8. Təhsil sahəsində beynəlxalq əlaqələr
Ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi
və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Ali təhsil
müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit
sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Ali təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq
xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla
birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya,
təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar,
birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə
bilər.
Ali təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması,
fundamental elmi tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların,
simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və
elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqların
özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə müvafiq normativ hüquqi
aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
Ali təhsil müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin
keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə
Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərinə riayət
etməklə, öz nizamnamələrinə uyğun, müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə
daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar,
laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 21 yanvar tarixli,
9 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Dostları ilə paylaş: |