1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri


Hərəkət miqdarı momenti və onun saxlanması qanunu



Yüklə 165,92 Kb.
səhifə10/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   ...   4   5   6   7   8   9   10   11   12
fizika.imtahan

17.Hərəkət miqdarı momenti və onun saxlanması qanunu
Fırlanma hərəkəti qüvvə momenti ilə yanaşı hərəkət miqdarı momenti (impuls momenti) adlanan kəmiyyətlə də xarakterizə olunur.
1). Əvvəlcə fərz edək m - kütləli maddi nöqtə çevrə boyunca O - nöqtəsi ətrafında sabit v - sürətilə hərəkət edir. Maddi nöqtənin r- radius vektorunun onun mv- hərəkət miqdarına vectorial hasili, maddi nöqtənin verilmiş O nöqtəsinə nəzərən hərəkət miqdarı momenti adlanır.
L- hərəkət miqdarı miqdarı momenti vektorudur.

aldığımız ifadə impuls momentinin yəni hərəkət miqdarının momentinin ifadəsidir.
Tərpənməz ox ətrafında fırlanan bərk cismin hərəkət miqdarı momentinin dəyişməsi bu düstura bərabərdir.Bərk cismin tərpənməz oxa nəzərən hərəkət miqdarı momentinin vahid zamandakı dəyişməsi, bərk cismə təsir edən xarici qüvvələrin həmin oxa nəzərən momentləri cəminə bərabərdir. Cismə təsir edən xarici qüvvələrin fırlanma oxuna nəzərən yekun impuls momentləri cəmi sıfır olarsa , onda ( ) olar və buradan da L=const alınır. apalı sistem təşkil edən cisim və ya cisimlər sistemi üçün hərəkət miqdarı momentinin saxlanma qanununun riyazi ifadəsidir. Bu qanuna görə qapalı sistem təşkil edən cismin (maddi nöqtələr toplusunun) oxa nəzərən hərəkət miqdarı momenti sabit qalır.
18.Qeyri-ətalət hesablanma sistemləri,Koriolis qüvvəsi
Ətalət hesablama sisteminə nəzərən təcillə hərəkət edən hesablama sistemi qeyri- ətalət hesablama sistemi adlanır. Yer həm öz oxu ətrafında, həm də orbit boyu fırlanma hərəkətində iştirak etdiyindən, Yerlə bağlı hesablama sistemləri qeyri- ətalətdirlər. Lakin bəzi konkret hallarda belə fırlanma hərəkətlərinin kiçik təcilə malik olduqlarını nəzərə alıb,Yerlə bağlı hesabat sistemini təxmini olaraq ətalət hesablama sistemi qəbul etmək olar. Fırlanan sistemdə irəliləmə hərəkətində olan cismə baxaq. Fərz edək ki, disk şaquli ox ətrafında sabit  bucaq sürəti ilə fırlanır və m kütləli kürə diskin radiusu boyunca  sürəti ilə ox(OA) istiqamətində diyirlənir. Disk fırlanmasa müddətdən sonra kürə A nöqtəsinə çatacaqdır. Disk fırlandıqda kürə həmin zaman müddətində A nöqtəsinə deyil, diskin fırlanma hərəkəti istiqamətinin əks tərəfində yerləşən A1 nöqtəsinə çatır.Bu halda diskə 1 sürətinə perpendikulyar istiqamətdə qüvvə təsir edir və kürənin trayektoriyası OA1 əyri xəttini təşkil edir.Bu qüvvə 1 perpendikulyar olduğundan onun gördüyü iş sıfırdır və bu səbəbdən həmin qüvvə sürəti qiymətcə dəyişdirə bilməyib, yalnız istiqamətcə dəyişdirir. Bu ətalət qüvvəsinə Kariolis qüvvəsi deyilir. ifadəsidə budur.
Ətalət qüvvələrinin tətbiqlərindən çəkisizlik, ağırlaşma, ağırlıq qüvvəsinin coğrafi en dairəsindən asılılığını göstərmək olar.

Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin