3.1.2.1. Balkan yarımadası.
Balkan yarımadasının sahəsi 468000 km2-dir. Yarımadanın şimal sərhədi Dunay və Sava çaylarının dərələri boyunca, Qara dənizdən Adriatik dənizinin sahillərinə qədər, təxminən 1200 km uzanmışdır. İstriya, Peloponnes, Xalkidon yarımadaları, Dalmasiya, İonik, Kiklad, Evbeya, Krit və bir sıra kiçik adalar Balkan yarımadasına aid edilir.
Yarımadanın səthi əsasən dağlıqdır. Türk dilində “Balkan” dağ deməkdir.
Relyefinə görə Balkan yarımadası üç hissəyə bölünür. 1. Qərbdə Alp qırışıqlığı dağları, 2. Mərkəzi yaylalar, qayma dağlar və dağarası çökəklər, 3. Qırışıqlı-qayma Stara-Planina dağları.
Balkan yarımadasının iqlim və morfostruktur xüsusiyyətini nəzərə alaraq, burada aşağıdakı fiziki-coğrafi vilayətlər ayrılır: 1) Dinar yaylası; 2) Dalmasiya sahil zonası; 3) Albaniya; 4) Mərkəzi Yunanıstan; 5) Peloponnes yarımadası; 6) Makedoniya sahili; 7) Serbiya yaylası; 8) Yuxarı və Aşağı Frakiya ovalıqları; 9) Rodop yaylası; 10) Stara-Planina (Balkan) dağları; 11) Krit adası və Kiklad adaları arxipelaqı.
Dostları ilə paylaş: |