43
feodal-tayfa rəhbərlərini hakimiyyətə gətirməklə şirnikləndirir, onları bir-birinin üzərinə
saldıqrmaqla öz məkrli məqsədinə (regionda yeganə hökmranlıq) nail olmağa çalışırdı
(70,115,59,30).
Belə bir şəraitdə 1918-i ilin noyabrın 1-də Şeyx Mahmud Barzanci (1882-1956)
Süleymaniyə əyalətinin hökmdarı elan edildi. Şeyx Mahmud Barzancinin məqsədi Mosul
vilayətinin bütün ərazisi də daxil olmaqla müstəqil Kürdüstan dövləti yaratmaq idi. O belə
bir dövlətin İngiltərənin himayəsi altında yaradılmasına razı idi və bunun üçün inglislərin
İrandakı səlahiyyətli komissarı Arnold Vilsona 40 kürd tayfa rəhbərlərinin imzaladığı
sənədi təqdim etmişdi (71,129).
Əlbəttə, kürdlərin bu istədi ingilis müstəmləkəçilərinin maraqlarına uyğun gəlmirdi
və ona görə də onlar regionda, xüsusilə neftlə zəngin Mosul vilayətində öz mövqelərini
möhkəmləndirmək üçün Ş.M. Barzaminin nüfuz dairəsini daraltmağa başladılar (72,83).
Bundan narazı qalan kürdlər 1919-cu ilin yazında silahlı üsyana başladılar. Həmin ilin
aprelində gəyan (qayan)
tayfası Zahoda, Əhməd Bazaninin rəhbərlik etdiyi kürdlər
Barzan rayonunda İnglis işğalçılarına qarşı silahlı mübarizəyə qalxdılar (73,193). May
ayının 20 –də İran Kürdüstanından avroman tayfa birləşməsinin rəhbəri Mahmud-xan
Dizli kömək üçün öz silahları ilə birgə Süleymaniyə şəhərinə daxil oldu.
İnglislərin xəyanətini görən Ş.M. Barzanci 23 may 1919-cu ildə inglislərin
Süleymaniyə şəhərindəki siyasi qərargahına hücum edib siyasi zabit Qrinhouzu və onun
bütün şəxsi heyətini həbsə saldı və Cənubi Kürdüstanın müstəqüilliyini bəyan etdi.
Süleymaniyə şəhərinin inzibati binası üzərində inglis bayrağı endirildi, onun yerində kürd
bayrağı ucaldıldı (74,32). Öz hakimiyyət dairəsini genişləndirən Şeyx Mahmud Kərkün
yolunda yerləşən Tasluca dərəsində hərbi texnika ilə silahlanmış inglislərin dəstəsini
darmadığın etdi. Bunu görən inglislər Şeyx Mahmudun üzərinə böyük texnika və canlı
qüvvə göndərdi.
18 iyun 1919-cu ildə Dərbənde Bazian adlı ərazidə inglislərlə şiddətli döyüş
zamanı Ş.M. Barzanci yaralandı və həbs edildi. Bu məşğuliyyətdə ingilislərin hərbi
texnikaya görə üstünlüyündən başqa, öz minliyti mənliyini pula və vəzifəyə satan kürd
feodal Muşir Həmay Süleymanın xəyanəti də müəyyən rol oynadı. O inglislərə bələdçilik
edərək, gizli aşırım yolu ilə onların üsyançılara arxadan zərbə vurmasına köməklik
etmişdi.
Beləkillə şeyx Mahmud Barzancinin başçılıq etdiyi silahlı üsyan məğlubiyyətlə
nəticələndi. Lakin buna baxmayaraq, həmin üsyan təkcə İraqda deyil, Kürdüstanın digər
parçalarında da milli-azadlıq hərəkatının yeni dalğasına təkan verməklə öz tarixi rolunu
oynadı (75,410).
1920-1922-ci illərdə Türkiyə Osmanlı imperiyasının əldən getmiş torpaqlarını, o
44
cümlədən İraq ərazisini geri qaytarmaq üçün əlindən gələni etdi. 1922-ci ilin sentyabrında
türk ordusu Süleymaniyə şəhərinə yaxınlaşdı. İnglislər buradakı mövqelərindən geri
çəkilib Ərdəbil və Kərkün şəhərində yerləşməli oldular. Vəziyyəti öz xeyirlərinə dəyişmək
üçün Şeyx Mahmud Barzanciyə müraciət edərək onu sürgündən Süleymaniyəyə geri
gətirdilər. (O Hindistanda sürgündə idi ). Bağdatda inglislərin ali komisarı, İraqın kralı
Feysəl və Ş.M. Barzanci arasındakı danışıqlarda belə bir razılıq əldə olundu: 1) Ş.M.
Barzanci Kürdüstan ərazisində öz nüfuzundan istifadə edərək qayda-qanun yaradacaq və
türklərin İraq ərazisinə soxulmasının qarşısını alacaq; 2) İngilislər muxtar KÜrd
rayonunun yaradılmasında Şeyx Mahmuda köməklik göstərcək.
Beləliklə, 1922-ci ilin 14 sentyabrında Ş.M.Barzanci yenidən Süleymaniyə
vilayətinin hökmdarı (Seçki Şurasının Sədri) təyin olundu və həmin ilin oktyabrında iraqlı
hərbi zabitlərin və inglislərin siyasi komissarı Noelin müşaiyəti ilə şəhərə daxil oldu
(76,200-201). Şeyx Mahmud tezliklə öz hökumətinin tərkibini Bağdata təqdim etdi. O,
Kürd dövlətinin başçısı, kardaşı Şeyx Qadir isə Baş nazir təyin olundu. Kürd dili rəsmi
dil elan olundu.
Bu dildə müxtəlif markalar, pul nişanları çap olundu, təhsil
müəssisələrinin yaradılması üçün tədbirlər həyata keçirildi.
Kürd dilində əvvəlcə “Bangi Kürdüstanın” (“Kürdüstanın səsi”) daha sonra isə
“Ümidi Kürdüstanın” (“Kürdüstanın ümidi”), “Röya Kurdistan” (“Kürdistanın günəşi”)
qəzəlləri nəşr olunmağa başladı (77, 104).
1922-ci ildə Şeyx Mahmud Barzani kürdləri muxtarriyyət məsələsini müzakirə
etmək üçün öz nümayyəndələrini Bağdada göndərdi. Lakin ingilislər və Bağdadaın hakim
dairələri kürdlərin haqlı tələblərini (İraq çərçivəsində Muxtar Kürdistanın yaradılması)
qəbul etmədikləri üçün danışıqlar nəticəsiz başa çatdı. İngilislərin ona münasibətdə 1919-
cu illəri kimi hərəkət edəcəyindən şübhələnən Ş.M.Barranci ingilislərə qarşı olan
dairələrdə özünə müttəfiq axtarmağa məcbur oldı. Bu məqsədlə o, Türk höküməti və İraq
ərəbləri ilə danışıqlara başladı. Bunu görən ingilislər Seyx Mahmudu izahat vermək üçün
Bağdada çağırdı. Lakin o, Bağdada getməkdəm imtina etdi (78,99).
1923-cü ilin martın 3-də ingilislər Süleymaniyə şəhərini hərbi təyyarələrdən
bombalamağa başladı. İngilislərin şəhəri vəhşicəsinə dağıtmağa başladığını görən
Ş.M.Barranci Süleymaniyyəni tərk edib öz dəstəsi ilə dağlara çəkildi.İngilislərə qarşı
silahlı mübarizə aparan Şeyx Mahmud digər kürd liderlərini də milli azadlıq hərəkatına
qoşulmağa çağırdı. Lakin bəzi kürd feodallıq hərəkatına qoşulmağa çağırdı. Lakin bəzi
kürd feodalları və xüsusilə dini rəhbərləri onu ingilis “agenti” adlandıraraq köməkdən
imtina etdilər. Məsələn, İran kürdüstanının bəzi rəhbərləri Ş.M. Barzancinin çağırışına
cavab olaraq bəyan etdilər ki, onlar ingilislərdən asılı olmayan müstəqil Kürdüstan
uğrunda mübarizə aparırlar (79). Əvvəlcə Ş.M.Barzanciyə ingilislərə qarşı mübarizədə
kömək edəcəyini vədd edən Türk hökuməti 1923-cü ildə öz mövqeyini möhkəmləndirən
45
kimi nəinki vədinə sadiq qaldı, əksinə, kürdlərin milli azadlıq hərəkatının boğulması üçün
tədbirlərə başladı 1923-cü ilin may ayının ortalarında ingilis silahlı qüvvələri milli
mənliyini sərvətə və vəzifəyə satan bəzi kürd feodallarının köməyi ilə Süleymaniyə
şəhərini işğal etdilər. Qeyi-bərabər qüvvələrlə döyüşün əhəmiyyətsiz olduğunu görən Şeyx
Mahmud ingilislərə qarşı partizan hərəkatına keçməyə məcbur oldu.
İraq
Kürdüstanında
milli-azadlıq
hərəkatının
yatırılması
üçün
vaxtilə
Ş.M.Barzanciyə vədlər verən Türk də əlindən gələni əsirgəmədi (80).
Ş.M. Barzancinin rəhbərliyi altında baş qaldıran milli-azadlıq hərəkatını
yatırdıqdan sonra (1923-cü il) ingilislər Osmanlı imperiyasının tərkibindən çıxmış və
əhalisinin əksəriyyəti kürdlərdənibarət olan Mosal vilayətini öz mandatı altında olan İraqa
birləşdirmək üçün “dəridən-qabıqdan” çıxdılar. Və nəhayət 1925-ci ilin 15 dekabrında
Millətlər Siqası (indiki BMT) Mosal vilayətinin İraqa birləşdirilməsi və bu ölkənin (İraqın)
25 illiyin Böyük Britaniyanın mandatına (yəni tabeliyinə) verilməsi barədə qərar qəbul
etdi.
Öz doğma torpaqlarında yadelli işğalçıların ağalığını möhkəmləndirən bu qərar
İraq Kürdüstanında ciddi narazılıqların baş qaldırmasına səbəb oldu. Həmin narazılıqları
yumşaltmaq məqsədi ilə İraqın Baş naziri 1926-cı ilin fevralında Bağdatda-parlament
iclasında bəyan etdi: “Biz kürdlərə öz haqlarını verməliyik. Vəzifəli şəxslər onlardan
olmalıdır. Kürdlərin ana dili rəsmi dil olmalı, onların uşaqları isə məktəblərdə kürd
dilində oxumalıdır” (51,293). Lakin kürdləri sakitləşdirmək məqsədi daşıyan bu bəyanat
elə parlamentin divarları arasında qalan boş vəddən başqa bir şey olmadı.
1930-cu illlərdə kürdlərin milli-azadlıq hərəkatı yenidən canlanmağa başladı.
Həmin ilin 6 sentyabrında Süleymaniyədə təşkil olunan izdihamlı mitinqdə qarşıdan gələn
parlament seçkilərini boykot etmək tələbi irəli sürüldü və bu şüarlar səsləndirildi: “Rədd
olsun imperializm!”, “Kürdüstana azadlıq!” (77,147). İraq hökuməti dinc əhalənin üzərinə
qoşun göndərərək mitinqi silah gücünə (39-a yaxın dinc nümayişçi öldürüldü) dağıtdı.
Yaranan şəraitdən istifadə etmək qərarına gələn M. Barzanci İranın sərhəd
rayonlarından İraqa doğru yeridi. İlk Günlər kürd üsyançılar xeyli uğur qazanaraq
hökumət qoşunlarını məğlubiyyətə uğratdı. Vəziyyətdən ciddi narahat olan ingilislər hərbi-
hava qüvvələri vasitəsi ilə üsyançıların və dinc əhalinin yaşadığı əraziləri bombardman
etdi. Kürd üsyançıları 1931-ci ilin yay aylarınadək ciddi müqavimət göstərsələr də
birləşmiş ingilis-İraq qoşunlarının yüksək texnika ilə təmin olunmuş hərbi gücünə tab
gətirə bilmədilər.
Hərəkatın lideri Şeyx Mahmud Barzanci ingilislərlə danışıqlar nəticəsində əvvəlcə
Bağdada gətirildi, sonra isə Samarra şəhərinə sürgünə göndərildi. (İngilislər onun və
ailəsinin təhlükəsizliyini təmin edəcəklərini vəd etmişdilər).
46
Ş.M. Barzancinin başçılıq etdiyi milli-azadlıq hərəkatı yatırıldıqdan az sonra İrada
Barzanilər hərəkatı baş qaldırdı. Əslində Barzaninin Osmanlı imperiyası dövründə
işğalçılara demək olar ki, boyun əyməmiş və yarımmüstəqil hakimiyyətlərini sürdürməkdə
davam etdirmişlər. 1931-ci ilin iyun ayında ingilislər öz nümayəndəsini hərəkatın lideri
Əhməd Barzaninin yanına göndərərək ondan üsyanı dayandırmağı tələb etdilər. Lakin
Ə.Barzani bu tələbi rədd edərək, həmin ilin iyul ayında ingilis-Iraq birləşmiş hərbi
qüvvələrinə qarşı qəhrəmancasına döyüşə başladı. İngilislər tərəfindən ələ alınan Şeyx
Rəşid Bradost Ə. Barzaniyə qarşı çıxdı.
Üsyançılara gücü çatmadığını görən İraq hökuməti yenidən ingilislərin hərbi-hava
qüvvələrinə müraciət etdi. İngilis təyyarələri Barzan rayonunu vəhşicəsinə bombardman
etməyə başladı. Bu barədə ingilis H.S. Lonqriq “İraq 1900-1950-ci illərdə siyasi, sosial və
iqtisadi tarixi” adlı kitabında yazır: “Əhmədin fəaliyyət göstərdiyi rayon tədricən təsir
göstərən bombalardan istifadə edilməklə intensiv bombardman edildi; hətta, mal-qaranı
havadan məhv etdilər ” (86,196).
Qeyri-bərabər qüvvələrlə İraq-ingilis qoşun birləşmələrinə qarşı qəhrəmancasına
döyüşn barzanilər 1933-cü ilin may ayınadək ciddi müqavimət göstərə bildi. Həmin ay
fransız jurnalisti yazırdı ki, 10 mindən çox İraq əsgəri yalnız ingilislərinin hərbi-hava
qüvvələrinin böyük köməyi nəticəsində Əhməd Barzaninin rəhbərlik etdiyi üsyançıların
öhdəsindən gələ bildi (87,79).
İngilislərlə yanaşı, Türkiyə hökuməti də kürd üsyançılarına qarşı döyüşdə İraq
əsgərlərinə
yaxından köməklik göstərdi.
Hətta,
Əhməd Barzani aldadılaraq
Türkiyəyəaparılmış və burada 100-ə yaxın silahdaşı ilə aldadılaraq həbs edilmişdir
(54,156).
1943-cü ilin yayında Barzanilər hərəkatı Mustafa Barzaninin rəhbərliyi ilə
yenidən baş qaldırdı. Üsyan bölgəsinə yenidən hərbi qüvvə göndərən İraq hökumətinin
qoşunları Merqa Sor (“Qırmızı çəmənlik”) rayonunda darmadağın edildi. Kürd üsyançıları
ilə bacarmadığını görən İraq hökuməti vaxt udmaq məqsədi ilə M.Barzani ilə sülh
danışıqlarına getdi. Uzun sürən danışıqlardan sonra əldə olunan razılıq müqaviləsində İraq
hökuməti kürdlərin aşağıdakı tələblərini yerinə yetirəcəyinə söz vermişdi:
1). Üsyançıların ələ keçirdiyi ərazilər onların (Kürdlərin) nəzarətində saxlanılacaq;
2). Üsyançıların silahları özlərində qalacaq;
3). Üsyanla əlaqədar ölkənin şimalında həbs olunanların hamısı azadlığa
buraxılacaq;
4). Kürdüstan sənaye və ərzaq məhsulları ilə ədalət prinsipi əsasında təmin
olunacaq;
47
5). Kürdlərin yaşadığı rayonlar kürdlər tərəfindən idarə olunacaqdır;
6). Mədəniyyət və maarif sahəsində İraq Kürdüstanı muxtariyyət hüququna malik
olacaqdır;
7). İraq Kürdüstanında məktəb və xəstəxanalrın tikintisi üçün hökumət vəsait
ayıracaq (54,168-169). 1944-cü ilin mart ayında İraq hökumətinin başçısı Nuri Səid
Kürdüstana səfər etdi. O, Kərkük və Ərdəbil şəhərlərindəki çıxışlarında özünün də kürd
mənşəli olduğunu, bu xalqın vətənpərvərliyini və qəhrəmanlığını təqdir etdiyini, İraq
hökumətinin kürdlərin bütün tələblərini yerinə yetirəcəyini bəyan etdi (88,98).
İraq hökumətinin əvvələrdə belə vədlər verib yerinə yetirmədiyini yaxşı bilən B.
Barzani 1945-ci ildə Azadlıq komitəsi yaratdı. Həmin komitənin bütün üsyan rayonlarında
özəkləri təşkil olundu. Həmin komitədən az əvvəl yaradılmış “Şoreş” (“İnqilab”) partiyası
da üsyançılara kömək edəcəyini bəyan etdi.
Bütün bunları görən İraq hökuməti iki üzlü siyasətə üstünlük verdi: bir tərəfdən
M.Barzaninin yanına vasitəçilər göndərilir, digər tərəfdən üsyanı silah gücünə yatırdmaq
məqsədi ilə hərbi əməliyyatlar hazırlanırdı.
1945-ci ilin avqustunda İraq hökuməti ingilis generalı Rentonun başçılğı altında
Barzanilərin üzərinə 25 mindən yuxarı silahlı qüvvə yeritdi. Bundan əlavə hökumətin
vəzifə və pul ilə ələ aldığı kürd feodallarının beş minə yaxın döyüşçüsü də üsyançılara
qarşı hərbi əməliyyatlara cəlb edildi. Sentyabırda genişlənən ilk hərbi əməliyyatlar zamanı
M. Barzaninin partizan dəstələri hökumət qoşunlarını məğlubiyyətə uğradaraq, Ərdəbil
üzərinə hücuma hazırlaşdı.
Bu vəziyytdən narahat olan ingilislər əvvəllər olduğu kimi bu dəfə də kürd
üsyançılarının üzərinə hərbi təyyarələrdən vəhşicəsinə bombalar yağdırdı. İngilis
Lonqriqin yazdığına görə hərbi təyyarılır təkcə üsyançıların mövqelərini, onları müdaviə
edən dinc əhalinin bütün evlərini, malını-mülkünü bombardman edirdi. Nəticədə üsyanın
baş verdiyi ərazilərdə 50-dən çox yaşayış məntəqəsi yerlə yeksan edildi (54,172).
M.Barzani qeyri-bərabər qüvvələrlə döyüşməyin əhəmiyyətsiz olduğunu görüb
İran Kürdüstanına tərəf çəkilməyi qərara aldı. Ərbildə təşkil olunan hərbi tribunal M.
Barzani, Şeyx Əhməd Barzani və İraq ordusunun kürd mənşəli yeddi zabiti daxil olmaqla
35 nəfərin qiyabi olaraq ölüm cəzasına məhkum edilməsi barədə qərar çıxartdı. Həmin
zabitlərdən kapitan Mustafa Xoşnav dar ağacı önündə qürurla səsləndi: “Cəlladlar öz
sahiblərinizə deyin ki, mənim qanım üçün qisas alınacaqdır! Mən onunla fəxr edirəm ki,
mənim adım həmvətənlərim tərəfindən unudulmayacaqdır və öz həyatım Kürdüstanın
böyüməsi və xoşbəxtliyi üçün qurban verənlərin adı ilə bir sırada dayanacaqdır” (54,175).
Haşiyə: M. Xoşnavın adı unudulmadı, əksinə Kürdüstanın tarixinə qızıl hərflərlə əbədi
48
həkk olundu. Təkcə onun deyil XX əsrdə İraq hökuməti tərəfindən məhv edilmiş
milyondan çox kürdün qisası gec də olsa, alındı: Şəddam Hüseyn dar ağacından asıldı
(Onun müddəhim kürsüsündə əyləşdiyi məhkəmənin sədri kürd idi).
1958-ci ilin 14 iyulunda baş verən inqilab nəticəsində İraq Haşimlər krallığı
devrildi; ölkədə ilk respublika hökuməti təşkil olundu. Həmin hökumətin iki naziri
milliyətcə kürd idi. Mahmud Salih Mahmud (Səhiyyə naziri); Mustafa Əli (Ədliyyə naziri).
Yeni yaradılan Ali dövlət şurasının üç üzvündən biri-Xalid Naxışbındi də kürd idi.
Yeni hökumətin kürdlərin milli haqlarını tanıyacağı barədəki vədlərinə və bu
istiqamətdə atılan ilk addımlara inanan kürdlər demokratik mübarizə
yolunu seçmək
qərarına gəldilər. Belə ki, Kürdüstan Demokratik partiyası 16 iyul 1958-ci ildə özünün
mərkəzi komitəsinin fövqəladə plenumunda xüsusi bəyanat qəbul etdi. Bəyanatda qeyd
olunurdu ki, HDP ölkədə yeni yaranmış respublika quruluşunu müdafiə edir və onun
apardığı siyasətlə həmrəydir. Eyni zamanda KDP əminliyini bildirdi ki, demokratik İraq
rejimi kürdlərin milli haqlarını tanıyacaqdır.
1958-ci ilin 26 iyulunda İraq respublikasının müvəqqəti Konstitusiyası qəbul
edildi. Həmin konstitusiya ölkənin tarixində ilk dəfə olaraq kürdlrin milli haqları qanunla
təsbit olundu. Belə ki həmin konstitusiyanın 3-cü maddəsində yazılmışdı: “Ərəblər və
kürdlər tərəfdaşdırlar, onların milli haqları vahid İraq çərçivəsində kontitusiya ilə təmin
olunur (89,20)”.
Həmin ildən başlayaraq kürdlərin milli haqlarının tanınması istiqamətində
müəyyən addımlar atıldı: Maarif nazirliyində “Kürdüstanda tədris-tərbiyə işlərinin təşkili”
departamentin yaradılması; məktəblərdə kür dilində təlimə başlanılması; kürd dilindəki
qəzet və jurnalların leqal nəşri, Kürdüstan Demokratik Partiyasının bütün ölkədə sərbəst
fəaliyyəti; 1943-1945-ci il üsyanının iştirakçıları, o cümlədən M.Barzani haqqında
Amnistiyanın verilməsi və s.
Bağdadda nəşr olunan “Əl- Cumhuriyyə” qəzeti 1958-ci ilin 19 iyul sayında
yazırdı: “İraqın azadlığı və mütləqiyyən uğrunda mübarizədə ərəblərlə bərabər iştirak edən
kürdlər əmin ola bilərlər ki, onların vəziyyəti ilə müvafiq olacaqdır” (54,198).
Bütün bu adddımlar Türkiyə hökumətini ciddi naraht etməyə başladı. Həmin
hökumət hətta belə bir rəsmi bəyanat verdi: “öz maraqlarının Kərkükdə (?!) müdafiə
etmək üçün Türkiyə ən aktiv siyasət yürütməyə hazırdır” (90,71).
1958-ci ilin 7 oktyabrında İraq hökumətinin başçısı Qasım MşBarzanini və 1958-
ci ilin 7 oktyabrında İraq hökumətinin başçısı Qasım MşBarzanini və onu müşaiyət edən
digər kürd liderlərini qəbul etdi. Elə həmin gün M.Barzani Ali dövlət Şurasının üzvləri ilə
49
görüşdü. Bu səmimi görüşlər və aparılan danışıqlar Kürd ictimaiyyətində demokratik
əhvali-ruhiyyə və vahid İraq dövləti çərçivəsində konstitusiya yolu ilə kürdlərə
muxtariyyət verilməsinə inam yaratdı.
Bütün qeyd olunanlarla barışmayan İraq hökumətinin millətçi sağ qanadı, Türkiyə
və İranın Xüsusi xidmət orqanları yenicə durulmaqda olan suyu bulandırmağa başladılar.
Əvvəlcə millətçi sağ qanada rəhbərlik edən Əbdül Salam Aref və onu müdafiə edənlər
tərəfindən 1958-ci ilin noyabr-dekabr ayında baş nazir Qasıma qarşı sui-qəsdlər təşkil
olundu. Lakin sol qüvvələrin, o cümlədən, KDP-nin köməyi nəticəsində hökumət bu sui
qəsdlərin qarşısını ala bildi. Daha sonra Türkiyə və İranın xüsusi xidmət orqanları
Kürdüstan bölgəsində təxribatlar təşkil etməyə başladılar.
Türkiyə hökumətinin gizli agentləri apardıqları təxribatlar məqsədi ilə 1959-cu ilin
yanvarında Kərkükün Körpü qəsəbəsində kürkmənlərlə kürdlərin toqquşmasını təşkil
etdilər. (Türk hökuməti belə təxribat xarakterli fəaliyyətini Şimali İraqda (Kürdüstanda)
bu gün də davam etdirməkdə və burada demokratik yolla Kürd muxtariyyətinin
yaradılmasına mane olmaqdadır). Həmin ilin iyulunda qeyd olunan qüvvələr kərkük
şəhərində kütləvi iğtişaşlar törətdilər. Bu iğtişaşlardan sonra Qasımın başçılıq etdiyi İraq
hökuməti demokratik dəyişikliklərdən, o cümlədən kürdlərin haqlarının tanınması
istiqamətində atılan addımlardan üz döndərməyə başladı.
1961-ci ildə KDP-nin orqanı olan “Xəbat” (“Mübarizə”) qəzeti və kürd dilindəki
digər nəşrlər bağlandı. Həmin ilin avqustunda KDP iki dəfə İraq hökumətinə müraciət etdi.
Bu müraciətlərə cavab əvəzində İraq hökuməti Kürdüstan ərazisinə böyük hərbi qüvvə
göndərdi. Hərbi-hava qüvvələri əvvəlcə Barzan rayonunu, daha sonra isə Kürdüstanın
digər ərazilərini bombalamağa başladı. Kürdlərə qarşı aparılan hədə-qorxu kompaniyası o
dərəcəyə çatmışdı ki, kürd əsilli məmurlara milli geyimdə gəzmək qadağan olunmuşdu
(60,65).
1963-cü ilin 8 fevralında dövlət çevrilişi nəticəsində sağ millətçi-ekstremist
qüvvələr hakimiyyəti ələ keçirtdi və İraqda hərbi-diktatura rejimi yaradıldı. Həmin ilin
iyununda Milli Şura kürdlərin üstünlük təşkil etdiyi vilayətlərin (Mosul, Süleymaniyə,
Ərbil, Kərkük) ərazisini hərbi zona elan etdi. Eyni zamanda həmin şura Barzanilərə
ultimatum göndərərək 24 saat saat ərzində silahı yerə qoymaq tələbini irəli sürdü. Bu
ultimatumun səhərisi İraq hökuməti M. Barzaninin dirisini və ya ölüsünü Bağdada
gətirənlərə 250 min dollar verəcəyini elan etdi (54,208).
Kürdlərin muxtariyyət əldə etmək üçün apardığı milli mübarizəyə son qoymaq
üçün Türkiyə, İran və Suriya hökumətləri də İraqın hərbi-diktatura rejiminə gizli və açıq
yardım edirdi. Hətta, Türkiyə və İran təyyarələrinə İraqın hava sərhədlərini keçib kürdlərin
50
yaşadığı rayonlarda “kəşfiyyat” uçuşlarını həyata keçirtmək və hərbi əməliyyatlarda iştirak
etmək icazəsi verilmişdi.
Qeyri-bərabər qüvvələrlə qəhrəmancasına döyüşən Barzanilərə həmin ağır
günlərdə heç kim köməklik göstərmirdi. Yalnız Sovet İttifaqı Türkiyə, İran və Suriya
hökumətlərinin İraqın daxili işlərinə
qarışmasını pisləyən bəyanatla çıxış etdi
(79,09.07.1963).
Kürdlərin müqavimətini silah gücünə qıra
bilməyəcəyini görən kürd hökuməti
yenidən onlarla danışıqlara getməyi qərara aldı. 1964-cü ilin 10 fevralında İraq hökuməti
ilə kürdlərin milli hərəkat lideri arasında “Kürdüstanda müharibənin dayandırılması və
problemin sülh yolu ilə həlli” haqqında müqavilə imzalandı.
1966-cı ildə İraq hökuməti yenidən silah gücünə əl atdı. Həmin ilin may ayında
Rəvandüz rayonunda hökumət qoşunları ilə kürdlər arasında böyük toqquşma baş verdi.
Kürdlər bu döyüşdə öz mövqelərini qoruyub saxlamaqla yanaşı, hökumət qoşunlarına ağır
zərbə vura bildilər. Bu döyüşdən sonra İraq hökuməti yenidən kürdlərlə danışıqlara getdi
və 1966-cı ilin 29 iyununda onlar arasında sülh müqaviləsi imzalandı. Lakin səhərisi gün
(30 iyun) müqavilənin şərtləri ilə razılaşmayan sağ millətçilər dövlət çevrilişinə cəhd
etdilər.
1968-ci ilin 17 iyulunda “Ərəb inqilabi hərəkatı”nın zabitləri “BƏƏS” partiyasının
üzvləri olan hərbiçilərlə birlikdə İraqda dövlət çevrilişi edərək genral Əhməd Həsən Bəkri
prezident təyin etdilər. Həmin ilin sentyabrında qəbul edilən ölkənin yeni müvəqqəti
Konstitusiyasına əsasən BƏƏS-dən başqa bütün siyasi partiyaların fəaliyyəti qadağan
olundu. Yeni Konstitusiyada kürd məsələsinin həlli öz əksini tapmamışdı.
Ölkədə vəziyyətin gərginləşdiyini görən İraq hökuməti 1970-ci ildə kürd
məsələsinin demokratik yolla həllinin əruriliyini anlamağa və bu istiqamətdə müəyyən
addımlar atmağa başladı. Həmin il İnqilabi Rəhbərlik Şurasının sədr müavini olan Səddam
Hüseyn bəyan etdi ki: “Müasir dövrdə, məhz indi ölkə elə bir həddə çatıb ki, İraqda
Dostları ilə paylaş: |