1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri


Təcil tangensial və normal təcilin cəminə bərabərdir



Yüklə 165,92 Kb.
səhifə3/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   2   3   4   5   6   7   8   9   ...   12
fizika.imtahan

Təcil tangensial və normal təcilin cəminə bərabərdir.
-tangensial yəni toxunan təcil adlanır, toxunan istiqamətdə yönəlir və sürətin ədədi qiymətinin dəyişmə yeyinliyini təyin edir. Ədədi qiyməti belə hesablanır.
-normal ( mərkəzqaçırma ) təcil adlanır, toxunana perpendikulyar istiqamətdə ( trayektoriyanın əyrilik mərkəzinə doğru ) yönəlir və sürətin istiqamətinin dəyişmə yeyinliyini təyin edir. Ədədi qiyməti ifadəsi ilə hesablanır.
Tam təcilin qiyməti bu ifadəyə bərabərdir. Çevrə boyunca bərabərsürətli hərəkətdə st olur

4.Maddi nöqtə sisteminin dinamikası.Nyutonun 1,2,3 qanunları
Dinamika mexaniki hərəkəti onu doğuran səbəbləri nəzərə almaqla öyrənir. Dinamikanın əsasında Nyutonun üç qanunu durur. Nyutonun I qanununa görə bütün cisimlər öz halını saxlamağa çalışırlar. Cismin öz halını saxlamaq xassəsi ətalət adlanır. . Nyutonun I qanununun mahiyyəti inersial sistemin qəbul edilməsidir. Sükunətdə və ya bərabərsürətli düzxətli hərəkətdə olan sistem inersial hesablama sistemi adlanır. Qaliley, özünün apardığı təcrübələri dərin təhlil edərək aşağıdakı fikrə gəlmişdir: Cismə xarici təsir olmazsa, o sabit sürətlə hərəkət edə bilər, yaxud sükunət halında qalar. Qalileyin bu müddəası elmə onun adını daşıyan ətalət prinsipi kimi daxil olmuşdur.
Nyuton, Qalileyin ətalət prinsipinə əsaslanaraq özünün məşhur birinci qanununu belə ifadə etmişdir:
İstənilən cisim, ona xarici qüvvə təsir etməyincə öz sükunət və yaxud bərabərsürətli duzxətli hərəkət halını saxlayır.
Dinamikanın Nyuton tərəfindən ifadə olunmuş birinci qanununa nəzər salsaq, aşağıdakı
nəticələrə gəlmək olar:

  1. sükunət və bərabərsürətli düzxətli hərəkət eyni mexaniki haldır;

  2. sükunət və bərabərsürətli düzxətli hərəkət hallarını yalnız qüvvə dəyişdirə bilər.

  3. qüvvə heç də Aristotelin düşündüyü kimi cismə sürət verən deyil, cismin sürətini dəyişdirən səbəbdir ( yəni cismə təcil verən).

Nyutonun birinci qanunu ödənilən hesabat sistemi ətalət sistemi və ya inersial hesablama sis- temi adlanır. İnersial hesablama sistemi dedikdə - sükunət və yaxud bərabərsürətli duzxətli hərəkət halını saxlayan cisimlə bağlı hesablama sistemi başa düşülür. Nyutonun birinci qanunu doğru olmayan (ödənilməyən) hesabat sistemi qeyri-ətalət sistem (qeyri-inersial hesablama sistemi) adlandır. Qeyri-inersial hesablama sistemi dedikdə isə - təcillə hərəkət edən cisimlə bağlı hesablama sistemi başa düşülür.
bu ifadə Nyutonun ikinci qanunun ifadəsidir. Burada F qüvvədir vahidi N-dur, vektorial kəmiyyətdir. M-burada kütlədir, vahidi kq-dır, skalyardır. A- burada təcildir, vektorialdır, vahidi -dır. Cismin aldığı təcil təsir edən qüvvə ilə düz cismin kütləsi ilə tərs mütənasib olur və həmişə qüvvənin təsir istiqamətinə yönəlir. Təcil ifadəsi ilə təyin olunduğunu nəzərə alsaq,Nyutonun ikinci qanunu belə yazmaq olar:
Bu differensial tənliyi həll etməklə mexaniki hərəkəti xarakterizə edən bütün fiziki kəmiyyətləri təyin etmək olar.Bu ifadəyə əsaslanan mexanika bir qayda olaraq nyuton mexanikası adlanır. Nyuton mexanikasında kütlə, verilmiş cismin hərəkət sürətindən asılı olmayan sabit kəmiyyət olduğundan ifadəni yazmaq olar. Bu ifadə dinamikanın əsas tənliyi və yaxun hərəkət tənliyi adlanır.
1)Nyuton mexanikasında kütlə, verilmiş cisim üçün sabit kəmiyyətdir, m=const. Belə olduqda cismə sabit qüvvə (F=const) təsir edərsə, onda a=const olar. Onda bu hərəkət bərabərtəcili hərəkət olduğundan, Nyutonun ikinci qanunu, sabit qüvvənin təsiri ilə baş verən hərəkətin bərabərtəcili hərəkət olduğunu göstərir.
2) ifadəsində F=0 olduqda ( m=const olduğundan), a = 0 alınır. Təcilin sıfır qiyməti sükunət və ya bərabərsürətli düzxətli hərəkət halına uyğun gəldiyindən, birinci qanunun ikinci qanunqdan xüsusi hal olaraq alındığını söyləmək olar.
Deməli, hər iki halda Nyutonun ikinci qanunu - qüvvənin təsiri ilə yaranan hərəkətin necə olacağı haqqında məlumat verir, yəni qüvvənin təsiri ilə cismin hərəkət halının dəyişməsini müəyyən edir.
bu tənliyi həll etsək: alarıq. Buradanda -alarıq.
Nyuton üçüncü qanununu belə təsvir etmişdir: «Təsir həmişə əks-təsirə bərabər olub, onun əksinə yönəlir, başqa sözlə, iki cismin bir-birinə qarşılıqlı təsiri - qiymətcə bərabər olub, istiqamətcə əks tərəflərə yönəlir», yəni:

-birinci cismin ikinci cismə, ikinci cismin birinci cismə təsir edən qüvvələridir.
Nyutonun üçüncü qanunundan göründüyü kimi, təbiətdəki real qüvvələr təklikdə deyil, cüt meydana gəlir, yəni bir cisim ikinci cismə müəyyən qüvvə ilə təsir etdikdə, ikinci cismi də öz növbəsində birinci cismə qiymətcə bərabər, istiqamətcə əks yönəlmiş qüvvə ilə təsir edir.
Maqnitin cazibə qüvvəsi dəmirə tətbiq olunmuşdursa, dəmirin maqniti cazibə qüvvəsi maqnitə tətbiq olunmuşdur. Deməli, Nyutonun üçüncü qanunu ilə müəyyn olunan təsir və əks-təsir qüvvələri müxtəlif cisimlərə tətbiq olunmuş və bu səbəbdən bir-birini tarazlaşdıra bilmir.



Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin