7. Ali təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti
7.1. Ali təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər
tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə
qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi
əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
Ali təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması,
qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Ali təhsil
müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun
səlahiyyət verdiyi şəxs həyata keçirir.
Dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və
genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata
keçirilir.
Ali təhsil müəssisəsi öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat,
məsləhət-konsaltinq, müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və
daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s.
əldə edə bilər.
Dövlət mülkiyyətində olan ali təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır.
Dövlət ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına
əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
Dövlət ali təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması
qanunvericiliklə tənzimlənir.
7.2. Dövlət tərəfindən ali təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən
vəsaitlər ayrılır.
Ali təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində öz nizamnaməsi ilə müəyyən
edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək,
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü
yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak
dövlət ali təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və
onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
Dövlət ali təhsil müəssisələrinin əldə etdikləri mənfəət yalnız təhsilin inkişafına,
təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
Dövlət ali təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən
edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil
müəssisəsinin növünə və kateqoriyasına uyğun olaraq, «Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarına əsasən hər bir
təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
Dövlət təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildə əldə olunan və
digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi
həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və
təhsilalanlara maddi yardımlar göstərir.
Dövlət ali təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqqının və təhsillə bağlı
xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini, elmi tədqiqat
işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, beynəlxalq
təcrübənin öyrənilməsi və digər məqsədlər üçün müvafiq qaydada qrantlar ayrılmasını
təmin edir. Kreditlərin və qrantların verilməsi qaydaları və şərtləri müvafiq
qanunvericilik aktları ilə müəyyən edilir. Dövlət təhsil və elmi tədqiqat üzrə qrantlar
təhsil müəssisəsinin digər fəaliyyət sahələrinin maliyyə-ləşdirilməsinə yönəldilə bilməz.
Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi
məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə
sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verir.
7.3. Dövlət və bələdiyyə ali təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
ödənişli təhsildən əldə olunan vəsaitlər;
hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin, xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları,
vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
ali təhsil müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və
qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma
və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr
üzrə əldə olunan vəsaitlər;
ali təhsil müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş
avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər
əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun
olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
7.4. Özəl ali təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:
təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;
təsisçilərin (himayəçilərin) vəsaitləri;
qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;
hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və
bağışladıqları hədiyyələr;
təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş
digər xidmətlərdən əldə etdikləri vəsaitlər;
qanunvericiliklə qadağan edilməyən və nizamnaməsində göstərilən digər
mənbələr hesabına əldə olunan vəsaitlər.
Özəl ali təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. Özəl ali təhsil
müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun
olaraq sərbəst müəyyən edir.
Özəl ali təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr
arasında münasibətlər müqavilə ilə tənzimlənir.
7.5. Ali təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə
tutulmuş qaydada «Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul
olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli, 10 nömrəli
qərarı ilə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.
Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə
etmək hüququna malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə
etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Ali
təhsil müəssisəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin
fəaliyyətində iştirak edə bilər.
7.6. Azərbaycan Respublikasında dövlət ali təhsil müəssisələri bilavasitə mənfəət əldə
etmək məqsədi güdmür.
7.7. Ali təhsil müəssisəsində təhsilin dövlət təhsil standartına uyğun təşkil olunmaması
nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş
zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması
üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiya olunmuş təhsil
müəssisəsi barədə akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla
bilər.
Dostları ilə paylaş: |