1 nömrəli əlavə Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi


 Ali təhsil müəssisəsinin idarə olunması



Yüklə 387,61 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix16.03.2022
ölçüsü387,61 Kb.
#53879
1   2   3   4   5   6   7   8   9
ali tehsil nizamnamesi

5. Ali təhsil müəssisəsinin idarə olunması 

5.1. Ali təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək 

məqsədi ilə təhsil müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, 

himayəçilər, elmi, elmi-metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar şuraları və s.) 

yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ali təhsil 

müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. 

5.2. Ali təhsil müəssisəsinin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şura seçkili 

orqandır, onun yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

tərəfindən təsdiq edilən «Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə», bu 

Nümunəvi Nizamnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir. 

5.3. Ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata 

keçirilir. Dövlət ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Prezidenti 

tərəfindən təyin olunur və ya vəzifəsindən azad edilir. 

Bələdiyyə ali təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin olunmuş rektor 

həyata keçirir. 

Özəl ali təhsil müəssisəsinə rəhbərliyi həmin ali təhsil müəssisəsinin təsisçilər 

(himayəçilər, qəyyumlar) şurası tərəfindən təyin edilmiş rektor həyata keçirir. 

Rektor əvəzçiliklə təyin oluna bilməz. 

Dövlət ali təhsil müəssisələrinin prorektorları (tədris, elm, təlim-tərbiyə, təsərrüfat işləri 

və beynəlxalq əlaqələr üzrə) ali təhsil müəssisəsi rəhbərinin (rektorun) təqdimatı əsasında 

təsisçi tərəfindən təyin olunurlar. 

Bələdiyyə və özəl təhsil müəssisələrinin prorektorlarının vəzifəyə təyin edilməsi həmin 

təhsil müəssisələrinin rəhbərlərinin təyin olunması qaydasında həyata keçirilir. 

Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, 

o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, 

vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisələrinin 

rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən 

təhsil müəssisələrinin rəhbərlərinin və onların müavinlərinin namizədliyi Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılır. 



Rektor mütəxəssis hazırlığının keyfiyyətinə, ali təhsil müəssisəsində tədris, elm, tərbiyə, 

maliyyə-təsərrüfat işlərinin təşkilinə və büdcənin icrasına görə məsuliyyət daşıyır. 

Rektor ali təhsil müəssisəsinin inzibati-funksional idarəetmə strukturunu və ştat cədvəlini 

təsdiq edir. 

Rektorun səlahiyyətləri təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir. Ali təhsil 

müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna 

olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə 

yol verilmir. 

5.4. Fakültə ali təhsil müəssisəsinin tədris elm və inzibati bölməsi olub, eyni sahə və 

istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr, 

magistr hazırlanmasını, müvafiq sahə üzrə mütəxəssislərin (kadrların) ixtisasının 

artırılması (və yenidən hazırlanması) işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə 

işlərinə rəhbərlik edir. 

Ali təhsil müəssisələrinin fakültələrinə ümumi rəhbərlik fakültə elmi şurası tərəfindən 

həyata keçirilir. Fakültə elmi şurası ali təhsil müəssisəsinin rektorunun əmrinə əsasən 3 il 

müddətinə seçilir. Fakültə elmi şurasının sədri - dekandır. Fakültə elmi şurasının 

vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, 

həmçinin müstəsna hallarda ali təhsil müəssisəsinin rektorunun təqdimatına görə həyata 

keçirilə bilər. Fakültə elmi şurasının tərkibi rektor tərəfindən təsdiq edilir. Fakültə elmi 

şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 

təsdiq edilmiş qaydalarla tənzimlənir. 

5.5. Ali təhsil müəssisələrinin fakültələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada bu 

vəzifəyə təyin olunmuş dekan rəhbərlik edir. 

Dekan: 


 

fakültədə tədris prosesinə, tərbiyə işlərinə və elmi tədqiqatların yerinə 

yetirilməsinə bilavasitə rəhbərlik edir; 

 

təhsil proqramlarının və tədris planlarının dövlət təhsil standartının tələblərinə 



uyğun olaraq həyata keçirilməsini təmin edir; 

 

tələbələrin dərslərdə iştirakını təmin edir; 



 

tələbələrin elmi, pedaqoji və istehsalat təcrübəsinin həyata keçirilməsi üçün şərait 

yaradır və onu nəzarətdə saxlayır; 

 

fakültə üzrə dərs cədvəllərinin tərtibinə rəhbərlik edir, onun optimal variantlarının 



təmin olunması üçün məsuliyyət daşıyır və həyata keçirilməsinə nəzarət edir; 

 

tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir və onların elmi fəaliyyətləri üçün 



şərait yaradılmasını təmin edir; 

 

tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkil edir, bütün imtahan 



sessiyalarının normal, mövcud tələblərə uyğun keçirilməsinə birbaşa cavabdehlik 

daşıyır; 

 

tələbələri tələbələr sırasından xaric etmək və bərpa etmək üçün rektora 



təqdimatlar verir; 

 

tələbələrin buraxılış dövlət imtahanlarına, buraxılış diplom işlərinin və magistrlik 



dissertasiyalarının müdafiəsinə buraxılmasına icazə verir; 

 

fakültədə dövlət hesabına təhsil alan tələbələri mövcud qaydada təqaüdə təqdim 



edir; 


 

fakültədə çalışan professor-müəllim heyətinin ixtisasının artırılması və yenidən 

hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik edir

 

fakültədə doktorların təhsilinin lazımi səviyyədə təşkil olunmasını təmin edir, 



onların attestasiyalarını keçirir; 

 

fakültənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, 



təhsil normalarının, tədris planlarının, metodik göstərişlərin hazırlanmasına 

təşəbbüs göstərir və bu işə ümumi rəhbərlik edir; 

 

kafedralararası müşavirələrin, elmi-metodiki müzakirələrin və konfransların 



keçirilməsini təşkil edir və onlara rəhbərlik edir; 

 

ümumfakültə elmi-metodiki və elmi seminarlarının təşkilini təmin edir; 



 

fakültədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işinin aparılmasını təşkil edir və 

onun lazımi səviyyədə aparılmasına məsuliyyət daşıyır; 

 

ali təhsilin hər üç səviyyəsi üzrə fakültədə hazırlanması mümkün və zəruri olan 



ixtisasları, ixtisaslaşmaları müəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrə 

ali məktəbin rəhbərinə təkliflər təqdim edir; 

 

fakültə elmi şurasına rəhbərlik edir; 



 

ali təhsil müəssisəsində fakültə ilə bağlı olan bütün tədbirlərdə, komissiyalarda, 

yığıncaq və şuralarda fakültəni təmsil edir; 

 

müavinlərinin təyin edilməsi üçün təqdimat verir; 



 

fakültədə olan bütün tədris-köməkçi heyətin işinə nəzarət edir, onların işə qəbulu 

və işdən azad olunması, eləcə də həvəsləndirilməsi və cəzalandırılması üçün ali 

təhsil müəssisəsinin rəhbərinə təqdimat verir; 

 

ayrı-ayrı kafedraların tədris yükünün düzgünlüyünü yoxlayıb, onlara rəy verir. 



5.6. Kafedra ali təhsil müəssisəsinin (fakültənin) əsas tədris elm struktur bölməsi olub, bir 

və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, elmi tədqiqat, elmi-pedaqoji və elmi 

işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılmasını və təhsilalanlar 

arasında tərbiyə işlərini həyata keçirir. 

Kafedranın əsas vəzifələri aşağıdakılardır: 

 

bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, 



laboratoriya işlərinin, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri və 

metodiki səviyyədə aparılması; 

 

kurs və buraxılış işlərinə (layihələrinə), istehsalat və digər təcrübələrə, tələbələrin 



sərbəst dərslərinə rəhbərlik edilməsi; 

 

cari imtahanların keçirilməsi; 



 

dövlət imtahanlarının təşkili və keçirilməsi; 

 

təhsilalanlar arasında tərbiyə işinin təşkili; 



 

kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və 

müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların 

hazırladıqları tədris proqramlarına rəy verilməsi; 

 

dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərin və əyani vəsaitlərin 



hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-

metodiki ədəbiyyata rəy verilməsi; 

 

elmi tədqiqat işlərinin aparılması, tələbələrin elmi tədqiqat işlərinə rəhbərlik 



edilməsi; 

 

tamamlanmış elmi tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi 



və nəşr edilməsi üçün rəy verilməsi; 

 

kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının 



hazırlanması və həyata keçirilməsi; 


 

respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, 

professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, 

gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi; 

 

tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər 



hazırlanıb həyata keçirilməsi; 

 

elmi-pedaqoji və elmi kadrların hazırlanması; 



 

kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən 

digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi; 

 

tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki 



köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin 

təşkil edilməsi; 

 

müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik 



göstərilməsi; 

 

ali təhsil müəssisəsinin məzunları ilə daim əlaqənin təşkil edilməsi; 



 

elmi biliklərin təbliğ edilməsi. 

5.7. Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra 

müdiri həyata keçirir. 

Kafedra müdiri: 

 

kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir; 



 

kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir; 

 

hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir; 



 

ayrılmış əməkhaqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti 

hesabına onun ştat tərkibinə dair təklif verir; 

 

fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil edir; 



 

kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təqdim edir

 

kafedranın fəaliyyətinə görə kafedranın kollektivi, fakültə, ali təhsil müəssisəsinin 



elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır. 

5.8. Ali təhsil müəssisələrində elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), 

mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə 

vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma rektor tərəfindən qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 


Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin