58
bir bələdiyyə məclisinin kürdlərə ayrılması) onları razı salmasa da nümayəndə heyəti
sakitcə Mehabada qayıtdı.
17 dekabr 1945-ci ildə İKDP-nin təşkil edildiyi mitinqdə İranın şah rejiminin
Mehabadda son qalığı olan Ədliyyə Sarayının binası ələ keçirildi və onun üzərində
Kürdüstan bayrağı ucaldıldı. 1946-cı ilin 22 yanvarında (O.İ.Jiqabina yuxarıda qeyd
olunan mənbələrdə 24 yanvar yazır) Mehabad şəhərində, qış olduğuna və bu ərazinin
dənzi səviyyəsindən 1000 metr yüksəklikdə yerləşdiyinə baxmayaraq, günəşli bir gün idi.
Səhər açılandan bir qədər sonra Mehabadın mərkəzindəki “Çawarçıra” (“Dörd lampa”)
meydanı ardı-arası kəsilməyən mitinq iştirakçıları təeəfindən tamamilə dolmuşdu.
Meydana gələn hər iki küçə Kürdüstan bayraqları ilə bəzədilmişdi. Mitinqçilər tərəfindən
meydana dəvət edilən Məhəmməd Qazi maxta kürsünün üzərinə çıxaraq nitq söylədi. O,
öz nitqində kürdlərin qədim zamanlardan bu günədək doğma torpaqlarında yaşadığını,
haqqlarının tapdalandığını, artıq onların da oyandığını və digər xalqlar kimi öz
müqəddaratlarını təyin etmək hüququna malik olduğunu bildirdikdən sonra Mehabad
Kürd Cumhuriyyətini elan etdi: “Bu andan etibarən muxtar Kürd Cumhuriyyəti
qurulmuşdur” (95,154). On beş dəqiqə davam edən çıxışında M. Qazi göstərdiyi yardıma
görə Sovet İttifaqına minnətdarlığını bildirdi, qonşu Azərbaycan xalqını Demokratik
Respublika qurmaları münasibətilə təbrik etdirə kürdlərin azərilərlə dostluq edəcəyini
söylədi.
M.Qazi Mehabad və ətraf rayonlarda çox böyük nüfuza malik olan Qazilər
ailəsinin görkəmli nümayəndələrindən biri idi. O ilk təhsilini “Kütabxanə” adlanan dini
məktəbdə almışdı. Lakin onun dünyagörüşünün formalaşmasında Mehabad ən nüfuzlu
qazilərindən olan atası Əli Qazinin və evlərindəki müxtəlif dillərdə olan çoxlu kitabların
qiraəti mühüm rol oynamışdı. Dini təhsil aldığına baxmayaraq, müşahidəçilərin
yazdığına görə kürd ərəb, fars, ingilis, Azərbaycan, rus dillərini bilən M. Qazinin
dünyagörüşündə mütərəqqi iqtisadi, siyasi və sosial baxışlar mühüm yer tuturdu (95,79).
Bəziləri onun “Sovet” təsirlə hərəkət etdiyini söyləsələrdə, W. Aegletonun yazdığı kimi,
M. Qazi ömrünün sonuna qədər kürd milliyətçisi olaraq qaldı və kimsənin ona rəhbərlik
etməsini qəbul etmədi (95,145). O, Kürdüstan Cumhuriyyətinin başçısı kimi ona verilən
3000 tümən (700 dollar) maaşdan imtina etmiş, xalqa təmənnasız xidmət göstərmişdir.
Yeni qurulan Kürd hökumətinin başçısı Hacı Baba Şeyx təyin olundu. Hökumətin
digər üzvləri aşağıdakılar idi:
1. Məhəmməd
Hüseyn
Seyfi
Qazi-
Hərbi
naziri
və
prezidentin
köməkçisi(Prezident M.Qazi idi).
2. Mənaf Kərimi- Milli Təhsil nazir.
3. Məhəmməd Əmin Muini –Daxili işlər naziri.
59
4. Seyid Məhəmməd Əyyubi-Səhiyyə naziri
5. Əbdürrəhman İlhanzadə-Xarici işlər naziri.
6. İsmayıl Ağa İlhanzadə-Rabitə və Yol işləri naziri.
7. Əhməd İlahi-İqtisadiyyat naziri.
8. Xəlil Hüşvəri-Əmək Naziri.
9. Kərim Əhmədiyan-Poçt, Teleqraf, Telefon işləri naziri.
10. Hacı Mustafa Davudi-Ticarət naziri.
11. Molla Hüseyn Məcdi-Ədliyyə naziri
12. Mahmud Vəlizadə-Kənd təsərrüfatı naziri.
Kürdüstan
və
Azərbaycanda
milli-azadlıq
hərəkatının
getdikcə
möhkəmləndiyindən narahat olan İran hökuməti BMT-yə Sovet İttifaqından şikayət etdi.
və sovet qoşunlarının öz ərazisindən (həmin qoşunlar 1941-ci ildən İran ərazisinə, daha
doğrusu Cənubi Azərbaycana daxil olmuşdu) çıxarılmasını istədi. 4 aprel 1946-cı ildə
İranla Sovet İttifaqı arasında müqavilə imzalandı. Həmin müqavilənin şərtlərinə görə
Sovet İttifaqı 6 həftə ərzində öz qoşunlarını İran ərazisindənçıxarmalı, bunun əvəzində
isə 50 il müddətində güzəştli qiymətlərlə bu ölkədən neft almalı idi.
Vəziyyətin
gərginləşdiyini
görən
M.Qazi
Kürdüstan
Cumhuriyyətini
möhkəmləndirmək üçün zəruri addımlar atmağa başladı. Ordunu gücləndirmək üçün
Sovet İttifaqında silah-sursat alındı. Kürdüstan Milli marşı hazırlanıb əsgərlərə öyrədildi.
Marşın sözlərini şair Əbdürrəhman Həjar yazmış, musiqisini Mənaf Kərimi (Milli Təhsil
naziri)
bəstələmişdilər. Marşın son bəndində
Kürdüstanın coğrafi
ərazisinin
genişlənəcəyinə açıq işarə vardı:
Neftım awe jiyan,
Le Sert u Kermanşane,
Baba gurgur duzane,
Le Musilda hemane.
Mosal nefti də bizimdir (95,179).
60
1946-cı ilin Mart ayında Kürdüstan Cumhuriyyətinə dəstək olmaq məqsədilə öz
döyüşçülərini (3000 nəfər) Mehabada topladı və burada qərarga yaratdı. Tez bir zamanda
ayrı-ayrı tayfa başçılarına tabe olan silahlı dəstələr əsasında vahid Mərkəzə (M. Qaziyə və
Hərb naziri Məhəmməd Hüseyn Seyfiyə) tabe olan Kürd Ordusu yaradıldı. Həmin ilin
Aprel ayının 23-də (O. Jiqalina 3may yazır, Bax: 54,səh. 182;96, səh 136) Kürdüstan və
Azərbaycan Cümhuriyyətləri arasında yeddi maddədən ibarət dostluq və qarşılıqlı
əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqavilədə hər iki tərəfin sosial-iqtisadi və
hərbi sahələrdə bir-birinə yardım edəcəyi, hər iki xalqın (kürdlərin və azərbaycanlıların)
milli haqlarının qarşılıqlı sürətdə təmin ediləcəyi xüsusi qeyd olunmuşdu. Yeddinci
maddədə deyilirdi: “-Hər kim ki, iki xalq arasında tarixi dostluğu və əməkdaşlığı pozmağa
cəhd edərsə və hər kim ki, iki xalqın milli birliyini aradan qaldırmağa çalışarsa, iki xalq
tərəfindən cəzalandırılacaqdır” (95,194-195).
1946-cı ilin 24 aprelində İranın hökumət qoşunları kürdlərə öz gücünü göstərmək və
onların gözünü qorxutmaq məqsədi ilə Kürdüstan Cümhuriyyətinin üzərinə hücuma keçdi,
lakin “Qəhrawa” (“Qəhrabad”) adlanan kəndi yaxınlığında Kürd ordusunun silahlı dəstəsi
onları ağır məğlubiyyətə uğrdaraq, 40-dan çox əsgəri əsir aldı. (Həmin əsgərlər sonradan
azad edilib Tehran şəhərinə geri göndərildi).
Moskva radiosunun verdiyi xəbərə görə 1946-cı ilin 9 May günü bütün Sovet
qoşunları İran ərazisini tərk etdi (95,207). Bundan bir neçə gün (15 May ) sonra İranın
hökumət qoşunları Saqqız şəhəri yaxınlığında-Mameşah dağında yerləşən kürd silahlı
dəstələrinin üzərinə hücuma keçdi. Buradakı Kürdlərin (Bazanilərdən ibarət idi) silahlı
dəstəsinə (cəmi 43 nəfər) Xəlil Xoşəwi başçılıq edirdi. Qeyri-bərabər döyüşdə düşmənin
22 əsgərini məhv edib, 40 əsgərini əsir aldıqdan sonra kürd döyüşçüləri geri çəkilmək
məcburiyyətində qaldı. Bu döyüşdə kürdlər cəmi bir nəfər itki verdi ki, bu da 10 güllə
yarası aldığına baxmayaraq, son qanınadək qəhramancasına vuruşan və döyüş mövqeyini
tərk etməyən dəstə başçısı Xəlil Xoşəvəri idi (95,224).
1946-cı ilin
iyun ayının ortalarında tərəflər (kürd döyüşçüləri ilə hökumət
qoşunları) arasında atəşkəs elan olundu. Nisbi sakitlik şəraitində Kürd Cumhuriyyətinin
sosial-mədəni inkişafı üçün ətdbirlər gücləndirildi. Bu dövrdə İran Kürdüstanı Demokratik
Partiyasının rəsmi orqanı olan “Niştiman” (“Vətən”) qəzetindən başqa “Kürdüstan” adlı
gündəlik qəzet, “Həwar” (“Fəryad”), “Aqır” (“Od-alov”), “Hilalə” (“Aypara”),
“Gelawiz” (“Gəlavej”-ulduz adıdır) adlı jurnallar kürd dilində çap olunub İran kürdləri və
eləcə də İraq kürdləri arasında geniş yayılmışdı.
İyul ayının axırlarında ibtidai siniflər üçün kürd dilində dərslər artıq çapa hazır idi.
Kürd dilində hər gün saat 16
00
-dan 22
00
-dək verilişlər yayımlanırdı.
61
M.Qazi İran dövləti çərçivəsində
Kürd Cümhuriyyətinin qanuni
əsaslara
söykənməsini təmin etmək məqsədilə 1946-cı ilin avqust ayının əvvəllərində Tehrana səfər
etdi. O, burada iki dəfə iranın baş Qərərgah rəisi Genral Razmara ilə görüşdü. İranın baş
naziri bütün İran Kürdüstanının bir ostan (vilayət) altında birləşdirilməsi və bura Mərkəzi
iran hökuməti tərəfindən bir rəhbərin təyin olunmasını təklif etdi. Lakin M. Qazi bu təklifi
qəbul etmədi. Çünki bu həm kürdlərin, həm də Cənubi Azərbaycanın (İran Kürdüstanın
bəzi şəhərlərində azərbaycanlılar üstünlük təşkil etdiyi üçün Azərbaycan Demokratik
Cümhuriyyətinin tərkibinə daxil edilmişdi) milli maraqlarına zidd idi. Hiyləgər siyasətçi
olan Ə.Kvıvammüssəltənə bu təklifi ilə kürdlərlə azərbaycanlılar arasındakı tarixi dostluğu
və möhkəm birliyi pozmaq, beləliklə hər ikisini zəiflədib məğlubiyyətə uğradaraq özünə
tabe etdirmək istəyirdi.
ABŞ-ın beynəlxalq dəstəyini alan və Sovet İttifaqının müdaxilə etməyəcəyinə əmin
olan Iran hökuməti payız aylarında Cənubi Azərbaycanda və Kürdüstanda baş vermiş və
demokratik Cümhuriyyətin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatını qan içində
boğmaq qərarına gəldi.
11 dekabr 1946-cı ildə Təbrizdə xalq İran ordusuna qarşı mübarizəyə səsləyən
vərəqələr yayılmağa başladı. Lakin elə həmin günü axşam saatlarında Azərbaycan valisi
Səlamüllah Cavidin Tehrana Azərbaycan Demokratik Cuümhuriyyətinin çökdüyü və
Azərbaycan və Azərbaycan demokratk Partiyası liderlərinin (sədri Cəfər Pişəvəri idi)
Şimala (Sovet Azərbaycanına) qaçdıqları barədə teleqram vurulması xəbəri yayıldı. İki
gün sonra (13 dekabr) İran ordusu Təbrizə daxil oldu və şəhəri zəbt edərək buradakı milli
hərəkatı qan içində boğdu (95,258-259).
Azərbaycan Demokratik Respublikasının qəfildən çökməsi və Sovet İttifaqının buna
göz yumması Kürdləri ciddi narahat etməyə başladı. Dekabrın 14-də (1946-cı il)
Kürdüstan Demokratik partiyasının liderləri və milli hölumətin bəzi üzvləri M. Qazinin
yanına gələrək müqavimətin mənasız olduğunu bildirdilər və ölkəni tərk etməyi təklif
etdilər. M. Qazi təklif sahiblərinin istədikləri kimi hərəkət etmələrinə razı olduğunu, lakin
özünün Mehabadı heç vaxt tərk etməyəcəyini, doğma xalqı ilə qalacağını qətiyyətlə
bildirdi. Bu qətiyyətdən heyrətlənən bəzi liderlər də onunla qalacağını bəyan etdilər.
21 dekabr 1946-cı ildə M. Qazi başda olmaqla Mehabad Kürd Cümhuriyyətinin 45
nəfərdən ibarət məmurları həbs edildi. (M. Qazi xalqı mənasız qırğına verməmək üçün
silahlı müqavimət göstərmədi). 23 yanvar 1947-ci ildə İranın Hərbi Məhkəməsi M.
Qazinin, qardaşı Sədri Qazi və əmisi oğlu Seyfi Qaziyə edam, 28 nəfər milli hərəkat
fəallarına isə 2 ildən 15 ilədək həbs cəzası barədə hökm çıxarıldı. Həmin ilin Mart ayının
31-də gecə saat 3
00
-da M. Qazi, Seyt Qazi və Sədri Qazi Mehabadın “Çawarçıra”
62
meydanında (Kürd Cümhuriyyətinin yaradılması 22 yanvar 1946-cı ildə bu meydanda elan
edilmişdi) edam edildilər.
M.Qazinin son nəfəsinədək qəhrəmancasına davrandığını və məğrurluğunu, milli
qürur hissini itirmədiyini göstərən tətqiqatçılar onun məhkəməsindən belə bir epizodu
xüsusi olaraq qeyd edirlər. Məhkəmədə M.Qazinin iki ay əvvəl İran Ordusunun
rəhbərlərinə göndərdiyi məktub oxunan zaman zalda əyləşən İran hərbiçiləri səs-küy salır
və onun əfv edilməsini tələb edirlər. Çünki, M.Qazi həmin hərbiçilərə həqarətlə yazmışdı:
“Siz, orda zabitləri müharibə qızışan kimi canınızı qurtarmaq üçün geri qaçarsınız və
Firdovsinin misralarını belə təhrif edərsiniz:
Hamımızın düşmənə baş əyməmiz
Özümüzü ölümə verməyimizdən yaxşıdır” (95, 285).
Firdovsi “Şahnamə” də həmin misraları belə yazmışdı:
Ölkəni düşmənə verməkdən daha yaxşıdır-
Bizim bir-bir öldürülməyimiz.
Kürd xalqının qəhrəman və yenilməz oğlu M. Qazi məhz bu yolu seçərək, doğma
Vətəni son nəfəsinədək tərk etmədi və onun uğrunda ölməyi qaçmaqdan üstün tutdu. Ona
görə də onun adı Kürd xalqının tarixinə qızıl hərflərlə yazılmış və əbədi olaraq
yaşayacaqdır.
Cəmi on bir ay şamadığına baxmayaraq, Mehabad Kürd Cumhuriyyəti İran
kürdlərinin milli-azadlıq hərəkatı tarixində mühüm rol oynadı. Bzəi tətqiqatçılar bu
respublikanın yaradılmasını təkcə Kürdüstanda deyil, bütün Orta Şərq regionunda mühüm
hadisə kimi qiymətləndirildi. Məsələn, 1945-1946-cı illərdə Mehabadda olmuş amerikalı
A. Ruzvelt yazır: “Kiçik Kürd respublikasının yaranması və məzmunu, onun qısa və
burulğanlı tarixi, gözlənilməz süqutu Orta Şərqin müasir tarixinin ən parlaq hadisələrini
təşkil edir” (97,135).
Mehabad Kürd Cümhuriyyətinin və Azərbaycan Demokratik Respublikasının
ləğvindən sonra İranın şah rejimi ölkənin şimal-qərb regionunda repressiyalara, təzyiq və
təqiblərə, hətta, dövlət səviyyəsində terror əməliyyatlarına başladı. İKDP gizli fəaliyyətə
keçməyə məcbur oldu, partiya fəallarının əksəriyyəti xarici ölkələrə üz tutdu. XX əsrin 60-
70-ci illərində Şah rejimi kürdlərə qarşı mübarizəni qəddarcasına şiddətləndirdi. İran
kürdlərinin ağır vəziyyyətindən bəhs edən İran alimi Bş Cazani həmin illərdə yazırdı:
“Farslarla müqayisədə onlar (kürdlər) ikiqat istismardan əzab çəkirlər: həm istismar
olunan sinif kimi, həm də milli dini haqları tapdalanan xalq kimi” (98,215).
63
Şah rejiminin bu ikiqat zülmündən cana doyan İran kürdləri yenidən silaha
sarılmağa məcbur oldular. 1967-ci ildə başşlayan və İKDP tərəfindən idarə olunan silahlı
üsyan 18 aya yaxın davam etdi. Əsasən Mehabad, Bane, Sərdəşt rayonlarını əhatə edən
üsyan “partizan müharibəsi” xarakteri daşıyırdı. Üsyançılara qarşı böyük hərbi qüvvə
göndərən İran hökuməti onları məğlub etdikdən sonra İKDP-nin fəallarının böyük bir
qismini həbs edib edam cəzasına məhkum etdi. Üsyançı kürdlərin gözünü qorxutmaq üçün
üsyana rəhbərlik edənlərdən birinin-Süleyman Muyninin cəsədini növbə ilə bir neçə
şəhərdə dar ağacından asdılar.
Lakin nə kütləvi həbslər, nə də qəddarcasına həyata keçirilən edam cəzaları Iran
kürdlərinin milli-azadlıq mübarizəsi əzmini qıra bilmədi. Öz sıralarını yeni üzvlərlə
möhkəmləndirən İKDP 1973-cü ilin sentyabr ayında özünün III qurultayını keçirərək yeni
Proqram və Nizamnamə qəbul etdi. Partiyanın müəyyənləşdirdiyi yeni strategiyanın
əsasında “İrana-demokratiya, Kürdüstana-muxtariyyət” prinsipi dururdu.
1975-ci ildə imzalanan Əlcəzair müqaviləsindən sonra Şah rejimi İran kürdlərinə
qarşı repressiya tədbirlərini yenidən gücləndirməyə başladı. Kürd dilində ədəbiyyatın
nəşrinə qadağa qoyuldu. Müəllimlərin öz şagirdləri ilə kürd dilində danışması, dövlət
müəssisələrində kürdlərin milli geyimdə gəzməsi yasaq edildi.
Təkcə kürdlərin deyil, ölkədə yaşayan bütün milli azlıqların, hətta, farsların
həbsxanasına çevrilən Şah rejimi 1978-1979-cu illərdə baş verən İslam inqilabı nəticəsində
devrildi. 1 aprel 1979-cu ildə İran İslam Respublikasının yaradılması elan edildi. Digər
milli azlıqlar kimi, kürdlər də Şah rejimindən cana doyduqları üçün islam inqilabına
yaxından köməklik göstərdilər. Onlar ölkədə qurulacaq İslam dövlətinin öz din
qardaşlarına, o cümlədən kürdlərə, Şah rejimi kimi zülm etməyəcəyinə, milli haqlara
hörmət edəcəyinə inanırdılar. Çox təəsüf ki, kürdlərin, azərilərin və digər milli azlıqların
bu unamı özünü doğrultmadı.
1980-ci ilin mart ayında İKDP-nin lideri Ə. Qasımlo İran İslam Respublikasının
prezidenti Bənisədrə açıq məktub göndərdi. İran kürdüstanında vəziyyətin gərgin
olduğunu həmin məktubda açıqlayan Ə.Qasımlo, silahlı toqquşmanı dayandırmağı,
danışıqlar aparmağı təklif etdi. Məktuba heç bir cavab almayan İKDP lideri Bənisədrdən
Kürd nümayəndə heyyətini qəbul etməyi və onların mövqeyini dinləməyi xahiş etdi.
Bənisədr Kürd nümayəndələrini Tehranda qəbul etdi və İran dövləti çərçivəsində
Kürdüstana muxtariyyət verilməsi haqqında 6 maddədən ibarət layihəni ona təqdim edən
kürd liderlərinə
bildirildi ki, onlarla danışıqlar ancaq və ancaq kürdlərin döyüşü
dayandırıb (bu zaman kürdüstan əyalətində kürdlərlə hökumət qoşunları arasında şiddətli
döyüşlər gedirdi) bütün silahları təhvil verdikdən sonra aparıla bilər və muxtariyyət
məsələsinə yalnız bundan sonra baxmaq olar.
64
Bu təklifin səmimiliyinə inanmayan kürdlər silahları təhvil vermədən imtina etdi. 22
May 1980-ci ildə “Kürd məsələsi”ni prezident Bənisədrlə müzakirə edən İmam Xomeyni
nəyin bahasına olursa-olsun, bu problemə bir dəfəlik son qoymağı təklif tapşırdı.
(Görünür, o, unutmuşdu ki, ondan əvvəl bir çox İran şahları da belə qərar qəbul etmiş,
lakin qəhrəman kürd xalqının qanını içsələr də milli iradəsini qıra bilməmişdilər).
İraqla aparılan və təxminən 10 il davam edən müharibə Xomeyni rejiminin başını
qatsa da, İran əsgərləri fürsət düşən kimi kürdlərin dağlarda yerləşən mövqelərini
bombardman etməyi unutmurdular. Kürdlərin milli-azadlıq mübarizəsini silah gücünə
məğlub etməyin qeyri-mümkün olduğunu görən Xomeyni rejimi onların dini liderlərinin
vasitəsi lə (İrandakı kürdlərin əksəriyyəti sünnü təriqətinə mənsubdur) milli maraqların
“müsəlman birliyinə və qardaşlığına” xələl gətirməsi barədə təbliğat kompaniyasına
başladı. Belə kompaniyanın təsiri nəticəsində Şeyx Əhməd Moftizadənin (sünnü kürdlərin
şüyxi) tərəfdarları açıq dini fanatizm nümayiş etdirərək Kürdüstanın milli hərəkat
üzvlərinin əlində olan rayonlarına silahlı hücum təşkil etdilər.
Lakin kürd şeyxləri arasında dini birliyi “müsəlman birliyini” milli maraqlarla
uzlaşdırmağın mümkünlüyünü dərk edən ağıllı şəxslər də vardır. Onlardan biri-Mehabadın
CÜmə məscidinin rəhbəri Şeyx İzəddin Hoseyni (o da sünni təriqətinə mənsubdur)
müsəlman birliyini müdafiə etməklə yanaşı, İran İslam Respublikası çərçivəsində kürdlərə
muxtariyyət verilməsinin tərəfdarı olmasını gizlətmir və deyir: “Kürd xalqı-İranın bir
hissəsidir və bizim mübarizəmiz iran xalqının mübarizəsindən ayrılmazdır.
Əgər mərkəzi hökumət kürd xalqının tələblərini (onlara muxtariyyətin verilməsi)
yerinə yetirsə, əsil 100% demokratik islam sistemi (quruluşu) yaranar” (99,170).
İranın “vahid müsəlman xalqı”nın dövləti olduğunu bəyan edən Xomeyni rejiminin
tərəfdarları tərəfindən aparılan dini təbliğatın burada yaşayan milli azlıqların qanuni
haqlarının tapdalanmasına yönəldiyini yaxşı bilən şeyx İ. Hoseyni müsahibələrinin birində
deyir: “Biz özünəməxsus xüsusiyyətləri olan bir millətik. Biz daxili muxtariyyət istəyirik”
(99,171).
İ. Hoseyni və başqa mütərəqqi kürd şeyxlərinin (“din qardaşlarının”) belə
demokratik təkliflərini qulaqardına vuran Xomeyni rejimi İraqla müharibədən başı açılan
kimi yenidən İran Kürdüstanının ərazisini bombalamağa başladı. Təkcə 1993-1994-cü
illərdə 300-dən çox İslam inqilabından həmin ilədək isə 500-dən çox kürd kəndi yerlə
yeksan edilmişdir.
“Terorizmə qarşı mübarizə”
pərdəsi altında dinc əhalini bombardman etməklə ürəyi
soyumayan Xomeyni rejimi dövlət səviyyəsində terrora əl ataraq, İKDP-nin liderləri olan
Ə.Qasımlonun (1989-cu ildə Vyana şəhərində) və S. Şərəfkəndinin Balin şəhərində
ölümünü təşkil etdi.
65
Kürdlərin milli-azadlıq mübarizəsini zəiflətmək və yox etmək məqsədilə hal-hazırda
da Xomeyni rejimi dinc əhaliyə və milli hərəkat liderlərinə qarşı teror əməliyyatlarına ara
vermir. “PKK-nın İran qanadı” adlandırılan “PİAK-a qarşı mübarizə” pərdəsi altında İraq
və Türkiyə kəndlərinin yaxınlığında yerləşən kürd kəndlərini vaxtaşırı bombardman edən
Xomeyni rejimi “din qardaşlarının” qanını tökə-tökə “Müsəlman birliyi”ndən dəm vurur.
Və unudur ki, kürdlər müsəlman olmaqdan əvvəl insandı; tarixi farslardan çox-çox qədim
olan bir xalqdır; onların insani və milli haqlarını tapdalamaqla “İslam birliyinə” nail olmaq
qeyri-mümkündür.
Lozanna müqaviləsindən sonra (1923-cü il)
dörd yerə parçalanan Kürdüstan
ərazisinin ən az hissəsi Suriyanın ərazisinə düşdü. Suriya kürdləri mövcud şəraiti nəzərə
alaraq öz milli-haqları uğrunda siyasi mübarizəyə üstünlük verdilər. XX əsrin 40-cı
illərində ölkədə yaranan əlverişli şəraitlə əlaqədar kürdlərin üstünlük təşkil etdikləri
yaşayış məntəqələrində kürd dilini və ədəbiyyatını öyrənən məktəblilər, xeyriyyə
cəmiyyətləri, mədəniyyət mərkəzləri, idman təşkilatları və s. yaradıldı.
Suriya kürdlərinin milli mədəni inkişafında görkəmli kürd ziyalıları Ş.Ciyərxun,
Osman Sabri, C.Ə.Bədrxan, Molla Həsən, Əhməd Zaza, Nurəddin Zaza, Əhməd Hami,
Əbde Tello və başqalarının xüsusi xidməti olmuşdur. Onlar nəşr etdikləri qəzet və
jurnallar, yazdıqları əsərlər, təşkil etdikləri ictimai birlik və cəmiyyətlər vasitəsilə Suriya
kürdlərində
milli-mənlik şüurunun formalaşmasına çalışırdılar. Məsələn, məşhur
Bədrxanlar ailəsinin (Bu ailənin görkəmli nümayəndəsi Bədrxan bəy-XIX əsrin
ortalarınadək müstəqilliyini qoruyub saxlamış Cəzirə (“Cuzira Botan”)əmirliyinin
hakimi-1842-ci ildə öz vilayətində kür bayrağını yüksəltmiş və öz adına pul
kəsdirmişdi)üzvü Cəllad Bədrxan 1930-cu ildə Şam (Suriyanın indiki paytaxt Dəməşq o
zaman belə adlanırdı) şəhərində kür dilində “Hewar” (“Fəryad”) jurnalını, onun qardaşı
Kamran Bədrxan 1940-cı ildə “Roja nu” (“Yeni gün”) jurnalını nəşr etdirirlər.
Həmin jurnalın səhifələrində kürdlərin tarixi dili, ədəbiyyatı və adət-ənənələrinə dair
dəyərli məqalələr çap olunurdu. Onu da qeyd edək ki, “Hewar” jurnalı C. Bədrxanın latın
qrafikası əsasında yaratdığı kürd əlifbası ilə nəşr olunurdu. Bu əlifbadan hazırda Dünya
kürdlərinin əksəriyyəti (İran və İraqın ərəb qrafikasından istifadə edən kürdləri istisna
olmaqla) istifadə edir.
XX əsrin 50-ci illərində N.Zaza, o. Səbri, H. Dərviş, R. Hamo və sş kimi kürd
ziyalıları Suriya kürdlərinin siyasi dərnək və təşkilatlarını vahid partiya halında birləşməyə
səyy göstərdilər. Həmin səylər nəticəsində 1957-ci ildə Suriyanın kürdlər üstünlük təşkil
edən Qamışlo şəhərində Kürdüstan demokrat partiyası yaradıldı. Kürd Vətənpərvərlər
Hərəkatı, Kür Fəallar Komitəsi, Kürd marksistləri (Suriya Kommunist Partiyasından
ayrılmışdılar) yeni partiyanın tərkibində birləşdilər.
|