A) şərti tarif dərəcələri
B) brutto tarif dərəcələri
C) nеtto tarif dərəcələri
D) əməkdə iştirak etmə əmsalı
E) tarif dərəcələri və işlənilmiş vaxta görə
109. Karyeranın ilkin mərhələsi hansı yaş dövrünü əhatə edir?
A) 30- yaşadək
B) 25-yaşadək
C) 60- yaşadək
D) 45- yaşadək
E) 65- yaşadək
110. Bir göstəricidə onlarla göstəricilərin xüsusiyyətlərini əks etdirməyə imkan verir.Bu hansı metoddur?
A) Normativ metod
B) Funksional-dəyər təhlili metodu
C) Əsas komponent metodu
D) Parametrik metod
E) Ekspert-analitik metod
111. Bazar münasibətlərinin formalaşma mərhələsində əmək haqqının idarəolunmaz bir problemə çevrilməsi beşinci olaraq hansı istiqamətdə təzahür etdirmişdir?
A) Müəssisələrin gəlirləri və əmək haqqı üzərində nəzarət mexanizmi son dərəcə zəifdir
B) Əmək haqqının faktiki artımının əmək fəaliyyətinin, əməyin səmərəliliyinin nəticələri ilə zəif əlaqələri vardır
C) Əmək haqqının artımı istehlak mallarının qiymətinin artımından əhəmiyyətli dərəcədə geri qalır
D) Ayrı-ayrı istehsalçıların inhisarçılığı üzündən müəssisələrarası əmək haqqının səviyyəsində böyük fərqlər əmələ gəlmişdir
E) Əmək haqqının hər iki istiqamətində - həm maddi tələbatın ödənilməsi və həm də əmək məhsuldarlığının stimullaşdırılması istiqamətində mənfi nəticələri olmuşdur
112. Hansı variant “heyətin hüquqi təminatının idarə ediləsi altsistemi”-nin yerinə yetirdiyi funksiyalara uyğundur?
A) sosial münaqişə və stresslərin idarə edilməsini, işçilərin tələbinə uyğun qida və mallar satışının təşkilini, sosial sığortanın təşkilini həyata keçirir
B) idarəetmənin yeni strukturunun formalaşdırılması, rəhbərlik metodları və üslublarına dair tövsiyələrin işlənib hazırlanması və reallaşdırılmasını yerinə yetirir
C) təlimi, təhsili, ixtisasların artırılması və dəyişdirilməsini, yeni işçilərin qəbulu və adaptasiyasını, vəzifəyə namizədlərin seçilməsini, qiymətləndirilməsini yerinə yetirir
D) əmək haqqının ödənilməsi sisteminin işlənib hazırlanması, heyətin kapital və gəlirdə iştirak formasını işləyib hazırlamasını yerinə yetirir
E) heyətin idarə edilməsinə dair sənədlərə öz razılığını verməyi, təsərrüfat fəaliyyətinə dair hüquqi məsələlərə dair məsləhətlərin verilməsini yerinə yetirir
Dostları ilə paylaş: |