1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Sözlərin yazılış qaydaları



Yüklə 108,01 Kb.
səhifə39/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
orfoqrafiya və orfoepiya-1

42 . Sözlərin yazılış qaydaları
1 Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.
2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər hərfi ilə yazılır: ayaq, barmaq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: otağa, bulağın, qonağımız və s.
3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərliküzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, birliyimiz, ürəyim, üzüyün və s.
Qeyd. Son səsi [k] kimi tələffüz olunan alınma sözlərə saitlə başlanan şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir: əmlak – əmlaka, iştirak – iştirakımız, şərik – şəriki və s.

4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər hərfi ilə yazılır: bulud, palıd, söyüd və s.


5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.
6. Mürəkkəb sözlərin yazılışı
. Aşağıdakı hallarda sözlər bitişik yazılır:
1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy
2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.;
Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.
3. eyni sözün təkrarı və ba bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s.
4. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümum- morfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark,
Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.
Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:
1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük
2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eks-prezident
3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar
4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq və s.;
5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox
6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat
7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək və s.

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin