3.1.2.2. Apennin yarımadası.
Apennin yarımadasının sahəsi 149.000 km2-dir. Qərbi Avropanın Aralıq dənizyanı əraziləri içərisində mərkəzi mövqe tutması ilə nəzəri cəlb edir. Adriatik, İonik, Tirren və Liquriya dənizləri ilə əhatə olunmuşdur. Sahillər yaxınlığında Korsika, Sardiniya, Siciliya, Elba və Lipar adaları vardır. Apennin yarımadası relyefində Alp orogenezinə aid edilən qırışıq dağlar üstün yer tutur.
Apennin yarımadası dəmir filizi, alüminium, polimetal filiz yataqları, mərmər və civə kimi faydalı qazıntılarla zəngindir.
Apennin yarımadası aşağıdakı fiziki-coğrafi vilayətlərə ayrılır: 1) Liquriya Apenninləri və İtaliya Rivyerası; 2) Toskan Apenninləri və Toskan Maremması; 3) Mərkəzi Apenninlər; 4) Cənubi Apenninlər; 5) Tirren dənizi sahilinin Neopolitan vulkan yaylaları sahəsi; 6) Kalabriya Apenninləri; 7) Qarqano və Apuliya yaylaları; 8) Salentina yarımadası; 9) Lipar adaları və Siciliya; 10) Sardiniya adası; 11) Korsika adası.
Dostları ilə paylaş: |