7. Büdcədən maliyyələşdirmənin metodları.
Büdcə xərcləri büdcədən maliyyələşdirmə vasitəsilə həyata keçirilir və büdcədən maliyyələşdirmə isə müəyyən prinsiplərə əsaslanır.
Büdcədən maliyyələşdirilmənin prinsipləri büdcə xərclərinin maliyyələşdirilməsinin səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Bu prinsiplərə aşağıdakılar aiddir:
1.Minimum məsrəflərlə maksimum səmərə əldə etmək.
Büdcə vəsaiti yalnız onların istifadəsindən daha çox nəticə əldə edilməsi təmin edildiyi şəraitdə sərf edilməlidir. Bu səmərə bir tərəfdən ölkənin inkişafının, müxtəlif sosial-iqtisadi vəzifələrin həllində və digər tərəfdən isə büdcə vəsaitinin istifadə edilməsi nəticəsində gəlirlərin artması hesabına pul vəsaitinin büdcəyə əks axınında ifadə oluna bilər.
2.Büdcə vəsaitindən istifadənin məqsədli xarakteri.
Hüquqi şəxs yalnız təsdiq edilmiş büdcə əsasında, həm də əvvəlcədən müəyyən edilmiş məqsədən büdcədən vəsait ala bilər. Bu prinsipə ciddi əməl edilməsi büdcə vəsaitinin qeyri-səmərəli istifadə edilməsini qarşısını alır.
3.Büdcə vəsaitinin əvvəl buraxılmış təxsisatın istifadəsini nəzərə almaqla istehsal və digər göstəricilərin yerinə yetirilməsi müqabilində verilməsi.
Büdcə maliyyələşdirilməsinin iqtisadi göstəricilərin yerinə yetirilməsindən asılılığı maliyyə orqanlarına müəssisə, təşkilat və idarələrin fəaliyyətinə təsirli və səmərəli nəzarəti həyata keçirməyə imkan verir.
4.Büdcə vəsaitinin qaytarılmamazlığı.
Vəsaitin verilməsi onun dövlət büdcəsinə qaytarılması şərtini nəzərdə tutmur.
5.Büdcə təxsisatının ödənişsiz olması.
Büdcə vəsaitinin ayrılması dövlətə hər hansı faiz şəklində və ya digər növ ödəniş formasında gəlir nəzərdə tutmur.
Dostları ilə paylaş: |