3.1.1.1. Şpitsbergen arxipelağı.
Qərbi Avropada Arktikada (76,5° ilə 80,5° şm. enliyində) yerləşən yeganə adalar qrupudur. Sahəsi 62 min kv. km. olub, Qərbi Şpitsbergen, Şimal-Şərq Torpağı kimi iri və bir neçə xırda adalardan ibarətdir.
3.1.1.2. İslandiya adası.
Şimali Avropanın ən böyük adasıdır. Sahəsi 103 min kv. km-dir. Atlantik okeanının şimalında qütb dairəsi ilə 63°25' şm. en dairəsi arasında yerləşir. İslandiyanı bəzən od və buzların hakim olduğu ada da adlandırırlar. İslandiya adası dünyanın ən fəal vulkanik sahələrində biridir. Adanın vulkanik yaylalarında isti bulaqlar geniş yayılmışdır.
Dostları ilə paylaş: |