4. Elmi fəaliyyət
4.1. Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata
keçirilir.
4.2. Ali təhsil pilləsində elmi araşdırmalar təhsili idarəetmə orqanlarının tabeliyində
fəaliyyət göstərən elmi tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların
müvafiq qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər,
kafedralar, laboratoriyalar və s.) aparılır.
4.3. Ali təhsil müəssisəsinin elm sahəsində fəaliyyəti onun profilinə uyğun elmin müvafiq
sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə
yönəldilir.
4.4. Təhsil sistemində aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter
daşıyır.
4.5. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir. Ali təhsil
müəssisələrində elmi tədqiqat işlərinin aparılması və təşkili qaydaları bu Nümunəvi
Nizamnamə və onların nizamnaməsi ilə müəyyənləşdirilir.
4.6. Ali təhsil müəssisələri aparılan elmi tədqiqat işlərinin nəticələrini istehsalata və tədris
prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və
buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi
məqalələr, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi
forumlarda məruzə edilərək yayılmasını təşkil edirlər.
4.7. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-
müəllim heyətinin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınır.
4.8. Təhsil sistemində aparılan elmi araşdırmalar dövlət büdcəsi, müxtəlif fondlar, təhsil
müəssisələrinin büdcədənkənar və sifarişlər əsasında daxil olan vəsaitləri, eləcə də
qrantlar hesabına həyata keçirilir.
4.9. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakteri
daşımaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının
təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və
tətbiqinə yönəldilir.
Dostları ilə paylaş: |