1. Maliyyə Münasibətləri


Əlillərin sosial müdafiə fondu



Yüklə 46,73 Kb.
səhifə9/11
tarix09.05.2022
ölçüsü46,73 Kb.
#56882
1   2   3   4   5   6   7   8   9   10   11
firdovsi Maliyyə

8. Əlillərin sosial müdafiə fondu.

Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiə Fondu “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli, 284 saylı (sonrakı əlavələr və dəyişikliklərlə birlikdə) Azər­baycan Respublikası Qanununa əsasən fəaliyyət göstərir və Əlillərin Sosial Müdafiə Fondu AR-nın Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiə Fondunun yaradılması barədə” 1993-cü il 5 avqust tarixli qə­rarı ilə yaradılmışdır. Fondun funksiya və vəzifələri, hüquq­ları, mənbələri, strukturu və idarəetmə orqanları AR-ı Na­zirlər Kabinetinin 16 sentyabr 1997-ci il tarixli, 109 saylı qə­rarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əlil­lərin Sosial Müdafiə Fondunun Əsasnaməsi”nə uyğun olaraq müəy­yənləşdirilmişdir.

Əlillərin Sosial Müdafiə Fondunun büdcəsi Dövlət büdcəsinin vəsaitləri mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların mənfəətindən 1% məcburi ayırmalar, idarə, müəs­sisə və təşkilatların, habelə vətəndaşların ianələri, fon­dun sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər, xey­riy­yə tədbirlərindən (auksionlar, konsertlər, olimpiadalar, ma­rafon və s.) toplanan vəsait hesabına formalaşırdı.

Azərbaycanda badcədənkənar dövlət fondlarının hü­qu­qi-normativ bazası 31 dekabr 1991-ci il tarixli 40 saylı Azər­­baycan Respublikasının qanunu ilə yaradılmışdır. Bu qa­nuna əsasən müəssisə, idarə və təşkilatlar sosial sığortaya və məşğulluq fonduna ayırma həyata keçirməlidir.

Kommersiya fəaliyyəti ilə məşğul olan sənaye müəs­si­sələrində, digər müəssisə və təşkilatlarında əmək haqqı fon­du üzrə Sosial Sığorta Fonduna ayırma 30% (sonralar 27%), kənd təsərrüfatı müəssisələrində 25% (sonralar 23%) müəyyən edilmişdir.

Əlillərin Sosial Müdafiə Fonduna ödəniş 1994-cü il 24 iyun tarixli, 831 saylı qanunla tənzimlənirdi. Bu qanuna əsasən fondun vəsaiti mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların mənfəətindən 1% ayırma və büdcə vəsaiti hesabına formalaşır.

Bundan başqa Respublikamızda ayrı-ayrı iqtisadi xarakterli bir neçə fond: Dövlət Yol Fondu; Sahibkarlığın Yar­dım Milli Fondu; Təbiəti Mühafizə Fondu; Meşələrin qorunub Saxlanması və Təkrar İstehsalı Fondu yaradılmış və fəaliyyət göstərmişdir.


Yüklə 46,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin