101
edəndə, yaxud, elə həmin ildə italyan missioner Maurisio Qarzoni Roma şəhərində Kürd
dilinin qrammatikasını nəşr edəndə kürd xalqına qarşı inkarçılıq siyasəti yeridən ağalarının
sifarişi ilə müstəqil kürd dilinin mövcud olmadığını, onun guya “fars dilinin bir ləhcəsi”
olduğunu öz cızma-qaralarında “sübut” etməyə çalışan “Kürdfobiya”çıların heç babaları
da dünyaya gəlməmişdilər.
Hətta kürd dilinin ən qədim dillərdən biri olduğunun sübutu kimi Nuhun gəmisinin
Kürdüstandakı Cudi dağına bənd olmasını Xatırlatan və aşağıdakı sözləri yazan dr. Fəhmi
Şinnavi də kürd deyil: “Quranın da zikr etdiyi kimi kürdlərin mənşəyi hz. Nuhun
gəmisinin Cudi dağına bənd olduğu dövrədək uzanır: Avropa və Asiya dillərinin
törəndiyi dilin əsli Kürd dilidir ” (22,46).
Kürd xalqının milli-mənəvi dəyərlərli xəzinəsində heç bir mübahisəsiz ən önəmli
yeri kürd folkloru tutur. Kürd dili kimi kürd folklora da özünün qədimliyi və zənginliyi ilə
seçilir. Təsadefi deyil ki, dünya kürdşünaslarının demək olar ki, hamısı kürd
mədəniyyətindən bəhs edərkən bu xalqın yaratdığı şifahi ədəbiyyat (foklor) nümunələrini
öz plana çəkmişlər. Məsələn, görkəmli şərqşünas alim, akademik N.Y.Marr kürd
mədəniyyətinin inkişafında folklorun rolunu çox yüksək qiymətləndirərək yazır: “Kürd
tayfaları tarixində
müstəqil amil (faktor), əhəmiyyətli ictimai-mədəni qüvvə rolunu
oynamış və bu günədək həmin rolu oynamaqdadırlar. Bu hadisənin açarını hər çeydən
əvvəl zəngin kürd folklorunda, kürd rəqsləri və mahnılarında axtarmaq lazımdır”
(41,23).
Akademik V. F. Minorskiy də kürd folklorunun zənginliyinə və Ön Asiya xalqları
arasında geniş təsir dairəsinə malik olduğuna diqqəti cəlb edir, fikrini əsaslandırmaq üçün
ermənilərin və aycorların kürd mahnılarını oxumasını, kürd nağıllarından istifadəsini misal
göstərir (21,13). Daha sonra müəllif yazır: “Kürdlərin olduqca zəngin xalq ədəbiyyatı:
saysız-hesabsız nağıllar, xalq rəvayətləri, mahnıları mövcuddur” (Yenə orada 116).
Görkəmli alim M. Vaqner isə kürd mahnılarının Ön Asiyada geniş yayıldığını, onların bir
qisminin türk dilinə tərcümə olunduğunu qeyd edir (183,255).
Kürdlərin zəngin folklor mədəniyyətinə malik olmasını, hətta, özlərindən başqa heç
bir xalqı tərifləməyən ermənilərin tanınmış şairi X.Abovyan da etiraf edir: “Kürd xalq
poeziyası valehedici addımlar atmış və yüksək inkişaf səviyyəsinə çatmışdır” (116,188).
Görkəmli kürdşünas V.P. Nikitin kürd
ədəbiyyatında folklorun rolunu yüksək
dəyərləndirərək, onun bu gün də xalqın həyatında mühüm rol oynadığını qeyd edir: “Kürd
ədəbiyyatı-birinci növbədə kürd folkloru deməkdir; onda təkcə keçmiş nəsillərin irsini
görmürük; bizim günlərdə o, həyat qabiliyyətinə və heyrətləndirici yaradıcılıq qüvvəsinə
dəlalət edir ki, bu da onun gündəlik yeniləşməsinə və zənginləşməsinə səbəb olur... (51,
362) .
102
Şərqşünas alim L.İ.Klimoviç kürd xalq ədəbiyyatında bu xalqın qəhrəmanlıq
tarixinin geniş əks olunduğuna diqqəti çəkməklə yanaşı, kürd mədəniyyətinin Yaxın
Şərqdəki roluna xüsusi toxunur: “Kürdlər yaxın Şərqin maddi və mənəvi mədəniyyətinə
böyük töhfə vermişlər” (145,67).
Kürd folklorunda başlıca yeri xalq dastanları (bəyt-sərhati) tutur. Qonşu Şərq
xalqlarında olduğu kimi burada da həmin dastanlar məzmununa görə iki qrupa bölünür: a)
qəhrəmanlıq; b) məhəbbət dastanları. Lakin kürd xalq dastanlarının fərqləndirici cəhəti
mövcuddur: demək olar ki, bütün dastanlar
əvvəldən axıradadək nəzmə
çəkilmişdir.Onların ifasında da fərq var: həmin dastanları “dənqbej” (xalq xanndələri)
adlanan yüksək istedada malik sənətkarlar xalq məclislərində, evlərdə təşkil olunan musiqi
gecələrində (bəzən bu gecələr səhərədək davam edir) mahnı formasında ifa edirlər.
Kürd xalq dastanlarından ən məşhurları “Mən və Zin”, “Rüstəm və Zal”,
“Zənbilfroş” (Zənbilsatan), “Qər və Kulik”, “Xəce və Siyabənd”, “Dımdım”, “Məme və
Əyşe” və s. dir.
Kürd folklorunda önəmli yerlərdən birini də xalq mahnıları tutur. Bu mahnılar
motivinə və süjetinə görə iki qrupa bölünür: a) süvari mahnıları (“kılaên siyara”); b)
məhəbbət və yallı mahnıları (“kılaên qovəndê). İkinci qrup mahnılara bir çox bölgələrdə
“qız mahnıları” (“kılaên kəça”) da deyilir. Çünki bu mahnıları çox vaxt qız-gəlinlər toy və
şənliklərdə oxuya-oxuya yallı gedirlər.
“Kılaên siyara” deyilən mahnıların demək olar ki, hamısı kürd xalqının qəhrəmanlıq
tarixini əks etdirən süjetlərdən ibarətdir. Bu mahnıların baş qəhrəmanı bir qayda olaraq
xalqının azadlığı uğrunda bu və ya digər döyüşdə şücaət və igidlik göstərənlərdir. Bu
mahnıların sözləri də, musiqisi də “dənqbej” lərə məxsusdur. Həmin mahnılar qonşu
xalqlarda müşahidə olunmayan bir tərzdə ifa olunur. Belə ki, bəzən axşamdan səhərəcən
davam edən musiqi gecələrində “dənqbej”lər bu mahnıları heç bir musiqi alətinin
müşaiyəti olmadan muğamat üstündə ifa edirlər.
Kürd “dənqbej” lərin, məhəbbət və yallı mahnılarını oxuyan qəz-gəlinlərin ifasını
heyrətlə izləyən X. Abovyan yazır: “Hər bir kürd, hətta hər bir kürd qadını ruhən
anadangəlmə şairdirlər. Onların hamısı təəcübləndirici improvizasiya qabiliyyətinə
malikdirlər..... ” (116,188).
Kürdlərin milli rəqsləri sistemində başlıca yeri yallı-“qovənd” (kürd dilindəki “qav”
sözündən olub “addım” deməkdir) tutur. Toy şənliklərində, digər əyləncə məclislərində
demək olar ki, “qovənd”dən başqa rəqslər ifa olunmur. Tətqiqatçıların demək olar ki,
hamısı “qovənd” (yallını) kürdlərin milli rəqsi hesab edir. Yeri gəlmişkən Naxçıvanda
yaradılmış “Şərur” ansamblının ifa etdiyi yallı rəqslərinin böyük əksəriyyəti kürdlərə
məxsusdur. Məsələn, “Sareyi” rəqsi kimi təqdim olunan yallı əslində rəqs növü deyil,
103
kürdlərin qədimdən “qovənd” mahnılarından biri kimi oxuduğu “Sare” mahnısının təhrif
edilmiş adıdır.
Kürd “qovənd”i başqa qonşu xalqların (azərbaycanlı, erməni, türk və s.) yallısından
iki cəhəti ilə fərqlənir. Birincisi odur ki “qovənd”in yüzdən çox növü , daha doğrusu ifa
tərzi mövcuddur. Hər bir “qovənd” bir deyil, bir neçə xalq mahnısının müşaiyəti ilə ifa
olunur. “Qovənd” mahnılarının sayı isə minlərlədir.
“Qovənd”i fərqləndirən ikinci cəhət isə ondan ibarətdir ki, ən qədim zamanlardan
hal-hazıra kimi o, musiqi alətlərinin müşaiyəti altında deyil, xorla ifa olunan yallı
mahnıları əsasında yerinə yetirilir. Bu isə o deməkdir ki, hələ musiqi alətləri kəşv
olunmamışdan əvvəl kürdlər “qovənd”i müvafiq mahnıları oxuya-oxuya ifa etmişlər.
Kürdlərin ən geniş yayılmış milli musiqi alətlərindən blur (tütək), fiq, (neyə
bənzəyir), zurna, tənbur, tulumb, dihol, (nağara), ud və s. misal göstərmək olar.
Kürd folkloru haqqında çoxsaylı əsərlər müxtəlif dillərdə mövcud olduğu üçün
burada yuxarıdakı qısa qeydlərlə kifayətlənirik (Bax: 129;`146-176;185;188;192).
“Kürdfobiya ”çıların kürd mədəniyyətinə yaxdığı ləkələrdən biri guya bu qədim
xalqın yazılı ədəbiyyatının yox dərəcədə olmasıdır. Halbuki, hələ VIII əsrdə kürd yazılı
ədəbiyyatının yarandığı dövrdə həmin “Kürdfobiya”çıların mənsub olduğu xalqların heç
ədəbi dili formalaşmamışdı. Görkəmli rus alimi V.Dittel Qafqaza səyahəti zamanı
kürdlərin ədəbiyyatı ilə tanış olduqdan sonra yazırdı: “Mən heç bir halda gözləmirdim ki,
şərqşünasların az öyrəndiyi kürdlərin dili şifahi ədəbiyyatdan başqa bir qədər geniş yazılı
ədəbiyyatına da malik ola bilər.... KÜrdlərin öz ədəbiyyatı mövcuddur...... ” (177,8-9).
Yuxarıda qeyd etdiyimiz kimi kürd dilində ilk yazılı ədəbiyyat nümunəsi VII əsrə
aid olub, “Kürdüstanın ərəblər tərəfindən dağıdılması haqqında ağı” adlanır (36,50,
184,432). Bu poemanın bəzi fraqmentləri XX əsrin 20-ci illərində Cənubi Kürdüstanın
Süleymaniyyə şəhərində tapılmış və görkəmli kürd alimi Rəşid Yasəmi tərəfindən çap
edilmişdir.
Poemada Kürdüstanın şəhərlərinin, o cümlədən Şəhrizorun
ərəblər tərəfindən
talanması, atəşpərəstlərin məbədgahlarının dağıdılması təsvir olunur:
Məbədgahlar dağıdılıb, odlar söndürülüb,
Böyüklər və zəiflər qaçıb gizlənib.
Zalım ərəblər kəndləri yandırıb,
104
X əsrdən başlayaraq klassik poeziya nümunələri yaradan kürd şairlərindən Pire
Şariar (Şəhriyar), Baba Tahir Həmədani, Əli Tərəmahi (X-XI əsrlər), Əli Hərizi (1009-
1079), Məlae Cəziri (1101-1169), Fəkie Təyran (1302-1375), Maləe Bate (1417-1491),
Səlim Sleman (XVII-XVIII)-və bir çox başqaları orta əsrlərin şərq ədəbiyyatı tarixində
özlərinə möhkəm yer tutmuşlar.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, orta əsrlərdə kürd dilində yazıb
yaradan şairlər təkcə yuxarıda adlarını qeyd etdiklərimizdən ibarət deyil. Onlarla belə
şairin həyatı və yaradıcılığı hələlik öyrənilməyib; orta əsrlər kürd ədəbiyyatı tarixində “ağ
ləkələr” çoxdur.
Orta əsrlərin klasikkürd şairlərindən ikisinin adını xüsusi qeyd etmək vacibdir.
Məlae Cəziri və Əhməde Xani. M. Cəziri kürd ədəbiyyatı tarixinin ilk ədəbi məktəbin
yaradıcısıdır (178,90-91). Əhmədi Xani özünün yaratdığı ölməz “Məm və Zin” poeması
ilə Şərq poeziyasının ən parlaq səhifələrindən birini yazmışdır. Görkəmli şərqşünas,
akademi U.A.Orbeli (1887-1961) Ə.Xaninin şərq ədəbiyyatı tarixində yerini çox yüksək
qiymətləndirmiş, onu dahi İran şairi Firdovsi ilə müqayisə etmişdir: “Şairin xəlqiliyi
haqqında, şairin onu yetirən xalqa qovuşması barədə fikirləşərkən istər-istəməz Şərqin üç
böyük şairinin müqayisəsi yada düşür.. İranlı Firdovsi, gürcü Rustaveli və kürdlərdən
başqa hamı tərəfindən unudulmuş, daha doğrusu kürdlərdən başqa heç kimə
məlumolmayan,lakin öz xalqı arasında mübahisəsiz “xalq şairi” adını qazanmış kürd
Əhmədi Xani ” (179,57).
Görkəmli alimin bu qənaətinin doğruluğuna sübut üçün qeyd edək ki, Ə.Xani
“Mən və Zin” poemasından başqa doğma vətənində (Bəyazid mahalında) kürd balalarına
ana dilini öyrətmiş, bu məqsədlə “Nubar” adlı ərəbcə-kürdcə ilk mənzum lüğət yaratmış
kürd dilində qəzəllərdən ibarət divan, fəlsəfəyə aid bir neçə traktat yazmışdır (180,5).
Şəhrizora qədər yalnız meyitlər qalıb.
Qadınlar, qızlar əsir alınıb,
Qəhrəman kişilər qan içərisindədir.
Zərdüştün dini tərk edilib, unudulub,
Ahuramazda xalqın harayına gəlmir.
105
Dahi şair “Mən və Zin” poemasını o dövrün ənənələrinə fars və ərəb dilində
yazmaq zidd olaraq məhz doğma kürd dilində yazmış və bunun səbəbini belə izah
etmişdir:
Əhməd Xaninin xəlqiliyini görkəmli ədəbiyyatşünas alim Qasım Qasımzadə də
çox yüksək qiymətləndirərək, onun “Məm və Zin” poemasını (həmin poemanın
Azərbaycan dilində tərcüməsinin redaktoru Q. Qasımzadədir) “Xəlqiliyin maraqlı
nümunəsi” adlandıraraq yazır: İtiqlaliyyət uğrunda və ictimai ədalətsizliyə qarşı
mübarizədə Əhməd Xaninin adı əbəs yerə milli azadlıq hərəkatının rəmzi sayılmır. Əsərin
“Əhvalımız” hissəsi xalqın siyasi manifesti təsiri bağışlayır. Müasir oxucu əsərlə, onun
müəllifi ilə tanış olmadan həmin hissəni ayrıca mütaliə etsəydi bunun düz yüz il əvvəl
deyil məhz bizim günlərdə xarici ölkələrdə yaşayan kürdlərin vəziyyəti haqqında yazıldığı
qənaətinə gələrdi
İçdi xam şərabdan dürrü, cövhəri,
Doğma kürd dilini-incini zəri.
Nizam intizamla sıraya düzdü,
Şair xalq yolunda cəfaya dözdü-
Deməsinlər: “Hanı kürdün qüdrəti,
Əsli, nəcabəti, mədəniyyəti?!”
(181,10)
Biri öz əliylə sərvət yaratdı,
Başqası qəsb edib dövlət yaratdı...
Məni çaşbaş salıb xuda hikməti-
Kürdün aşıb-daşır varı-dövləti,
Yaşayır asılı, yaşayır məhkum”
(182,4-5).
106
Onu da qeyd edək ki, təkcə U.A. Orbeli deyil, bir çox şərqşünaslar (P.Lerx, V. Minorski,
V.Nikitin, R.Leski, N.Rudenko, M. Bozarslan, Q.Kuptayev vəs.) “Mən və Zin” poemasını
Fizulinin “Leyli və Məcnun”, Şeksprin “Romeya və Culyetdası” və s. əsərlərlə müqayisə
edərə, müəllifinin adını Firdovsi, Sədi, Rustaveli, Fizuli, Rumi və s. kimi dahi şairlərlə bir
sırada çəkmişlər. Məsələn, V. Nikitin yazır: “görünür ki, Əhməd Xani öz yaradıcılığında
Cəlaləddin Ruminin nümunəsini davam etdirmişdir” (51,389).
XVIII əsrdən sonrakı dövrdə də adını Şərq ədəbiyyatı tarixinə yazdıran kürd şairləri
və yazıçıları az deyil. Onlardan bir neçəsinin adını qeyd edək: Nali (1800-1856), Ə. Səlim
(1805-1869), M. Kurdi (1812-1850), Mah Şərəf-xanımın Kürdüstani-Məsturə (1805-
1847), Hacı Kadir Koyi (1816-1894), Mir Şəkər əli Dinavərvand (1825-1865),R. Tələbani
(1842-1910), Abbas xan Azadi (1858-1899), Abdulla bəy Ədəbi (1859-1916), Zivər
(1875-1948), Pirəmerd (1868-1959), Behud (1878-1955), Səlam (1892-1959), Nuri Şeyx
Saleh (1898-1958), Qani Muxtar (1898-1960), Faiq Bekəs (1905-1948), Ş.Ciyərxun
(1903-1984), A. Qaran (1904-1962), O, Səbri (1905-1993), Ə.Həjar(1920-1991), Əmine
Əvdal (1906-1964), Ərəb Şamilova (1879-1978), Vəzire Nadiri (1911-1946), Haciye
Cındi (1908-1999), Caume Cəlil (1908-1999), Əli Əbdülrəhman (1920-1994), Mikiaile
Rəşid (1925-1984), Yılmaz Güney (1937-1984), Kaçaxe Mırad (1914-1979), Şıkoye
Həsən (1928-1971), Şamil Əsgər (1929-2007), Hüseyn Kürdoğlu ( ) və s.
Yuxarıda qeyd edilən ədiblər arasında sağlığında klasikləşən, 20 kitabın, o
cümlədən səkkiz divanın və kürdüstan tarixinə aid iki dəyərli monoqrafiyanın müəllifi
Şeyxmus Ciyərxunu xüsusi qeyd etməyi mənəvi borcumuz sayırıq. S. Ciyərxunun hələ
sağlığında onun yaradıcılığına bir neçə dissertasiya işi həsr olunmuş və müvafiq
monoqrafiyalar nəşr edilmişdir. Həmin monoqrafiyalardan Ş. Əsgərovun “Xalqın şairi” və
Ordixane Cəlilin “Ciyərxunun vətənpərvərlik poeziyası” adlı kitablarını xüsusi qeyd etmək
lazımdır. Birinci kitab Bakıda azərbaycanca, ikinci isə Yerevanda kürdcə nəşr olunub
(186,187).
Hər iki kitabın adından göründüyü kimi müəlliflər hələ sağlığında (şair 1984- cü
ildə vəfat edib, əsərləri isə 1966 və 1968-ci illərdə nəşr olunub) klasikləşən dahi
Ciyərxunun poeziyasında Xəlqiliyin və vətənpərvərlik ideyalarının başlıca yer tutduğuna
diqqəti cəlb etmişlər. Onu da qeyd edək ki, hələ 1959-cu ildə Bakıda Azərbaycan dilində
nəşr olunan “Kürd ədəbiyyatı almanaxı ”nda ölməz şairin “Nə vaxtacan” və “Antantika
İttifaqı” adlı iki şeiri (hər iki şeiri Ş. Əsgərov tərcümə etmişdir) verilmişdir (189,23-24).
“Nə vaxtacan” şeiri xalq milli-azadlıq mübarizəsinə səsləyən milli marşa bənzəyir.
Belə ki, burada şair öz xalqına müraciətlə: “ Nə vaxtadək qul kimi-belə rüsvay ola biz?!
Nə vaxtadək yadların əlaltısı olaq biz?! və s. kimi suallar verdikdən sonra onu ayağa
qalxmağa səsləyir:”
107
Dahi şairin şeirlərinin demək olar ki, 80-90 faizi belə “milli marşlardan” ibarətdir.
Həm yaradıcılıq xüsusiyyətlərinə,həm də doğma xalqı arasındakı böyük nüfuzuna görə
Ş.Ciyərxunu cəsarətlə Azərbaycanın XX əsr dahi şairləri Səməd Vurğunla (şeirləri doğma
xalqı arasında dillər əzbəri olması baxımından) və Xəlil Rza Ulutürklə (bütün həyatın və
yaradıcılığını milli azadlıq uğrunda mübarizəyə həsr etdiyi üçün) müqayisə etmək olar.
Almanaxda verilmiş “Atlantika İttifaqı” adlı ikinci şeirdə milliyətçi olduğu qədər də
beynəlmiləlçi (X.R. Ulutürk kimi) olan Şeyxmus Ciyərxun NATO-nun müharibə
planlarını nifrətlə pisləyir, həmin hərbi ittifaqı ədalətə, sülhə səsləyir:
Dahi şairin Kürdüstan tarixinə aid iki monoqrafiyası da elmi dəyərinə milli ruhu ilə
diqqəti cəlb edir (190,191).
Tanıyıram mən sizi-döyüşdə nəhəg kimi,
Qoca Şərqə səs salın şir kimi, pələng kimi!
Vuruşlardan qorxmayın, tərpənməyin ləng kimi.
Gözünüzü tutmasın pərdə qara rəng kimi.
Dəmdir, qalxın ayağa-hər yandan bölük-bölük,
Nə vaxtadək daşıyaq çiynimizdə ağır yük?!
Nə vaxtadək itlərin öznündə önündə olaq sümük?!
Sizdə vicdan hanı, ədalət hanı?!
Deyin, niyə qırsın insan-insanı?..
... Qan-qırğın salmağa etməyin niyyət!
Vaxtdır, ibrət alın, tarixdən ibrət!
(189,24-25).
108
Müasir dövrdə də çoxsaylı kürd şairləri və yazıçıları öz sələflərinin ədəbi irsini daha
da inkişaf etdirmək və yeni dövrün tələblərindən irəli gələn ideyalarla zənginləşdirmək
üçün dəyərli əsərlər yaratmaqdadırlar. Belə kürd yazarlarından aşağıdakılarımisal
göstərmək olar: Karlene Çaçani, əmərike Sərdar, Əsgəre Boyik, Çərkəze Rəş, Hərəme
Rəş, Əhməde Həpo, Babaye Kələş, Temure Xəlil, Saleh Sayadi, Тosine Rəşid, Şerko
Bekəs, Mehmet Əmin Bozarslan, Fərhad Şakəli, Mahmud Baksi, Naci Kutlay, Orxan
Kotan, Kamal Burkay, Rəşo Zilan, Malmisanij, Mahvur Mayi, Məmməd Uzun, Fırat
Cəvari, Xəlil Dihoki, Kərim Husami və s.
Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən kürd
ədəbiyyatının görkəmli nümayəndələri sırasına fars, türk, ərəb dillərində sanballı əsərlər
yaratmaqla həmin xalqların ədəbiyyatını zənginləşdirən yazar lar (belələrinin sayı
yüzlərlədir) salınmamışdır. Məlum həqiqətdir ki, Türk ədəbiyyatının ən görkəmli
nümayəndələrinin xeyli hissəsi kürd mənşəli yazarlardır. Kürd mənşəli ziyalılar təkcə türk
əədəbiyyatının deyil, türk incəsənətinin, xüsusilə, musiqi və kino sənətinin inkişafında
böyük rol oynamış və oynamaqdadır. Türk hökumətinin yeritdiyi “tək millət, tək bayraq,
tək dil” siyasətindən irəli gələn tızyiq və təqiblərdən qorxan bəzi: kürd ziyalıları və
sənətkarları ya milli kimliyini danır, ya doğma ana dilində yazmaqdan və oxumaqdan
çəkinir (İbrahim Tatlısəs, Mahsun Qırmızıgül və s. kimi), ya da ölkəni tərk etmək
məcburiyyətində qalırlar.
Öz milli mənliyini heç nədən qorxmayaraq şərəflə qoruyan kürd ziyalıları isə “PKK-
çı yanlışı”
damğası ilə həbsə atılır, ya da dövlətin əli ilə gizli terorun qurbanı olur.
Məsələn, türk kino sənətinin inkişafında ölməz xidmətləri olan Yılmaz Güney öz milli
mənliyini biruzə verənkimi həbs edildi. Mənəvi təzyiq və təqiblərə, həbsxanada verilən
amansız işgəncələrə tab gətirməyən dahi kinorejissor, dramaturq və aktyor Fransaya
qaçmağa məcbur oldu. Lakin burada da onu dinc buraxmadılar. Məruz qaldığı mənəvi
teror onun ağır xəstəliyə düçar olmasına səbəb oldu, 47 yaşında qürbətdə vəfat etdi.
Təkcə onu qeyd etmək kifayətdir ki, 26 illik yaradıcılıq həyatının 15 ildən çoxunu
türmədə, sürgündə və müharicətdə keçirən Y. Güney 110 bədii filmə aktyor kimi çəkilmiş,
rejissor kimi 17 film yaratmış, 53 kino ssenarisi, dörd sanballı roman və yüzlərlə hekayə
yazmışdır. 1971-ci ildə Adana şəhərində keçirilən kino festivalında yeddi mükafatdan
altısını (!) Y. Güney qazanmışdır. Türk mədəniyyətinə göstərdiyi bütün bu xidmətlərə
görə Türk hökuməti ona 11 illik türmə həyatı “bağışladı”.
Türk estradasının ən parlaq ulduzu Əhməd Qayanın taleyi də Y. Güneyin aqibəti ilə
eynidir. Belə misalların sayı tək-tək deyil, onlarladır.
109
Kürd ədəbiyyatının qədimliyinə və zənginliyinə baxmayaraq, kürd ədəbiyyatı tarixi
və kifayət qədər öyrənilməmiş və kürd ədəbiyyatşünaslığı zəif inkişaf etmişdir. Bu sahədə
yazılmış kitabların (178,184,186,187,193-201) sayı kifayət qədər deyildir.
“Kürd fobiya” çıların kürd xalqına yaxdığı ləkələrdən biri də budur ki, guya bu
qədər qədim və zəngin mədəniyyətə malik olan xalqın övladları istedadsız olub elmə,
təhsilə
maraq göstərmirlər.
Əvvəla,
kürd xalqının özünəməxsus etnoqrafik
xüsusiyyətlərini tətqiq və müşahidə edən xarici ölkə alimlərinin və misionerlərinin bir
çoxu (akad. Marr N. , akad. Minorskiy V., akad. Orbrli U., Lerx P., İbn Bətutə, Riç, Qrant,
Riqler, Barb, Hammer, Sonthgate, F. Şinnavi və s.) məhz kürdlərin elmlərə dərin marağını,
bu qədimxalqın bir çox övladlarının dünya elminə verdiyi töhfəsini xüsusi qeyd etmişlər.
Fikrimizi sübut etmək üçün bir neçə konkret faktı misal göstərək.
İngilis alimi Southgate kürdlərin elmi qabiliyyətini çox yüksək qiymətləndirərək
yazır: “Bir xalq kimi Kürdlər
Şərqin hər hansı digər xalqından yüksəkdə dayanır”
(25,32). Başqa misal: P. Lerx kürdlərin etnoqrafik xüsusiyyətlərini öz kitabında (25) ayrıca
səciyyələndirmiş və burada onların elmə böyük marağını xüsusi qeyd etmişdir:
“Müsəlman xalqları içərisində kürdlər, gələcəyə inam baxımından şərəfli yer tutur.... Riç
onlarda biliklərdə yiyələnmək cəhdinin farslar və türklərə nisbətən daha yüksək
olduğunu qeyd etmişdir... Bunu Qrant və Riqler də təsdiqləyir Axırıncı deyir: Kürdlər
yüksək inkişaf üçün qabiliyyətə və böyük istedada malikdir” (Yenə orada)
Hələ XIV əsrdə ərəb alimi İbn Bətutə, XVIII əsrdə türk alimi Əbdürrəhman Əşrəf
kürd alimlərinin dəyərli əsərlər yaratmasını qeyd etmişlər (Yenə orada).
P.Lerx
göstərilən
əsərində
görkəmli
kürd
alimlərindən
ərəb
və
ədəbiyyatşünaslığında tanınmış simalardan olan Əbülfidanı (O, Səlahəddin Əyyubinin
yaxın qohumu olmuşdur) misal göstərir.
Onu da qeyd edək ki, Əbul-Fida həm görkəmli tarixçi, həm də məşhur tarixşünas
olmuşdur. Onun haqqında təkcə P. Lerx deyil, bir çox mənbələr geniş məlumat vermiş və
onu orta əsrlərin ən görkəmli alimləri sırasında qeyd etmişlər. Hətta, ASE-nin IV cildində
onun barəsində verilən məlumatda Əbül Fidanın Əyyubil ər sülaləsindən olduğu etiraf
edilmişdir-hərçənd ki yuxarıda qeyd etdiyimiz kimi, ASE Əyyubilərin, o cümlədən
Səlahəddin və onun yaxın qohumu olan Əbül-Fidanın milli mənsubiyyəti haqqında
susmağa üstünlük vermişdir.
Qəribə burasıdır ki, o, ərəb (?!) alimi kimi təqdim
edilmişdir.
ASE-də bu dahi kürd alimi haqqında yazılan qısa məlumat belədir: “Əbül Fida-
İmadədin əl-Məlik əl-Müəyyəd İsmayıl ibn Əli əl-Əyyubi (1273, Dəməşq -27.10. 1331,
Həma)-ərəb(?!) tarixçisi, coğrafiyaşünası Əyyubilər nəslindən olan Ə. Bir çox hərbi
səfərdə iştirak etmiş və nəhayət, 1320-ci ildən ata mülkü olan Həma şəhərinin əmiri
|