1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri



Yüklə 165,92 Kb.
səhifə5/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   2   3   4   5   6   7   8   9   ...   12
fizika.imtahan

7.Sürtünmə və elastiklik qüvvələri
Bir-birinə toxunan səthlər arasında sükunət, sürüşmə və diyirlənmə sürtünmə qüvvələri meydana çıxır. Onların arasında diyirlənmə sürtünmə qüvvəsi ən kiçik, sükunət sürtünmə qüvvəsi isə ən böyükdür. Sükunət sürtünmə qüvvəsinin böyük olmasını səthlərin bir-birinə toxunma müddətlərinin böyük olması ilə izah etmək olar. Uzun müddət bir-birilə toxunan elementar səth hissələri arasında adgeziya (yapışma), koreziya (ilişmə) nəticəsində səthlər bir-birinə daha çox «bağlanırlar». Ona görə də cismi yerindən tərpətmək üçün daha çox qüvvə tələb olunur. Sürtünmə qüvvələri cismin nisbi hərəkətinin əksinə yönəlir. Bu qüvvələr cismin sürətini azaldır, ona mənfi təcil verir. Onun gördüyü iş də mənfi olur. Sürüşmə sürtünmə qüvvəsi cismi səthə sıxan qüvvə (cismin çəkisi) ilə düz mütənasibdir:

Burada P – cismi səthə sıxan qüvvə və ya onun çəkisi, sürüşmə sürtünmə əmsalıdır. Bu qüvvə sürtünən səthlərə toxunan istiqamətdə olub yerdəyişmənin əksinə yönəlir. düsturunda qüvvə ilə yerdəyişmə vektorlarının skalyar hasili mənfi olur, yəni qüvvə ilə yerdəyişmə arasındakı bucaq 180° olduğundan cos180°=-1 verir. Bu düstura görə sürtünmə qüvvəsinin işi

Əzələ qüvvəsinin də işi mənfidir. Sürtünmə və əzələ qüvvələrinin gördüyü iş istilik enerjisinə çevrilir, yəni istilik şəklində kənara yayılır. Belə qüvvələr qeyri-konservativ və ya dissipativ qüvvələr adlanır.
Elastiki qüvvələr cisimlərin bilavasitə qarşılıqlı təsiri nəticəsində yaranırlar və onların deformasiyası ilə müşaiyət olunur. Cismə tətbiq olunan qüvvə onu deformasiyaya uğradır. Deformasiyalar elastiki və plastiki olur. Qüvvələrin tətbiq olunma xarakterinə görə bərk cisimlərdə müxtəlif növ elastiki deformasiya baş verir: dartılma (sıxılma), burulma, əyilmə və sürüşmə deformasiyaları. Dartılma deformasiyası. Hük qanunu.

8.Mexaniki iş
Cismə qüvvə təsir etdikdə o, vəziyyətini dəyişərsə bu zaman iş görülür. İş A ilə işarə olunur. İş ədədi qiymətcə yerdəyişmə ilə təsir edən qüvvənin yerdəyişmə istiqamətindəki proyeksiyası hasilinə bərabər olub aşağıdakı düsturla hesablanır:

İşin BS-də vahidi C (coul)-dur. Düsturdan görünür ki, yerdəyişməyə perpendikulyar istiqamətdə təsir edən qüvvə
iş görmür. Yerdəyişmənin əksinə yönələn qüvvə mənfi iş görür. Cismə təsir edən qüvvə dəyişən olduqda işi hesablamaq üçün yerdəyişməni elə elementar hissələrə bölürlər ki, həmin hissədə qüvvəni sabit qəbul etmək olsun. Həmin hissədə görülən iş tam iş isə . Tam işi hesablamaq üçün bölgünün addımlarını sonsuz kiçiltmək və cəmin limitini götürmək lazımdır. Cəmin limiti öz növbəsində inteqral olduğundan işin hesablanması aşağıdakı düsturla aparılır:

Burada hərəkətin başlanğıcının, -sonunun koordinatları, -dir. Bu düsturu şəklində yazmaq olar. Ağırlıq qüvvəsinin işi. Tutaq ki, m kütləli cisim ağırlıq qüvvəsinin təsiri ilə z1 hündürlüyündən z2 hündürlüyünə düşmüşdür. Bu zaman ağırlıq qüvvəsinin gördüyü iş:

Cisim düşdükdə bu iş müsbət, cisim qalxdıqda isə mənfi olur. Burada mənfi işarəsi ağırlıq qüvvəsinin Z oxunun əks istiqamətində olduğunu göstərir.
Elastik qüvvənin gördüyü iş. Elastik qüvvə Huq qanununa görə F=-kx düsturu ilə hesablanır. Tutaq ki, yay x1 uzunluğundan x2 uzunluğuna qədər deformasiya etmişdir yayın gördüyü iş:

Elastik yay dartılarkən onun gördüyü iş mənfi, sıxılarkən – müsbət olur. Bu misallardan görünür ki, baxılan qüvvələrin gördükləri iş yolun formasından asılı olmur. Buradan belə nəticə çıxır ki, qapalı yolda bu qüvvələrin işi sıfra bərabər olur. Bu xassələrə malik olan qüvvələr konservativ qüvvələr, onların sahəsi isə potensial sahə adlanır.
Sürtünmə qüvvəsinin gördüyü iş. Bir-birinə toxunan səthlər arasında sükunət, sürüşmə və diyirlənmə sürtünmə qüvvələri meydana çıxır. Onların arasında diyirlənmə sürtünmə qüvvəsi ən kiçik, sükunət sürtünmə qüvvəsi isə ən böyükdür. Sükunət sürtünmə qüvvəsinin böyük olmasını səthlərin bir-birinə toxunma müddətlərinin böyük olması ilə izah etmək olar. Uzun müddət bir-birilə toxunan elementar səth hissələri arasında adgeziya (yapışma), koreziya (ilişmə) nəticəsində səthlər bir-birinə daha çox «bağlanırlar». Ona görə də cismi yerindən tərpətmək üçün daha çox qüvvə tələb olunur. Sürtünmə qüvvələri cismin nisbi hərəkətinin əksinə yönəlir. Bu qüvvələr cismin sürətini azaldır, ona mənfi təcil verir. Onun gördüyü iş də mənfi olur. Sürüşmə sürtünmə qüvvəsi cismi səthə sıxan qüvvə (cismin çəkisi) ilə düz mütənasibdir:

Burada P – cismi səthə sıxan qüvvə və ya onun çəkisi, sürüşmə sürtünmə əmsalıdır. Bu qüvvə sürtünən səthlərə toxunan istiqamətdə olub yerdəyişmənin əksinə yönəlir. düsturunda qüvvə ilə yerdəyişmə vektorlarının skalyar hasili mənfi olur, yəni qüvvə ilə yerdəyişmə arasındakı bucaq 180° olduğundan cos180°=-1 verir. Bu düstura görə sürtünmə qüvvəsinin işi

Əzələ qüvvəsinin də işi mənfidir. Sürtünmə və əzələ qüvvələrinin gördüyü iş istilik enerjisinə çevrilir, yəni istilik şəklində kənara yayılır. Belə qüvvələr qeyri-konservativ və ya dissipativ qüvvələr adlanır.

Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin