2.2. Çayları və gölləri.
Avropa yaxşı inkişaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çay şəbəkəsinin sıxlığı, çayların sululuğu, hidroqrafiyası və çox xüsusiyyətləri ərazinin rütubətlənmə dərəcəsindən, səth axarının həcmindən, torpaq, bitki örtüyü, relyef və geoloji quruluşun xarakterindən çox asılıdır. Çayların uzunluğu, çay sistemlərinin və sutoplayıcı hövzələrinin böyüklüyü isə qitənin üfüqi və şaquli parçalanmasından, qitə səthinin ümumi meylindən asılıdır.
Avropa ərazisinin üfüqi parçalanma xarakteri və böyüklüyündən asılı olaraq burada başqa qitələrdə olduğu kimi çox böyük çay sistemləri yarana bilməmişdir. Avropa çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə, az bir hissəsi Şimal Buzlu okeanı hövzəsinə, qitənin ən böyük çayı olan Volqa sistemi isə qapalı Xəzər dənizi hövzəsinə aiddir.
Avropa çaylarının inkişafı və müasir hidroqrafiya şəbəkəsinin yaranması üçüncü dövrün axırları və dördüncü dövrdə baş verən tektonik hərəkətləri, erozion proseslər, xüsusilə dördüncü dövr örtük buzlaqlarının xarakteri və onların yaratdığı relyefin xüsusiyyəti ilə sıx bağlıdır.
Qərbi Avropanın şimal və şimal-qərbə axan ən böyük çayları (şərqdən qərbə) Visla (1125 km), Odra (Oder), Laba (Elba 1154 km), Reyn (1320km), Sena (700 km), Luara (1010 km) və Haronnadır (650 km).
Aralıq dənizinə tökülən çayların böyükləri Ebro (928 km), Rona (812 km), Po (625 km) çaylarıdır. Pireney yarımadasının böyük çayları Doru, Teju, Qvadiana, Qvadalkvivir və Ebrodur.
Qərbi Avropanın ən böyük çayı olan Dunay Qara dənizı tökülür. Bunun uzunluğu 2850 km, sutoplayıcı hissəsinin sahəsi 817 min km²-dir.
Qərbi Avropa çaylarının hidroqrafik xüsusiyyətlərinə görə bir neçə böyük tipə ayırmaq olar:
Qərbi Avropa çaylarının əksəriyyəti, həm də böyük çayları Orta Avropada yerləşir.
Qərbi Avropada mürəkkəb rejimə malik olan böyük çaylarından biri Reyndir (1320 km). O yuxarı axarında tipik alp rejiminə malikdir. Maksimal səviyyə iyun-iyul aylarında, minimal səviyyə yanvar-fevral aylarında olur.
Qərbi avropanın Gölləri.
Qərbi Avropa göllərlə zəngindir. Lakin ərazidə göllər eyni dərəcədə paylanmamışdır. Göllərin ən çox yayıldığı sahə Fenoskandiya və Alp dağlarıdır. Başqa sahələrdə ara-sıra kiçik göllərə rast gəlinir.
Qərbi Avropa göllərinin əksəriyyəti tektonik-buzlaq mənşəlidir. Bu genetik tipə aid edilən göllər Fennoskandiyada geniş yayılmış və göllük landşaft əmələ gətirmişdir. Burada ən böyük göllərin (Vettern, Venern, Sayma, İnari və s) çalaları tektonik qırılmalar nəticəsində yaranmış və buzlaqlar tərəfindən formalaşmışdır
Cənubi Avropada əsasən karst və vulkan mənşəli göllər var. Karst gölləri Dinar dağlarında və başqa tipik karst rayonlarında yaranmış karst çökəklərində yerləşir. Burada ən böyük karst və karst-tektonik mənşəli göllər var (Skutar, Prespa, Oxrida və s.).
Vulkan mənşəli göllərin ən böyükləri Apennin yarımadasındadır (Trazimen, Bolsena, Braççano gölləri Dəniz sahillərində laqun gölləri əmələ gəlmişdir. Bunlara Landlarda, Venetsiya yaxınlığında, Almaniya-Polşa ovalığının dəniz sahillərində və Qara dəniz sahillərində rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |