1 Qərbi Avropa


Qərbi Avropanın fiziki-coğrafi sahələri və vilayətləri



Yüklə 101,8 Kb.
səhifə9/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   5   6   7   8   9   10   11   12   ...   63
imtahan vavablari FC

3.1. Qərbi Avropanın fiziki-coğrafi sahələri və vilayətləri.

Təbii komplekslərin (ərazinin geoloji quruluşunun, relyefin, iqlimin, torpaq və bitki örtüyünün) xüsusiyyətlərini nəzərə alaraq Qərbi Avropanın ərazisini üç böyük təbii-coğrafi hissəyə bölürlər: Şimali Avropa, Orta Avropa və Cənubi Avropa. Bu böyük təbii-coğrafi hissələrin daxilində müəyyən fiziki-coğrafi sahələr, vilayətlər və yarımvilayətlər ayırmaq mümkündür



3.1.1. Şimali Avropa.

Qərbi Avropa ərazisində dördüncü dövr buzlaşası izlərinin ən yaxşı saxlandığı və müasir buzlaqların ən çox yayıldığı təbii-coğrafi hissədir. Şimali Avropanın əsasını arxey və proterozoy erasının kristallik və metomorfik süxurlarından ibarət olan Baltik qalxanı və şimal-qərbdə ona yanaşan kaledon qırışıqlığı sahəsi təşkil edir. Müasir relyefdə dördüncü dövr buzlaşmasının aşınma (ekzarasiya) və toplanma (akku-mulyasiya) fəaliyyəti ilə əlaqədar olan formalar üstünlük təşkil edir. Şimali Avropa üçün xas olan xüsusiyyətlərdən biri də burada soyuq Arktika iqliminin hakim olmasıdır. Qərbi Avropanın başqa təbii-coğrafi hissələrindən fərqli olaraq, Şimali Avropa bütün il müddətində Arktika hava kütlələrinin təsiri altında qalır. Bu isə öz növbəsində həmin ərazidə, tundra və iynəyarpaqlı meşələrin yayılmasına səbəb olur. Bu xüsuasiyyətlər ərazinin bu və ya digər hissəsində bir-birindən fərqləndiyinə görə Şimali Avropa üç fiziki-coğrafi sahəyə bölünür: 1. Şpitsbergen arxipelaqı. 2. İslandiya adası və 3. Fennoskandiya.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin