fərmanına əsasən fəaliyyət göstərir və qanunvericiliyə uyğun olaraq dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığını) və dövlət büdcəsinin Təminat Fondunun vəsaitini idarəetməyə verən və ya idarəedən, dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparan icra hakimiyyəti orqanıdır.
Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
▪ dövlət borclarının və dövlət zəmanətlərinin verilməsi ilə bağlı tədbirlər həyata keçirilir, Azərbaycan Respublikasının dövlət borcunun, dövlət zəmanətinin və xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrini aparır;
▪ dövlət büdcəsinin Təminat Fondunun vəsaitini vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığını) qanunvericiliklə müəyyən edilmiş qaydada idarə edir və ya idarəetməyə verir;
▪ dövlət qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi şərtlərini işləyib hazırlayır və emissiyasını həyata keçirir;
Agentlik aşağıdakı vəzifələri həyata keçirir:
• dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək;
• dövlət borcunun və ya dövlət zəmanəti üzrə alınmış borcun təyinatı üzrə, məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etmək;
• müvafiq dövlət orqanları ilə birlikdə qiymətli kağızlar bazarının inkişafı üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün dövlət istiqrazlarının buraxılması ilə bağlı təkliflər vermək;
• bağlanan sazişlərin şərtlərinə əsasən dövlət zəmanətləri ilə alınan kreditlərin ödəniş qrafikini tərtib etmək və bu qrafikə uyğun olaraq kreditlərə xidməti təmin edən tədbirlər görmək;
• hər il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı həddi barədə təklif vermək və müəyyən olunmuş hədlərə əməl olunmasına nəzarət etmək;
• ölkənin kredit reytinqinin müəyyən olunması ilə bağlı aidiyyəti tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• dövlət borcu və dövlət zəmanətləri ilə bağlı normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
• fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutlan digər vəzifələri yerinə yetirmək.
Dostları ilə paylaş: |