bütün İnqilabın taleyi kürd məsələsinin həllindən asılıdır” (54,215). (Hakimiyyətə
kürdlərin köməyi ilə keçən S.Hüseyn qurduğu diktatura rejimini möhkəmləndir-dikdən
sonra kürd xalqının qəniminə çevrildi).
1970-ci ilin 11 Martında kürd probleminin sülh və demokratiya yolu ilə həll
edilməsinə dair müqavilə bəyan edildi. Müqavilədə iran kürdlərinə muxtariyyət verilməsi,
ərəb dili ilə yanaşı kürd dilinin də rəsmi dil olması nəzərdə tutulmuşdu. Həmin
müqavilədən sonrakı ilk aylarda kürdlərin milli haqqlarının özlərinə qaytarılması
istiqamətində hökumət tərəfindən müəyyən addımlar atıldı. Lakin bu addımlarla
razılaşmayan millətçi qüvvələr ölkəqə vəziyyəti gərginləşdirməyə cəht göstərdilər 1971-ci
51
ildə kürdlərin lideri M.Barzanıya qarşı uğursuzluqla nəticələnən sui qəst təşkil olundu.
Beləliklə, hökumət ilə kürdlər arasındakı münasibətlərdə soyuqluq yaradıldı. “Kürd
muxtar rayonunun yaradılması haqqında “qanun qəbul edilməsi də gərginliyi aradan
qaldırmadı.
1974-cü ildə yenidən kürdlərlə iraqın hökumət qoşunları arasında silahlı toqquşma
baş verdi. Həmin toqquşma 1975-ci ilə-dək davam etdi. Hökumət böyük çətinliklə də olsa
Barzanilərin bu hərəkatını da silah gücünə yatırtdı. Hənin ildən etibarən Ərər Sosialist
Dirçəliş Partiyası (BƏƏS) ölkədə bütün hakimiyyəti ələ keçirtdi və demokratik qüvvələrə,
o cümlədən kürd məsələsini sülh yolu ilə həll etməyə çalışan kürdlərə qarşı kəskin hücuma
keçdi. Kürdlərin muxtariyyət uğrunda mübarizəsinə birdəfəlik son qoymaq məqsədi ilə
ölkənin Kürdüstan bölgəsində demokrafik vəziyyəti dəyişdirmək
planını həyata
keçirtməyə başladı. Az vaxt ərzində 700 mindən çox kürd doğma yurdlarından sürgün
edildi (54,269).
İraq Kominist Partiyasının verdiyi məlumata görə 1974-1978-ci illər
ərzində
Diyalə, Süleymaniyə, Ərbil, Kərkük, Duhak və Mosal vilayətlərində 1222 kürd kəndi
boşaldıldı. Bəzi mənbələrə görə dağıdılan və boşaldılan kürd kəndlərinin sayı 6130 idi.
(22,66). Həmin kəndlərin bəziləri dağıdıldı, digər kəndlərə ərəblər köçürüldü. İraq
hökuməti özünün 1974-cü ildə mart ayının 11-də kürdlərə milli muxtariyət verilməsi
barədə qəbul etdiyi qanunu (33 N-li qanun) pozaraq, 1978/1979-cu tədris ilindən
başlayaraq, Kürdüstan bölgəsində təlimin kürd dilində deyil ərəb dilində aparılmasına
göstəriş verdi.Rəsmi sənədlərdə, məktəb,xəstəxana, mehmanxana və s. Adlarında kür
dilininişlədilməsi qadağan edildi. 1978-ci ildə Kürd Elmlər Akademiyası (1970-ci ildə
yaradılmışdı) bağlanıldı, Süleymaniyə Kürd Universiteti ərəb dilində təlim keçdi.
Kürdlərin milli-azadlıq hərəkatına son qoymaq məqsədilə İraq hökuməti İran və
Türkiyə
ilə
münasibətləri yaxşılaşdırmağa başladı. 1975-ci ildə
İranla sərhəd
mübahisələrini nizama saldıqdan sonra 1978-ci ildə İraq-Türkiyə müqaviləsi imzalandı.
Həmin müqavilənin 4-cü bəndində kürdlərə qarşı mübarizədə qüvvələrin koordinasiyası
nəzərdə tutulmuşdu (54,271).
1979-cu ildə Səddam Hüseyn İraqın Kürdüstan Muxtar rayonuna (qəribədir ki,
Kürdüstan Muxtar bölgəsinə üç vilayət-Süleymaniyə, Ərbil, Dahok-daxil olduğu halda,
həmin ərazilər rəsmi dövlət sənədlərində Kürd Muxtar rayonu (?!)adlandırıldı) səfər etdi.
Səfərdə məqsəd Iranla müharibə ərəfəsində kürdlərin dəstəyini almaq idi. Ona görə də
S.Hüseyn Kürdüstan bölgəsindəki görüşlərində
yenidən kürdlərə
muxtariyyətin
möhkəmləndiriləcəyi, ölkənin cənubuna köçürülmüş kürdlərin öz doğma yerlərinə geri
qaytarılacağı barədə vədlər verdi.
1979-cu ildə İranla İraq arasında başlanan müharibə Kürdüstan bölgəsində
52
vəziyyəti daha da kəskinləşdirdi. Kürdlərin muxtariyyət uğrundakı mübarizəsindən
vahiməyə düşən Türkiyə 1982-ci ildə İraqla gizli müqavilə imzaladı. Həmin müqavilənin
xüsusi maddəsinə əsasən hər iki tərəfin hərbiçilərinə, o cümlədən hərbi-hava qüvvələrinə
kürdlərə qarşı əməliyyatlar zamanı ölkənin sərhədlərindən 17 km-dək içəriyə daxil olmaq
icazəsi verilirdi (91,95).
İranla mübarizə şəraitindən istifadə edən S. Hüseyn kürdlərə verdiyi vədi tezliklə
yaddan çıxarib onlara qarşı soyqırım siyasəti yeritməyə başladı. Belə ki, o əvvəlcə
sərhədlərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Türkiyəyə yaxın rayonlarda yaşayan
kürdlərin kütləvi departasiyasını həyata keçirtdi. Mənbələrin (92) verdiyi məlumata görə
departasiya edilmiş kürdlərin sayı iki milyon nəfəri ötmüşdü.
Daha sonra kürdlərin qaniçən cəlladına çevrilən Səddam onların milli-azadlıq
mübarizəsi əzmini qırmaq və gözlərini qorxutmaq məqsədilə, alman faşistlərinin belə əl
atmadığı vasitədən istifadə etdi: 1988-ci ilin 16 Martında gecə əhalisi 70 mindən çox olan
Hələbcə şəhəri kimyəvi bombalarla yerlə-yeksan edildi. Təkcə bir gecədə beş mindən
çox dinc əhali –qadın, uşaq, qoca məhv edildi, minlərlə insan zəhərli maddələrlə ömürlük
şikəst edildi. (Ahları həmin gecə göylərə yüksələn insanların harayını Allahdan başqa heç
kim eşitmədi. Dünya ictimaiyyəti və özünü insan haqlarının müdafiəçisi elan edən ABŞ
kürdlərin bu soyqırım fəlakətinə göz yumdu. Lakin Allahın bu günahsız insanların qanı
üçün Səddam Hüseynə və həmin zəhərli silahların hazırlanıb tətbiq edilməsində xüsusi
xidmətləri olan “Kimya Əli” yə verdiyi cəza gec olsa da güc oldu: 2003-cü ildə Səddam
nəinki devrildi, öz xalqına və kürdlərə qarşı törətdiyi cinayətlərə görə edam edildi.
“Kimya Əli” də özüm cəzasına məhkum olundu).
Ümumiyyətlə, on ilə yaxın davam edən İraq İran müharibəsi nəticəsində yüz
minlərlə kürd məhv edildi (hər iki tərəfdə ən şiddətli döyüşlər kürdlərin yaşadığı
vilayətlərdə gedirdi) 2 milyondan (bəzi məlumatlara görə üç milyona yaxın) yuxarı kürd
isə evini-eşiyini itirib didərgin həyatına düçar oldu.
İranla müharibəni dayandırandan az sonra 1990-cı ilin avqustunda S.Hüseyn qonşu
Küveyt dövlətini özünün 19-cu əyaləti ela edərək onun ərazisini işğal etdi. Lakin ABŞ və
digər Qərb dövlətlərinin birgə qoşunlarının birbaşa köməyi ilə S. Hüseyn geri çəilmək
məcburiyyətində qaldı və Küveyt işğaldan azad edildi. Yaranmış tarixi şəraitdən istifadə
edən İraq kürdləri C.Tələbani (Kürdüstan Vətənpərvərlər Birliyi partiyasının sədri) və M.
Barzaninin (Mustafa Barzaninin oğlu, Kürdüstan Demokratik Partiyasının sədri)
rəhbərliyi altında Kürdüstan bölgəsinin azadlığıuğrunda döyüşə başladılar. Az vaxt ərzində
demək olar ki, İraq Kürdüstanının bütün ərazisi ərəb işğalından azad edildi və bölgədə
hakimiyyət C. Tələbani və M. Barzaninin altına keçdi.
Yaranmış vəziyyətlə barışmayan qaniçən, cəllad Səddam Hələbcədəki soyqırıma
53
görə cəzalanmadığından şirnikərək Kürdüstan bölgəsini bombalamağa başladı. Kürdlərin
yaşadığı bütün kəndləri yerlə-yeksan etməyə çalışan qaniçən cəllad Səddam yüzminlərlə
əhalinin (qadın, qoca, uşaq)
məhvinə və didərgin düşməsinə səbəb oldu. Bölgədəki
kürdlərin (sayı üç milyona yaxın idi) kütləvi məhvinə çalışan S. Hüseynin vəhşiliyi dünya
ictimaiyyətində ciddi narazılığa səbəb oldu. Bu narazılıqlardan sonra işə qarışan ABŞ,
Almaniya, Fransa, İngiltərə və digər Avropa ölkələrinin təsiri ilə BMT İraq ərazisinin 36-
cı paraleldən şimalda qalan hissəsində (Kürdüstan bölgəsində) İraq təyyarələrinin uçuşunu
qadağan edən qərar qəbul etdi. Yalnız bundan sonra İraq kürdlərinin kütləvi qırğınına son
qoyuldu.
Kürdlərin kütləvi qırğınlar zamanı axıdılan günahsız qanları, ahu-naləsi S. Hüseyni
Allahın cəzasına çatdırdı. Allah əli təkcə kürdlərin deyil, öz millətinin də (şiə ərəblərin)
qanına bulaşmış Səddamın ağlını başından aldı. O quduzlaşaraq dünya ictimaiyyətinə,
ABŞ başda olmaqla Avropa dövlətlərinə, BMT-yə meydan oxumağa, nüvə silahı istehsal
edəcəyi ilə hədə-qorxu gəlməyə başladı.BMT-nin bir neçə sanksiyasını, ABŞ-ın başçılıq
etdiyi koalisya dövlətlərinin (Qərbi Avropa dövlətinin çoxu buraya daxil idi.)
xəbərdarlıqlarını qulaqardına vuran Səddam həmin ölkələri hədələməkdə davam etdi;
onlarla axıra qədər vuruşacağını və qalib gələcəyini bildirdi.
Səddamın hədə-qorxuları və bütün dünyaya meydan oxuması o dərəcəyə çatdı ki,
yeganə müttəfiqi olan Rusiya da ondan üz döndərdi və İraqa ABŞ-ın başçılığı ilə koalisya
qoşunlarının daxil olmasını BMT TŞ-nin iclasında razılıq verdi. Beləliklə, 2003-cü ilin
aprel ayının əvvəllərində koalisya qoşunları İraq ərazisinə daxil oldu. Aprelin 9-da
qoşunların bağdada daxil olduğunu görən Səddam gecə ilə qaçıb doğulduğu Tikritdə
“siçan deşiyində” (yerin altında qazılmış quyuda) gizləndi. Elə həmin gün Bağdadın
mərkəzində ucalan qaniçən diktatorun (Səddamın) nəhəng heykəli
ərəblərin özləri
tərəfindən boynuna zəncir salınmaqla uçuruldu. Uzun axtarışlardan sonra Səddam
gizləndiyi “siçan deşiyindən” çıxarılıb məhkəməyə verildi. Məhkəmə onu öz xalqına qarşı
törətdiyi qanlı cinayətlərə görə ölüm cəzasına məhkum etdi.
Yaranmış yeni tarixi şəraitdən bacarıqla istifadə edən C. Tələbani və Məsud
Barzani aralarındakı uzun müddət davam edən ziddiyyəti həll edərək qüvvələrini
birləşdirdilər. Onların birləşmiş qüvvələri S.Hüseyn rejiminin devrilməsində ABŞ-ın
başçılıq etdiyi koalisya qoşunlarına yaxından köməklik göstərdi və Kürdüstan bölgəsini
diktatura rejimindən tam azad etdi. ABŞ kürdlərin bu fədakarlığı əvəzində müstəqil
Kürdüstan dövlətinin (İraqın Kürdüstan bölgəsi ərazisində) yaradılmasına vəd vermişdi.
Lakin ingilislər kimi ABŞ dövləti də vədinə xilaf çıxdı. Bu məsələdə Türkiyənin kəskin
mövqedə dayanması xüsusi rol oynadı. Belə ki, öz sərhədləri yaxınlığında (İran
Kürdüstanı və Türkiyə Kürdüstanı birbaşa həmsərhəd olan vahid ərazidir) müstəqil
Kürdüstan dövlətinin yaranacağından vahiməyə düşən Türkiyə hökuməti ABŞ-a təzyiqlər
54
göstərməyə (öz hərbi bazalarını ABŞ-ın üzünə bağlayacağı; Kərkükdə yaşayan
türkmənlərin haqlarını (?!) qorumaq üçün Şimali İraq (Kürdüstan) bölgəsinə qoşun
yeridəcəyi; Əfqanıstandakı türk qoşunlarını geri çağıracağı və s. hədələrlə) başladı.
C.Tələbani və M. Bərzani ilə ABŞ hökuməti arasında aparılan danışıqlardan sonra
hər iki kürd lideri federativ İraq dövləti çərçivəsində geniş muxtariyyət hüququna malik
Kürdüstan vilayətinin (Türkiyə rəsmi dairələri və dövri mətbuatı “Kürdüstan” əvəzinə
“Şimali İraqbölgəsi” işlədirlər) yaradılmasına razılıq verdi.
Beləliklə S. Hüseyn 30 illik diktatura rejimindən xilas olan İraq ərəbləri və kürdləri
öz aralarında razılığa gəlib demokratik seçkilərə getdilər. Seçkilər nəticəsində C. Tələbani
İraq prezidenti seçildi. (tarixdə kürd xalqının lideri olaraq seçilmiş ilk prezidentdir; 2010-
cu ildə o, bu vəzifəyə ikinci dəfə seçilmişdir). Yeni yaradılan İraq hökumətinin Baş naziri
ərəblərdən, müavini kürdlərdən təyin olundu. Mərkəzi tərkibinəüç nəfər kürd nazir daxil
edildi. Kürdüstanda da prezident və parlament seçkiləri keçirildi, yerli hökumət təşkil
olnudu. M. Bərzani kürrKürdüstanın ilk prezidenti seçildi. (2010-cu ildə Məsud Barzani
ikinci dəfə Kürdüstan prezidenti seçildi). Bu isə o deməkdir ki, İraq Kürdləri yüz ildən bəri
uğrunda mübarizə apardıqları və milyonlarla şəhid verdikləri arzularına (Kürdüstan
dövlətinin yaradılması) əsasən çatmışlar. Belə ki, siyasi müşahidəçilərin yazdığına görə öz
bayrağı, himni, gerbi, dövlət dili, Prezidenti, Parlamenti və Hökuməti olan Kürdüstan,
federativ iraq dövləti çərçivəsində muxtar qurum olsa da, əslində yarımmüstəqil (bəzi
məsələlərdə müstəqil) dövlətdir.
Tarixi Kürdüstanın ən qədim parçalarından biri də İran Kürdüstanıdır. Qeyd
etdiyimiz kimi bura kürdlərin ilk yaranma ocaqlarından biridir və buradakı bir çox kürd
sülalələri əsrlər boyu müstəqil və yarımmüstəqil hakimiyyət sürmüşlər. Bani-Ərdalan
sülaləsinin hakimiyyəti XIX əsrin axırlarınadək davam etmişdi. Elə həmin dövrlərdən
etibarən Iranda kürdlərin milli-azadlıq mübarizəsi baş qaldırdı: Əsrlərdən bəzi müstəqil
hakimiyyət sürmüş kürd sülalələri İran şahlarına boyun əyməkdən imtina etdilər.
XX əsrin ilk illərindən ikiqat istismara və zülmə məruz qalan İran kürdlərinin
narazılığı getdikcə artaraq silahlı mübarizəyə çevrildi. 1905-ci ilin yayında Təbrizdə İran
kürdlərinin şah rejimi ilə müxalifətdə olan lideri Salmaslı Cəfər ağanın öldürülməsi
vəziyyəti daha da kəskinləşdirdi, İranın Kürdüstan və Azərbaycan əyalətlərində yaşayan
kürdlərin silahlı üsyanına səbəb oldu. Cəfər ağanın şah rejimi tərəfindən təqib olunan atası
Məhəmməd ağa və qardaşı İsmayıl ağa Simko Türkiyə ərazisinə keçməyə məcbur oldular.
Qardaşının qisasını almağa çalışan Ismayıl ağa Simko Xoy-Salmas rayonuna hücum
edərək Qotur qalasında öz mövqeyini möhkəmləndirdi (93,17).
Həmin ilin dekabrında İranda burja demokratik inqilab başlandı və 1911-ci ilədək
davam etdi. Şah rejiminə qarşı vuruşan fidailərə kürdlər və azərbaycanlılar (azərilər) də
55
qoşuldu. 1906-cı ilin noyabr ayında kürdlərin fəal iştirakı ilə hakimiyyət xalq tərəfindən
seçilmiş deputatlardan ibarət əncumənin (şəhər soveti) əlinə keçdi (94,10).
1907-ci ilin yazında Maku xanı Murtuza Qulu-xanın əleyhinə başlayan silahlı
üsyanda 30 min silahlı kürd iştirak etdi. Murtuza Qulu-xan Rusiyaya qaçmağa məcbur
oldu. Makada hakimiyyətiələ keçirən üsyançılar 1908-ci ilin yayında məğlubiyyətə uğradı.
Kürdüstanın parçalanmasına səbəb olan Lozanna müqaviləsindən sonra narazılıq
dalğası bütün Iran Kürdüstanını bürüdü. Əvvəlcə kəlhani və qurani kürdləri üsyana
başladılar. Az sonra vəludbəqi və babacani tayfaları onlara qoşuldu. Üsyançıların ciddi
müqavimətinə baxmayaraq, böyük üstünlüyə malik şah qoşunları onları məğlubbiyyətə
uğradaraq kəlhani tayfasının başçısı Fətəli Sultanı həbs etməyə nail oldu. 1923-cü ilin
oktyabrında özünün “saray”ı, qoşunu olan və o vaxtadək bir çox məsələlərdə müstəqil
siyasət yeridən Maku xanı həbs edildi, bura mərkəzdən hərbi qubernator təyin olundu və
beləliklə bu xanlığın müstəqilliyinə son qoyuldu.
1923-cü ildə kəlhur (kəlhor) tayfasının başçısı Sərdar Rəşid üsyan qaldırıb öz
əyalətində qubernatorluğun ləğv edilməsini tələb etdi. Lakin şah qoşunları bu üsyanı da
yatırtdı və Sərdar Rəşidi həbs etdi. (Rıza şah sonradan onu əfv etdi).
1924-cü illərdə Urmiya gölünün qərbində yerləşən rayonlarda yeni üsyan qaldıran
İsmayıl ağa Simko 1925-ci ildə məğlub oldu. 1926-cı ildə kürdləri tamamilə özünə tabe
etdirmək üçün Rza şah onların üzərinə böyük qoşun birləşmələrini göndərdi. Şah
qoşunlarına qarşı Salar-əd-Dövlənin və Cəfər Cultanın başçılıq etdikləri kürd silahlıları
qəhrəmancasına vuruşsalar da, qeyri-bərabər qüvvə səbəbindən məğlubiyyətə düçar
oldular. Həmin vaxt puştəri tayfasının silahlıları Sərdəşt şəhərinə hücuma keçdi; kurəddin,
gyalibəqi, həmavənd, cəfər, mansur tayfalarının qüvvələri də Babəkir Əilinin rəhbərliyi
altında onlara qoşuldu. Hökumət qoşunlarını darmadağın edərək Sərdəşt şəhərini ələ
keçirən üsyançılar burada şahın nizami qoşun birləşmələri qarşısında uzun müddət tab
gətirə bilmədi və məğlubiyyətə uğradılar. 1929-cu ildə İsmayıl ağa Simko yenidən İran
Kürdüstanına gəlib Uşnu məntəqəsindən yerləşdi. Burada Barzani kürdlərindən 500
nəfərlik dəstə ona qoşuldu. Bunu görən Iran şahı böyük hərbi qüvvə göndərib üsyançıları
məğlubiyyətə uğratdı. Qeyri-bərabər döyüşdə İ. Simko öldürüldü.
Simko hərəkatının ləğv edilməsi ilə İran Kürdüstanında milli-azdlıq
mübarizəsinin alovu bir qədər zəifləsə də sönmədi. Belə ki, həmin əsrin (XX əsr) 30-cu
illərində İran Kürdüstanında məhəlli xarakter daşıyan çoxsaylı üsyanlar baş qaldırdı. Lakin
bu üsyanlar da şah qoşunları tərəfindən qəddarcasına yatırıldı. Mənbələrin verdiyi
məlumata görə həmin illərdə
təkcə Rza şah tərəfindən kürd hərəkatını yatırtmaq
səlahiyyəti verilmiş general Əhmədi tərəfindən 10 mindən çox kürd güllələnmiş və dar
ağacından asılmış, 4 min nəfərdən yuxarı həbs edilmişdir (54,141).
56
İkinci Dünya müharibəsində (1941-1945-ci illər) SSRi-nin faşist Almaniyası
üzərindəki qələbəsi digər dövlətlərdə olduğu kimi, İranda da milli-demokratik hərəkatın
güclənməsinə təkan verdi. Əsrlərdən bəri İran şahları tərəfindənqanı sorulan kürdlər və
azərilər (cənubi Azərbaycanda yaşayan azərbaycanlilar) öz milli haqlarını tələb etmək
üçün silaha sarıldılar və şah qoşunlarını öz torpaqlarından qovdular.
Hələ 1942-ci ildə Mehabadda gizli şəraitdə “Koməl” adlı siyasi təşkilat yaradıldı.
Bu təşkilatın tam adı: “Koməle Ziyaneweye Kurdustan” (“Kürdüstan dirçəliş cəmiyyəti”)
idi və qısa olaraq Kİ yazılırdı (95,85-86). Lakin nədənsə O.İ.İiqalina Mehabad Kürd
Cumhuriyyətinə (Azərbaycan dilli mənbələrdə Kürdüstan Demokratik Respublikası) həsr
etdiyi elmi əsərlərində bu təşkilatın adını “Jiina Kudistan” (“Kürdüstanın həyatı”) qısa
adını isəmüvafiq olaraq “İK” yazmışdır (54,177; 96,118). Həmin təşkilatla (O.İ.Jiqalina
onu partiya kimi qələmə verir) bağlı digər yalnışlıq isə rəhbərliklə əlaqədardır.
O.İ.Jiqalinanın yazdığına görə həmin təşkilat Mehabadlı sənətkar Əbdürrəhman Zəbihinin
(O, İran zəhmətkeşlərinin yaratdığı “Tudə” partiyasının üzvü idi) təşəbbüsü ilə yaradılmış
və bu partiyaya əsasən o (Ə.Zəbihi) rəhbərlik etmişdir.
Lakin həm yerli (ərəb və kürddilli), həm də xarici elmi mənbələrdən, eyni zamanda
kürd liderlərinin şəxsi arxivlərindəki materiallardan istifadə edərək “Mehabad Kürd
Cumhuriyyəti 1946” adlı sanballı monoqrafiya yazan ingilis William Aegleton göstərir ki,
bu təşkilat Mehabadın orta təbəqədən olan 11 nəfərdən ibarət təşəbbüs qrupu (Ə.Zəbihi də
həmin qrupa daxil idi) tərəfindənyaradılmış və ona kollegial orqan olan Mərkəzi Komitə
rəhbərlik etmişdir (95,82-88).
Cəlal Tələbani (İraqın indiki prezidenti) özünün ərəbcə yazdığı “Kürdüstan və
Kürd milli hərəkatı” adlı kitabında həmin 11 nəfərin aşağıdakılardan ibarət olduğunu yazır
(bu siyahını C.Tələbaniyə Ə. Zəbihinin özü təqdim etmişdir):
1.Həsən Rəzkeri. 2. Rəhman (Əbdürrəhman) Fəbihi. 3. Əbdürrəhman İmami.
4. Əbdülkadir Müdərrisi. 5. Nəcməddin Təvhidi. 6. Mühəmməd Nanəwazadə. 7. Əli
Mahmudi. 8. Mühəmməd Əshabi.
9. Əbdürrəhman Kəyani.
10. Siddik Heydəri.
11. Kasun Kadiri.
Təşəbbüs qrupunun bu zvlərindən başqa təsis yığıncağına İraq
kürdlərinin nümayəndəsi yüzbaşı Mir Hac da iştirak etmişdi (95,83).
Göründüyü kimi, O.İ. Jiqalina “Sovet” alimi olduğu üçün ideoloji hissə qapılmış
və zəhmətkeş təbəqədən olan Ə.Zəbihinin rolunu bir qədər şişirtməyə yol vermişdir.
Lakin tarix-tarixdir, o həqiqəti sevir. Həqiqət isə gec-tez üzə çıxır.
“Koməl” (Kİ) öz proqramının ilk bəndində İran dövləti çərçivəsində Muxtar
Kürdüstan Respublikasının yaradılmasını qarşısındakı əsas məqsəd kimi qeyd emişdi.
1944-cü ilin May ayında “Koməl” İraqdakı müttəfiqlərinin köməyi ilə üçrəngli (qərməzə,
57
ağ, yaşıl) kürdüstan bayrağını hazırladı. Bayrağın ortasında günəş, qələm və dağ
təsvirolunmuşdu. Getdikcə öz sıralarını genişləndirən “Koməl” 1944-cü ildə Mehabad
şəhərinin başçısı Məhəmməd Qaziyə təşkilata üzv olmadığı təklif etdi. O, bu təklifi
məmnuniyyətlə qəbul etdi.
1945-ci ilin Mart ayında “Koməl”in üzvlərindən ibarət yaradıcı qrup kürd dilində
“Dayue Niştiman” (“Ana Vətən”) adlı opera hazırladı. Operanın qısa məzmunu belə idi:
Ana Vətən təhlükədədir. Qəsbkarlar ona işgəncə verir. Sonda Ana Vətənin igid oğulları
döyüşə atılaraq onu azad edirlər. Operanın tamaşaçılara təsiri o qədər güclü idi ki, onu
seyr edənlərin qəlbləri vətən eşqi və düşmənə intiqam hissi ilə coşurdu.
1945-ci ilin Sentyabr ayında M. Qazinin rəhbərlik etdiyi kürd liderlərindən ibarət
nümayəndə heyəti Bakı şəhərinə ikinci səfər etdi. (Birinci səfər 1941-ci illə olmuşdu).
Həmin ayın 19-da nümayəndə heyəti Azərbaycan Kommunist Partiyasının birinci katibi
M.Bağırovla görüşdü. Nümayəndə heyəti kürdlərin İranda müstəqil Kürdüstan dövləti
qurmaq istədiklərini və bunun üçün Sovet İttifaqından kömək gözlədiklərini M. Bağırova
bildirdi. M. Bağırov hələlik belə bir dövlətin qurulması üçün tarixi şəraitin mövcud
olmadığını, indiki zamanda Azərbaycanın tərkibində muxtariyyət hüququna malik
Kürdüstanın yaradılmasının məqsədəuyğunluğunu əsaslandırmağa çalışdı (95,110-111).
M. Bağırovu dinlədikdən sonra M. Qazi İran Kürdlərinin fikrini ona çatdırdı:
“Kürdlər Azərbaycandan kənarda muxtar qurum yaratmağa qəti qərar vermişlər”. Bu
sözlərdən sonra M. Bağırov yüksək səslə dedi: “Sovetlər Ittifaqı var olduqca
kürdlərmütləq azadlıqlarınaqovuşacaqdır” (95,112). Bu sözlərdən sonra
M. Bağırov
Sovet İttifaqının İran kürdlərinə hərbi texnika, silah-sursat verəcəyinə və maddi yardım
göstərəcəyinə nümayəndə heyətini əmin etdi.
1945-ci ilin oktyabr ayında “Koməl” təşkilatının bazasında İran Kürdüstanı
Demokrat Partiyası (İKDP) yaradıldı (95,142). Həmin partiyanın yaranması tarixi
haqqında O.İ.Jiqalina qeyri-dəqiqliyə yol olunmuş yazısında (54,178). həmin partiyanın
1945-ci ilin axırlarında, 1988-ci ildə işıq üzü görmüş kitabında isə avqust ayında
yaradıldığını qeyd etmişdir (96,128). İKDP-nin dekabr ayında dərc olunan Proqramında
“qanunçuluq, ədalətlilik, sivilizasiyalılıq” priksipləri əsasına İran dövlət çərçivəsində
kürdlərə muxtariyyət hüququ verən qurumun yaradılması başlıca məqsəd kimi qarşıya
qoyulmuşdur.
12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda 101 üzvdən ibarət Milli Məclis
toplandı (Həmin üzvlərin hamısı İran Azərbaycanı Demokrat Partiyası tərəfindən
seçilmişdi). Həmin toplantıda İran dövləti çərçivəsində Azərbaycan Demokratik
Cumhuriyyəti elan edildi. Milli Məclisin iclasında Mehabaddan gəlmiş beş nəfərdən
ibarət kürd nümayəndələri dəiştirak edirdi. Milli Məclisin kürdlərlə bağlı qərarı (yalnız
|