83
A.K.Nadirovu, M.T.Süleymanovu, A.B. Nadirovu, S. İ. Seyidovu, İ. A. Əliyevi;
Kikboksinq üzrə Avropa çempionları: Mikayıl və İsmayıl Nadirova qardaşlarını,
Ramazan Səyadovu, Boks üzrə MOİK komandasının baş məşqçisi, idman ustası A.
Aslanovu və onlarla başqalarını misal göstərmək olar.
Orta Asiya regonunda kürdlərin daha çox yaşadığı respublika Qırğızıstandır.
Qırğızıstan Respublikasında (1917-1926-ci illərdə Qara Qağız muxtar vilayəti; 1926-
1991-ci illərdə Qırğızıstan SSR)
yaşayan kürdlər də Qazaxıstan Kürdləri kimi
1937,1944,1989-ci illər deportasiyaları nəticəsində bu yerlərə zorla köçürülmüşlər.
Sürgün edilən ( Cənubi Qafqaz respublikalarından) kürdlərin birinci ( 1937-
ci il) və ikinci (1944-cü il) dəstəsi əsasən OŞ vilayətinin Suzak rayonunda, kokyanqak və
cələlabat şəhərlərinin ətraf qəsəbələrində məskunlaşmışlar. 1989-cu ildən sonra
köçənlərin də bir qismi həmin rayonlara digərləri isə Bişkek şəhəri və onun ətrafındakı
şəhərlərə üz tutmuşdur.
1989-cu ilin rəsmi siyahıyaalınmasına görə Qırğızıstanda yaşayan kürdlərin sayı
14300 nəfər olmuşdur həmin dövrdə kürdlər əsasən Çu vilayətinin Alamudin və Sokuluk
rayonlarında; Tallas vilayətinin Manas və Kabarin rayonlarında; Oş vilayətlərinin, Rok-
Yanqaq və Cələlabad şəhərlərində; Bişkek şəhəri və onun ətrafında yerləşən kəndlərdə
(Karl Marks , Petrovkaha, Vasilyevka, Vinoqradnoye, Leninskoye və s.) yaşayırdı.
Hal –hazırda bu ölkələrdə yaşayan kürdlərin sayı tətqiqtçıların hesablamalarına
əsasən 25 min nəfərdən çoxdur (9,181).
SSRİ-nin dağıdılmasına doğru getdiyi illərdə (1988-1991) Qırğızıstanda da
ekstremist –millətçi qüvvələr az saylı xalqlara qarşı təzyiq və təqib kompaniyasına
başladılar. Başqa millətdən olan xalqların məskunlşadığı yaşayış məntəqələrinə hücum
edən quldur dəstələri Oş vilayətinin Sozak rayonundakı Oktyabr, Safarovka və
Mixaylovka kəndlərində yaşayan 300-dən yuxarı kürdü də öz doğma ev-eşiklərindən
didərgin saldılar. Həmin kürdlər Rusiyanın Krasnodar, Stavropol və Saratov vilayətlərinə
pənah aparmaq məcburiyyətnidə qaldılar.
1994-cü ildə, yanvar ayının 21-də çağrılan Qırğızıstan xalqlarının qurultayından
sonra ölkədə milli münasibətlərdəki gərginlik səngiməyə başladı. Həmin qurultayda
kürdlərin “Niştiman” (“Vətən”) assosasiyasının da daxil olduğu Qırğızıstan Xalqlarının
Assambleyasının Nizamnaməsi, həmçinin “Birlik, sülh və barışıq Bəyannaməsi” qəbul
edildi.
1993-cü ildə yaradılmış Qırğızıstan kürdlərinin “Niştiman” assosasiyası öz
sıralarını genişləndirərək “Midya” adlı Qırğızıstan Kürdlərinin İctimai Birliyinə çevrildi.
84
Birliyin sədri Şeyx Ramazan Seyidov seçildi. (“Niştiman” nın köməkliyi ilə Bişkek
şəhərində və bir sıra kəndlərdə kürdlərin bir sıra rəqs və mahnı qrupları yaradılmışdır.
Hazırda qırğızıstan radiosunda 12 aprel 2002-ci ildən) həftədə bir dəfə kürd dilində
verilişlər (cəmi15 dəqiqə) yayımlanır. Qısa efir vaxtından səmərəli istifadə etməyə
çalışan redaktorlar Həjar Əsgərov və Pakizər Məmmədova-ölkədə və dünyada yaşayan
kürdlər haqqında maraqlı verilişlər hazırlayırlar.
2004-cü ilin noyabr ayında yaradılan “İraq Kürdüstanı və Qırğızıstan Dostluq
Cəmiyyəti”də iki xalq (kürdlər və qırğızlar), həmçinin iki ölkə (İraq və Qırğızıstan)
arasında sosial-iqtisadi və mədəni əlaqələrin, dostluq münasibətlərinin inkişafı üçün
əlindən gələni əsirgəmir.
Orta Asiyada kürdlərin yaşadığı üçüncü (1924-1991-ci illərdə Özbəkistan SSR; 26
dekabr 1991-ci ildən ÖR) kürdlərin məskunlaşma tarixi daha qədimdir. Belə ki, yuxarıda
qeyd etdiyimiz kimi bu ərazilərə kürdlərin bir qismini (bəzi tətqiqatçılara görə ona
itaətsizlik göstərən döyüşçüləri; başqalarına görə kürd əalimləri və sənətkarlarını) bələ
XIV əsrdə Teymurləng köçürmüşdür (96,154;9,189)
XVIII-XIX əsrlərdə tarixi Özbəkistanın bir hissəsi olan Xivə xanlığının ordusunda
kürdlər də xidmət edirdi. Məhz həmin əsrlərdən kürdlərin də xidmət edirdi. Məhz həmin
əsrlərdən kürdlərin bu qədim torpaqlar da məskunlaşması başlanmışdır.
Mənbələrin verdiyi məlumatlara görə Özbəkistanda sovet hakimiyyətinin ilk
illərində burada yaşayan kürdlərin sayı 15 min nəfər olmuşdur (9,189).
1937-ci ildə Azərbaycan və Ermənistandan sürgün edilən Kürdlərin az bir hissəsi,
1944-cü ildə Gürcüstandan deportasiya edilənlərin isə əksəriyyəti Özbəkistana
köçürülmüşdür. Burada kürdlər respublikanın 7 vilayəti ən çox Daşkənd, Səmərqənd,
Fərqanə, Buxara “43 rayonu və yüz”lərlə kəndinə səpələnmişlər.
1990cı illərdə Fərqanə vadisində baş verən millətlərarası toqquşmalar nəticəsində
məshəti türkləri ilə yanaşı (onların çoxu Azərbaycana pənah gətirdi), onlara qonşuluqda
yaşayan kürdlərin də xeyli hissəsi Rusiya və Qazaxıstana köçməyə məcbur oldu.
Bu münaqişədən sonrakı illərdə də Özbəkistanda milli münaqişələrin tez-tez
qızışması ilə əlaqədar olaraq, digər azsaylı xalqlar kimi, kürdlər də bu ölkəni tərk etmiş
və etməkdədirlər.
Orta Asiya respublikalarından olan Türkmənistanda kürdlərin qədimdən (bax: I.II.:
Xorasan kürdləri haqqındakı səhifələr) yaşadığına baxmayaraq, bəzi sovet kürdşünasları
(Ç. Bakayev, O.İ.Jiqalina və b.) belə hesab edir ki, buradakı kürdlər XVII əsrdən sonra
Xorasandan gəlmişlər (113,8).
85
Tətqiqatçıların hesablamalarına görə Türkmənistanda hal-hazırda 300 minə yaxın
kürd yaşayır. Hələ XX əsrin əvvəllərində burada yaşayan kürdlərin sayı 100 min
nəfərdən çox olmuşdur (9,194). Lakin 1970-ci il siyahıyaalınmasında Türkmənistanda
yaşayan kürdlərin sayı 2993 nəfər (?!) göstərilmişdir. 1990-cı ildə isə Türkmənistanın
rəsmi dairələri bu respublikada cəmi 4300 nəfər kürdün yaşadığını bildirmişlər (yenə
orada).
Məsələ burasındadır ki, Türkmənistan torpaqlarında qədim zamanlardan türklərlə
birgə yaşayan və onlarla eyni dinə mənsub olan qarışıq ailə quran kürdlər demək olar ki,
tamamilə assimlyasiyaya uğramış və rəmi sənədlərdə “türkmən ” kimi qeyd edilmişlər.
SSRİ dağıldıqdan sonra Türkmənistanda yaşayan kürdlər haqqında da inkarçılıq
siyasəti yeridilmiş, nəticədə bəzi kürdlər bu ölkəni tərk etmiş, qalanları isə öz əsillərini
danmağa məcbur olmuşlar. Təsadüfi deyil ki,kürdlərin bu vəziyyətini nəzərə alan İnsan
haqları üzeə Hülsinki qrupu 2004-cü ildə dərc etdirdiyi məruzəsində Türkmənistanda
yaşayan 6000 (?!) kürdün hüquqlarının tapdalandığına ayrıca paraqraf həsr etmişdir
(9,195).
Sovet hakimiyyətinin ilk illərində
Türkmənistanda
(1918-1924-cü illərdə
Türkmənistan MSSR; 1924-1991-ci illərdə TÜrkmənistan SSR; 27 oktyabr 1991-ci ildən
Türkmənistan Respublikası) yaşayan kürdlər əsasən İranla sərhəd bölgəsində: Aşxabad,
Göy-Təpə, Kaaxkin ragonlarında (Baqir, Firyzə, Çuli, Qərm-ab-“İstisa”, kürdcə-və s.
kəndlərdə); Mari vilayətinin Türkməqali, Bayram-Əli rayonlarında; həmçinin Aşxabad
və Mare şəhərlərində məskunlaşmışdılar. Hal-hazırda da kürdlər həmin yaşayış
məntəqələrində yaşayır. Lakin sovet hakimiyyəti illərində kürdlərin Türkmənistandan
kütləvi miqrasiyası, yaxud, deportasiyası baş vermədiyi halda, burada onların sayı 100
mindən 6000-ə (?!) enmişdir, daha doğrusu endirilmişdir.
Cənubi Qafqaz, Orta Asiya regionlarından sonra Kürdütanın tarixi torpaqlarından
Kənarda (post sovet məkanında”) kürdlərin ən çox yaşadığı üçüncü region Rusiya
Federasiyasıdır. RF Dövlət Dumasının verdiyi bir arayışdakı məlumata görə bu ölkədə
yaşayan kürdlərin sayı 250 min nəfərdən çoxdur (9,15). Halbuki 1989-cu il
siyahıyaalınmasına görə bu rəqəm cəmi 4700 nəfər, 2002-ci ildə isə 19607 nəfər
göstərilmişdir (Yenə orad, səh 215)
Tətqiqatçıların fikrinə görə Çar Rusiyası ərazisində kürdlərin ilkin məskunlaşması
tarixi XIX əsrin əvvəllərindən başlayır. A.N. Xalfin bu barədə yazır ki, Rus-İran (1804-
1813 və 1826-1828) və Rus-Türk (1806-1812 və 1828-1829) müharibələri gedişində və
Gülüstan (1813), Türkmənçay (1828) sülh müqavilələrindən sonra Rusiya imperiyasının
sərhədləri cənuba doğru uzandı. Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi ilə
imperiyanın xalqları sırasında kürdlər də görünməyə başladı (114,39).
86
Çar Rusiyası dağıldıqdan (1917-ci il) və Cənubi Qafqaz respublikaları müstəqillik əldə
etdikdən (1918-ci il) sonra Rusiyada yaşayan Kürdlərin sayı minimuma endi. Sovet
hakimiyyətinin ilk illərində Rusiya şəhərlərində (əsasən Moskva, Sankt-Peterburq)
yaşayan Kürdlər burada ali təhsil almaq məqsədilə gələnlərdən ibarət idi. Məhz onların
və onlardan sonra gələnlərin Moskva və Leninqrad (Sankt-Peterburq) şəhərlərinin
şərqşünaslıq institutunun rus alimləri ilə sıx əməkdaşlığı sayəsində həmin şəhərlərdə
Sovet kürdşünaslığının əsası qoyuldu. 1954-cü ildə SSRİ EA şərqşünaslıq institutunda
(Leninqrad bölməsində) kürd qrupu yaradıldı. Burada Qanade Kurdo Kordoyev (1960-
1985-ci illərdə həmin qrupa rəhbərlik etmişdir), İ.İ. Sukerman, M.B. Rudenko, həmçinin
onların şagirdləri Y.İ. Vasilyeva, İ.S. Musaelyan, İ.A. Smirnova, K.A. Eyyubi, Z.A.
Yusupova və başqalarının əməyi sayəsində sovet kürdşünaslığının bir çox dəyərli əsərləri
yaradıldı.
XX əsrin 30-cu illərində həmçinin 1944-cü ildə Stalin repressiyaları nəticəsində
cənubi Qafqaz repressiyalarından departasiya edilən kürdlərin bir qismi də Rusiyanın
uzaq Sibir regionuna sürgün edilmişdir. Onların böyük əksəriyyəti burada məhv olmuş
sağqalan az bir qismi isə orada qalaraq yerli ruslarla ailə qurmuş, son nəticədə
assimliyasiyaya
uğrayaraq yoxa çıxmışlar. Həmin kürdlərin bəzilərinin övladları
(nəvələri)
XX
əsrin 70-ci illərin axırlarınadək babalarının kürd olduqlarını
unutmamışdılar. Məsələn, təsadüf nəticəsində bu sətirlərin müəllifi 1977-ci ilin yayında
“Moskva- Novosibirsk” qatarında həmin kürdlərdən birinin nəvəsi lə tanış olmuş və onun
Maqadan vilayətindəki qəsəbələrin birində
yaşamış “kürd” babası haqqındakı
söhbətlərini (babasının və bir neçə başqa kürdün bu yerlərə İkinci Dünya müharibəsi
illərində sürgün edilmələri, burada rus qızları ilə evlənərək məskən salmaları, atasının
kürdlərin qəhrəmanlığı haqqında söylədiklərini və s.) dinləmişdir.
“Sovet dövründə Rusiyaya gedib orada qalan kürdlərin bir qismi də “əmək
miqrantlarıdır”. Bir parça çörək” üçün onlar doğma yerlərini tərk etmiş və bir daha geri
qayıtmamışlar. Cənubi Qafqaz və Orta Asiya respublikalarında milli zəmində
toqquşmalar baş verdikdən və SSRİ dağıldıqdan sonrakı illərdə kürdlərin təzyiq və
təqiblər nəticəsində öz doğma yurdlarından, uzun illər boyu ağır zəhmət bahasına
qurduqları ev-eşiklərindən didərgin düşməsi zamanı onların böyük bir qisminin ümid yeri
və pənahgahı Rusiya Fedarasiyası oldu. Həmin illərdə Rusiyaya üz tutan bir çox kürd
ailələri ikiqat departasiyaya (Ermənistandan Orta Asiyaya, oradan da Rusiyaya) məruz
qaldılar. Bəzi kürd ailələri isə həmin illərdə qısa vaxt ərzində üç, hətta dörd dəfə köçmək
(Ermənistandan Qırğızıstana, oradan Qazaxıstana, daha sonra isə Rusiyaya; yaxud
Ermənistandan-Azərbaycana, buradan Orta Asiyaya-Qırğızıstan və ya Qazaxıstana,
oradan Rusiyaya) məcburiyyətində qalmışlar.
87
1988-1991-ci illərdə Ermənistandan didərgin salınmış 18 mindən çox kürdün xeyli
hissəsi əvvəlcə Azərbaycana pənah gətirmiş, sonrakı illərdə buradan Orta Asiya
respublikalarına köçmüş; oralarda da rahatlıq tapmadıqda Rusiyaya üz tutmuşdur. Həmin
kürdlərin ikinci qismi isə ya birbaşa Rusiyaya (ən çox Krısnodor diyarına) ya da Orta
Asiyaya; buradakı respublikalarda bir neçə il qaldıqdan sonra oradan Rusiyaya köçmək
məcburiyyətində qalmışlar.
Qeyd olunan dövrdə Rusiyaya pənah gətirən kürdləri ilk illərdə Krasnodor və
Stavropol diyarlarında “Xoş üzlə” qarşıladıqları üçün onların (didərgin kürdlərin) xeyli
hissəsi məhz həmin yerlərdə məskunlaşmaq qərarına gəldi. Lakin tezliklə Şimali Qafqaz
respublikalarında, xüsusilə, Çeçenistanda milli zəmində toqquşmaların (daha sonra
müharibənin)
baş
verməsi
Rusiyanın
digər
regionlarında
da
millətlərarası
münasibətlərinin gərginləşməsinə səbəb oldu. Odur ki, Krasnodar diyarının tərkibində
olan Adigey respublikasında məskunlaşmış didərgin (qaçqın və köçkünlərin, az miqdarda
“əmək miqrantlarının”- SSRİ-nin dağılmasından əvvəl Rusiyaya iş dalınca gedənlərin)
kürdlərin həminillərdə yenidən qara günləri başladı. Belə ki, ikiqat milli ayrı-seçkiliyə,
təzyiq və təqiblərə (bir yandan ruslar, digər yandan isə adigeylər tərəfindən) məruz
qalan, hər cür bəhanə ilə qeydiyyata alınmayan krasnodar kürdlərinin bir qismi üçüncü,
bəziləri isə dördüncü dəfə dərbədər oldular.
RF-ə pənah aparan kürdlərin ikinci “axınını” Ermənistandan didərgin salınmış
Erdi kürdləridir. Onların əksəriyyəti Ermənistandakı təzyiq və təqiblərə tab gətirməyərək,
Rusiyanın iri sənaye mərkəzlərinə, hətta, Sibir və Uzaq Şərq regionuna, Krasnodar və
Stavropol diyarlarına və digər vilayətlərə üz tutmuşlar.
Hal-hazırda
(2010)
RF-də
yaşayan kürdlərin coğrafiyası H.Əsgərovun
tətqiqatına (9) görə aşağıdakı kimidir. RF-də kürdlərin kompakt yaşadığı ərazilər
bunlardır: Moskva şəhəri və moskva vilayəti; Sankt Peterburq şəhəri; Krasnodar və
Saratov vilayətləri; AdıgeyRespublikası; Saratov, Tambov, Yaroslave, Nijni Novqorod,
Kursk vəs. vilayətləri; Xantı-Manssı Muxtar dairəsi (Surqut, Nijnivartovsk, Nefteyuqansk
şəhərləri) və s. (9,216).
Qeyd olunan ocaqlardan başqa RF-in digər vilayət və şəhərlərində hətta, Uzaq
Şərq (Vladivastok, Petropowlivsk-Kamçatsk) və ən ucqar qərb (Kalininqrad vilayəti)
regionlarında da kürdlər yaşayır.
RF.də yaşayan kürdlərin az bir qismində taleyin hökmü, siyasi təqib və
təzyiqlər, həmçinin əmək miqrasiyası nəticəsində tarixi kürdüstanın ərazisini tərk edən,
müxtəlif şəhər və vilayətlərdə məskunlaşanlar təşkil edir.
88
“Postsovet” məkanında kürdlərin yaşadığı respublikalardan biri də Ukraynadır.
Burada kürdlərin məskunlaşma tarixi XX əsrin əvvələrinə aiddir. Lakin ukraynalı alim
Valentin Stetsyuk kürdlərin mənşəyini qədim skiflərlə bağlayır və öz fikrini sübut etmək
üçün Ukraynanın ərazisində kürd dilində olan 250 dən çox toponimin (həmin toponimlər
skiflərin yadigarıdır) izahına istinad edir. (9,223). Başqırd alimi S Qalyanov da kürdlərin
skiflərlə sıx əlaqəsini elmi mənbələr əsasında sübut etməyə çalışır (24,6-7).
Skiflər elmi mənbələrin verdiyi məlumata görə Skiflər e.ə. VII əsrin 70 –ci
illərinədək Qara dənizin şimal sahillərində (indiki Ukraynanın cənub vilayətlərində)
geniş yayılmış hind-ari (İran) dilində danışan tayfa birləşmələrindən biri olmuşdur.
“Tarixin atası” Heredot onlar haqqında geniş məlumat vermişdir. Skiflər e.ə. VII əsrin
ortalarında Midya, Suriya, Fələstin və digər əraziləri ələ keçirərək Ön Asiyada, o
cümlədən, qədim Kürdüstanda hakim mövqeyə çatmışdırlar.
Sovet hakimiyyəti illərində bura (Ukraynanın müxtəlif vilayət və şəhərlərinə) iş
dalınca gələn kürdlərə SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz və Orta Asiya
respublikalarından didərgin düşənlər də əlavə olunmuşdur. Bu ölkədə kürdlərin sayı
barədə dəqiq məlumat yoxdur; tətqiqatçıların hesablamalarına görə bu rəqəm 20 min
nəfərə yaxındır (9,227).
Hal-hazırda kürdlər əsasən Ukraynanın Xarkov, Kiyev, Odessa, Nikolayev,
Xerson, Zaporojiye, Donetsk şəhərlərində və Krım Muxtar Respublikasında yaşayırlar.
1944-cü ildə Krım tatarları ilə burada yaşayan kürdlər də Özbəkistana sürgün edilmişdir.
SSRİ dağıldıqdan və Krım tatarlarının öz doğma vətənlərinə qayıtma hüququ bərpa
olunduqdan sonra kürdlə də bu yarmadaya qayıtmağa başlamışlar.
Ukraynada kürdlərin öz mədəniyyətlərini inkişaf etdirmələri üçün heç bir maneə
yoxdur. Odur ki, son onilliklərdə bu ölkənin Kiyev, Odessa, Nikolayev, Xerson, Xarkov
şəhərlərində, eləcə də Krım Muxtar Respublikasında kürdlərin bir sıra milli mədəniyyət
ocaqları yaradılmışdır.
“Postsover” məkanında yaşayan kürdlərin az bir hissəsi də Tacikistan, Moldova,
Belorusiya və Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) məskunlaşmışdır.
“Postsovet” məkanına daxil olan ölkələrdə, daha doğrusu MDB-də yaşayan
kürdlər haqqında görkəmli jurnalist və kürşünas H.Əsgərov “MDB ölkələrində kürd
diasporası” adlı sanballı monoqrafiyasında (9) geniş məlumat verdiyi üçün həmin kürdlər
haqqında yuxarıdakı qısa qeydlərlə kifayətlənirik.
89
Asiya qitəsinin digər ölkələrində-Əfqanıstan və Pakistanda da küdlər yaşayır. Bu
ölkələrdə, xüsusilə, Əfqanıstanda kürdlər qədim zamanlardan (Parfiya çarlığı dövründə)
yaşayır.
Avropa ölkələrində yaşayan kürdlər əsasən siyasi mühacirlər və əmək
miqrantlarıdır. Bu kürdlərin çoxu tarixi kürdüstanın bütün parçalarından, xüsusilə
Türkiyədən, az bir hissəsi isə “postsovet” məkanına daxil olan ölkələrdən köçənlər və
mühacirlərdir.Kürdlər son on illiklərdə daha çox Avropanın Almaniya (300 mindən
yuxarı), Fransa (50 min), İsveç (30 min), Norveç, Avstriya, Polşa, Bolqarıstan və s.
ölkələrində məskunlaşmışlar. Bu ölkələrdə yaşayan kürdlər milli mədəniyyət mərkəzləri
yaratmış, ana dilində “bazar günü” məktəbləri təşkil etmiş, özəl televiziya kanalları
açmış, çoxsaylı qəzet və jurnallar nəşrinə nail olmuşlar.
Bu zaman fransanın paytaxtı Paris şəhərinə görkəmli kürd ziyalısı Kəndal
Nəzanın rəhbərliyi altında 20 ildən çoxdur ki, fəaliyyət göstərən “Kürd İnstitutu”nu
xüsusi qeyd etmək lazımdır. Burada kürd dili, ədəbiyyat və tarixinin öyrənilməsi və
təbliği istiqamətində təqdirəlayiq işlər görürlər. Onu da qeyd edək ki, “Kürd-1” özəl
televiziya kanalının rəhbəri də K. Nəzandır.
Öz tarixi vətənlərindən didərgin salınmış kürdlər bir gün Amerika (ABŞ və
Kanada) və uzaq Avstraliya (Avstraliya İttifaqı və Yeni Zelandiya) qitələrinədək
səpələnmişlər. Kürdlərin köç karvanı, belə getsə, buzlu Antraktida materikinə üz tutmağa
məcbur olacaqdır. Çünki “doğma vətən” də təzyiq və təqiblər altında, milli
diskriminasiya və dövlət teroru şəraitində “yaşamaqdan” (buna yaşamaq demək
mümkünsə!!!) buzlu materikin 70
0
-80
0
şaxtasında rahat nəfəs almaq daha yaxşıdır.
90
I.IV. KÜRDLƏRİN ETNOQRAFİYASI VƏ
MƏDƏNİYYƏTİ
Kürd xalqının özünəməxsus etnoqrafik xüsusiyyətləri haqqında demək olar ki,
bütün kürdşünas alimlərin və xarici ölkələrdən kürdüstana gələn missionerlərin,
siyasətçilərin fikri eynidir. Həmin fikirlərin “ortaq məxrəci” belədir: Kürdlə ön Asiyanın
antropoloji cəhətdən ən gözəl tiplərindən biridir. Onlar qorxmaz, cəsur, “kişi sözünə əməl
edən”, mərd, döyüşkən, igid, əməksevər və qonaqpərvərdirlər. Kürd cəmiyyətində qadın
Şərqin heç bir xalqında olmayan azadlığa malikdir. Kürd qadını təkcə özünün gözəlliyi
ilə deyil, həm də namusu, qeyrəti, “aslan ürəyi” olması ilə fərqlənir.
Bütün bu xüsusiyyətlər hər bir kürd üçün, eləcə də kürdləri yaxından tanıyanlar
üçün “teorem” yox, sübuta ehtiyacı olan bir aksiomadır. Kürdləri yaxşı tanımayan xarici
ölkə vətəndaşları onların fərqləndiri və heyrətləndirici xüsusiyyətləri “teoremə”
bənzədiyinə görə elə əcnəbi ölkə alimlərinin fikirləri əsasında bu “teoremi” isbat etməyi
məqsədəuyğun hesab edirik. Dr. F. Şinnavi yazır: “Kürdlər xarakter baxımından cəsur,
igid və qorxmadan savaşan, düşmənə qarşı addımını geri atmayan bir millətdir” (22,46).
İran kürdləri arasında yaşayaraq onlar haqqında kitab (25) yazan alman mənşəli
Rusiya alimi P.Lerx yuxarıda qeyd etdiyimiz bəzi xüsusiyyətlər haqqında öz fikrini belə
bildirir: “Kürdlər qədim Xaldeylər kimi çox zirək (cəld, bacarıqlı) olub, zəhmətdən
qorxmurlar...... Bu xalq artıq ən qədim zamanlardan döyüş qəhrəmanlıqları ilə
fərqlənir...” (25,25). MÜəllif kürdlərin qəhrəmanlığı haqqında fikirlərini əsaslandırmaq
üçün yunanların 10.000-lik qoşununa qalib gələn karduxları; Xaçpərəstlərin
(“Səlib”çilərin) birləşmiş qoşunlarını darmadağın edib müqəddəs Qüdsü və İslam
dünyasını xilas edən Səlahəddin Əyyubini; Hulaku xan və Teymurləngin vahiməli
monqol-tatar döyüşçülərinə ciddi müqavimət göstərib böyük zərbə vuran Aməd
(Diyarbəkir) kürdlərini; üç yüz ildən çox bir müddətdə Osmanlı Sultanlarına baş
əyməyən və öz müstəqilliklərini qoruyub saxlayan kürd əmirlərini; kiçik bir kürd
tayfasının başçısından İran şahı titolunadək yüksələn Kərim-xan Zəndi milas göstərir
(Yenə orada, səh25-26). O kürdlərdə döyüş ruhunun yüksək olmasını onların qədim
zamanlardan azadlıqsevər olmaları və ona canatmaları ilə əlaqələndirir.
P.Lerx həmin kitabında kürdlərin antropoloji xüsusiyyətlərinə görə cəzbedici və
cüssəli olmalarını da xüsusi qeyd etməyi unutmamışdır: “Kürd kifayət qədər qəddi-
qamətli, boyu və möhkəm quruluşlu əzələləri ilə fərqlənir. Onu başı demək olar ki,
yumrudur, alnı açıqdır, saçları sıx və qaradır, burnu gözəldir, gözləri qara və parlaqdır,
sifətinin rəngi tutqun, cizgiləri isə xoşagəlimlidir və kişiliyi kəs etdirir” (Yenə orada).
Müəllif bu əlamətlərin əcnəbi alim Riqler tərəfindnə də təsdiqlədiyini qeyd edərək, daha
91
sonra əcnəbi missioner, səyyah və tətqiqatçıların (Pujula, Riç, Bore, Qyörnle, Kox və s.)
kürdlərin fərqləndirici antropoloji və xarakter xüsusiyyətləri haqqındakı fikirlərini
sadalayır və həmin fikirlərin demək olar ki, yuxarıda qeyd olunanlarla üst-üstə
düşdüyünü vurğulayır.
Kürdləri yaxından tanıyan və bir neçə il onların həyat tərzini öyrənən erməni
şairi X. Abovyan da onların antropoloji cəhətdən fərqləndiyinə diqqəti çəkərək yazır:
“Kürdlər ilk baxışdan kişilik təcəssümünü əks etdirən, görkəminə, boy-buxununa, hündür
boyuna, enli sinəsinə, cəngavər çiyinlərinə görə fərqləndirmək mümkündür... Bundan
başqa kürdün fərqləndirici əlamətləri: iri odlu gözləri, sıx qaşları, hündür alnı, uzun qartal
burnu, bərk yerişi, bir sözlə qədim qəhrəmanlara xas olan bütün cəhətlər” (115,202).
X. Abovyan kürdlər haqqında yazdığı başqa bir məqaləsində onların
cəngavərliyinə, verdiyi sözə kişi kimi əməl etməsi diqqəti cəlb edir: “Kürdləri şərqin
retsarları (cəngavərləri) adlandırmaq olar... Döyüşkənlik, açıqürəklilik, düzgünlük, öz
knyazlarına son dərəcə sədaqətlilik, verilən sözə ciddi əməl etmək, qonaqpərvərlik...
qadına hədsiz hörmət, bax, budur bütün xalqa məxsus ümumi əlamətlər” (116,189).
Kürdlərin cəngavərliyi və döyüşçü kimi qəhrəmanlığını, orduda sədaqətlə
xidmət etdiklərini təkcə P. Lerx və X. Abovyan deyil, onlarla əcnəbi səyyah, misioner və
tətqiqatçılar da, xüsusi qeyd etmişlər. Aleksey Manzyak “İslam döyüşçüləri” adlı
kitabında kürdlərin döyüşkənliyinin, qəhrəmanlığının mənbəyini araşdıraraq gösətiri ki,
bu, kəndlərin etnogenezində mühüm rol oynamış karduxların döyüş ənənələri ilə bağlıdır.
Müəllifin fikrincə bu ənənələrin əsrlər boyu qorunub saxlanılmasının başlıca səbəbi
kürdlərin yaşadığı regionun qanlı tarixi (yuxarıda kürdüstan ərazisinin tarix boyu
imperiyalar arsındakı döyüş meydanına çevrilməsini
qeyd etmişik), kürd əmirləri
arasında müntəzəm baş verən “kiçik müharibələr” və kürdlərin gündəlik həyatında
döyüşməyin əsas məşquliyyətlərdən biri olmasıdır. (31, 198-200)
Belə döyüş ənənələrinin kürdlərin həyatında XX əsrin əvvəllərinədək davam
etməsini A.A. Arakelyan da təsdiqləyir: “Kişilərin başlıca məşğuliyyətinin at belində
silah işlətməklə bağlı, hərbi yürüşlər... və ov zamanı yerinə yetirilən tapşırıqlar təşkil edir
” (117,20).
Onu da qeyd edək ki, kürdlərin döyüş qəhrəmanlığından və sədaqətlə
xidmətindən əsrlərlə geniş istifadə edən Osmanlı sultanları, İran şahları, Ərəb xəlifələri
böyük hərb uğurlar qazanmış, öz ərazilərin təhlükəsizliyini qoruyub saxlamışlar. Yaxın
şərq regionunda kürd süvari dəstələrinin döyüş məharəti ilə fərqlənməsi az qüvvə ilə
böyük uğurlar qazanması barədə tarixi faktlar kifayət qədərdir.
|