1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri


Kinetik, potensial enerji.Enerjinin saxlanmasi qanunu



Yüklə 165,92 Kb.
səhifə7/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   2   3   4   5   6   7   8   9   ...   12
fizika.imtahan

10.Kinetik, potensial enerji.Enerjinin saxlanmasi qanunu
Sistemin iş görmə qabiliyyətini xarakterizə edən kəmiyyət enerji adlanır. Sistem iki səbəbdən enerjiyə malik ola bilir. Bu səbəblərdən biri onun hərəkətdə olması, digəri isə başqa cisimlərlə qarşılıqlı təsirdə olmasıdır. Cismin hərəkətdə olması hesabına malik olduğu enerji kinetik, qarşılıqlı təsir hesabına malik olduğu enerji isə potensial enerji adlanır. Enerji skalyar kəmiyyətdir.
Kinetik- Tutaq ki, 1 sürətinə və m kütləsinə malik olan cisim qarşısına çıxan başqa bir cismi sürüyüb aparır, yəni onun üzərində iş görür və bunun nəticəsində sürəti 2-yə qədər azalır. Birinci cismin elementar yolda gördüyü iş:

tam iş isə

Buradan görünür ki, cismin gördüyü iş onun halının dəyişməsi hesabına olmuşdur. Cismin halını təyin edən bu hal funksiyası kinetik enerji adlanır, Ek ilə işarə olunur və bu düsturla hesablanır:

Görülən iş kinetik işin dəyişməsinə bərabərdir.
Kinetik enerji hərəkət enerjisi olduğu üçün o, hesablama sisteminin seçilməsindən asılıdır. Hərəkət edən cisimlə bağlı hesablama sisteminə nəzərən cismin kinetik enerjisi sıfra bərabərdir.
Potensil enerji qarşılıqlı təsir enerjisidir. Qarşılıqlı təsir müxtəlif xarakterdə ola bilər. Potensial sahədə bütün qarşılıqlı təsir qüvvələri cisimlər arasındakı məsafədən asılıdır. Cisimlər bir-birinə nəzərən yerini dəyişdikdə bu qüvvələr də dəyişir, yəni qarşılıqlı təsir qüvvəsi cisimlər arasındakı məsafənin funksiyası olur. Bu halda görülən iş cisimlərin qarşılıqlı vəziyyətlərinin dəyişməsi hesabına yaranır.

Məlumdur ki, qüvvənin istiqaməti yerdəyişmə istiqamətində olduqda görülən iş müsbət olur. Cisimlər arasındakı qarşılıqlı təsir itələmə və cəzbetmə xarakte
rində ola bilər. Fərz edək ki, iki cisim qapalı sistem təşkil edir. Cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi itələmə xarakterində olarsa, onlar bir-birindən uzaqlaşacaqlar, cəzbetmə xarakterində olarsa, bir-birinə yaxınlaşacaqlar. Hər iki halda qüvvənin istiqaməti yerdəyişmənin istiqamətilə eyni olduğundan görülən iş müsbət olacaqdır. Bu isə o deməkdir ki, qapalı sistem təşkil edən iki cisim qarşılıqlı təsir nəticəsində elə vəziyyət almağa çalışır ki, potensial enerji minimum olsun. Yerin səthindən müəyyən h hündürlüyündə olan cismi sərbəst buraxdıqda o, Yerin səthinə düşür. Yəni, Yer-cisim qapalı sistemi elə istiqamətdə halını dəyişir ki, yeni hala uyğun potensial enerji əvvəlki halın potensial enerjisindən kiçik olsun. Bu ifadədən istifadə edərək müxtəlif qarşılıqlı təsir qüvvələri üçün potensial enerjini hesablamaq olar.

Deformasiya olunmuş yayın potensial enerjisi də müəyyən sabit dəqiqliyi ilə yazılır:

Bu halın enerjisini sıfır və ya sabit bir ədəd qəbul etmək olar. Bu əməliyyat potensial enerjinin normalaşdırılması adlanır. Potensial enerji hesablama sisteminin seçilməsindən asılı deyildir. Çünki bu enerji məsafənin funksiyasıdır, məsafə isə klassik fizikada bir hesablama sistemindən digərinə keçdikdə dəyişməz qalır. Sistemin kinetik və potensial enerjiləri cəmi tam mexaniki enerji adlanır.

ifadəsi tam enerjisinin dəyişməsini təsvir edən riyazi ifadədir.
mexaniki enerjinin saxlanma qanununun riyazi ifadəsidir. Beləliklə, daxilində yalnız konservativ qüvvələr təsir göstərən qapalı sistemin tam mexaniki enerjisi sabit qalır.



Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin