1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi


 Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

6. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri 

6.1. Təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri müvafiq olaraq Azərbaycan 

Respublikasının Konstitusiyası, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu 

və digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələr, ali təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, 

eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə 

tənzimlənir. 

6.2. Təhsilalanların hüquqları aşağıdakılardır: 

 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada ali təhsil müəssisəsinə qəbul 



olunmaq; 

 

təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil 



dilini sərbəst seçmək

 

dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq; 




 

ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər 

üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək; 

 

təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, 



informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, yataqxanalardan, 

kitabxanalardan və s.) istifadə etmək; 

 

müəyyən edilmiş qaydada ali təhsil müəssisəsini və ixtisasını dəyişmək; 



 

elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq; 

 

fasiləsiz təhsil almaq; 



 

sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; 

 

insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən 



müdafiə olunmaq; 

 

müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti 



dayandırmaq; 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada biliyinin 



yenidən qiymətləndirilməsini tələb etmək; 

 

ali təhsilin hər bir səviyyəsində qanunvericilikdə göstərilən hallar istisna olmaqla, 



yalnız bir dəfə pulsuz təhsil almaq; 

 

təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və 



mülahizələrini sərbəst ifadə etmək; 

 

ali təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi 



cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların 

yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli təşkilatlara 

üzv olmaq; 

 

elmi-praktik konfransların, seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil 



həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək; 

 

müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını seçmək; 



 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

6.3. Təhsilalanların vəzifələri aşağıdakılardır: 

 

dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 



 

pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 

 

təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 



 

dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək

 

təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə 



prosesi ilə bağlı qaydalara əməl etmək; 

 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



6.4. İnternalar, ordinatorlar və digər kateqoriyadan olan təhsilalanlar eyni hüquqlara 

malikdirlər və bu Nümunəvi Nizamnamə ilə müəyyən olunmuş vəzifələri icra 

etməlidirlər. 

6.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır: 

 

normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən 



texnologiyalarla təmin olunmaq; 

 

təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində və 



idarə olunmasında fəal iştirak etmək

 

tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək; 



 

şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 

 

təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək 



və seçilmək; 


 

ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini 

yüksəltmək; 

 

müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq; 



 

ali təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji 

həyatında mühüm xidmətləri olan professorlara aylıq əməkhaqqı və əlavələr, 

digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad 

olunmaq şərtilə, məsləhətçi-professor vəzifəsini tutmaq; 

 

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 



6.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 

 

təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 



 

təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 

 

təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və 



azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə 

hazırlamaq; 

 

təhsilalanları elmi fəaliyyətə cəlb etmək; 



 

şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə

Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, 

mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, 

cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 

 

pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək 



tutmaq, ziyalılıq nümunəsi göstərmək; 

 

təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 



 

gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli 

vərdişlərdən çəkindirmək; 

 

ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, 



əlavə məşğələlər keçirmək; 

 

qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; 



 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

6.7. Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin yaş 

həddinə çatan pedaqoji işçilər akademik və inzibati vəzifə tutmamaq şərtilə, təhsil 

müəssisəsinin tədris və elmi fəaliyyətində iştirak edə bilərlər. 

6.8. Təhsil müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-

texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri müvafiq 

qanunvericiliklə, bu Nümunəvi Nizamnamə, təhsil müəssisəsinin nizamnaməsi, ali təhsil 

müəssisəsinin daxili nizam-intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər 

arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. 


Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin