1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə8/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
imtahan vavablari FC

2.4. Heyvanlar aləmi.

Ümumiyyətlə, Avropa qitəsinin və o cümlədən Qərbi Avropanın müasir faunasının yaranması və ya yayılmasında qitə iqliminin böyük rolu olmuşdur. Paleogen dövründə Avropa qitəsində isti və rütubətli iqlimin hakim olması burada tropik qurşağa xas olan heyvanların yayılmasına şərait yaratmışdır. Neogenin sonu və IV dövrün əvvəllərində iqlimin soyuması və buzlaqların yaranması ilə əlaqədar isti iqlim şəraitində yaşamış tropik heyvanların çoxu tələf olmuş, az qismi isə Cənubi Avropaya köçmüşdür. Avropanın çox hissəsində Asiya qitəsindən köçüb gəlmiş və soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış tundra faunası məskən salmışdır. Müasir çöl, yarımsəhra səhra zonalarının faunasının yaranmasında buzlaşma dövründən sonra iqlimin quraqlaşması böyük rol oynamışdır.

Şərqi Avropadan fərqli olaraq Qərbi Avropa faunasına insan fəaliyyətinin təsiri daha çox olmuşdur. Qərbi Avropa ərazisində əhalinin məskunlaşması ilə əlaqədar olaraq, bəzi heyvan növləri demək olar ki, tamamilə yox olmuşdur (onların bəzi növlərinə ancaq heyvanxanalarda rast gəlinir).

Qərbi Avropa ərazisi bütövlükdə Palearktika zoocoğrafi vilayətində yerləşmişdir. Palearktika vilayətinin heyvanlar aləminin yayılmasında torpaq və bitkidə olduğu kimi üfüqi zonallıq qanunauyğunluğu müşahidə edilmir. Belə ki, Qərbi Avropa ərazisinin şimal və mərkəz hissələri Avropa-Sibir yarımvilayətinə, Cənubi Avropa isə Palearktika vilayətinin Aralıq dəniziyanı zoocoğrafi yarımvilayətinə daxildir.

Qərbi Avropanın Avropa-Sibir zoocoğrafi yarımvilayətində geniş sahəni tundra, meşə-tundra, meşə-çöl və çöl zonalarına məxsus heyvanlar tutur. Tundra zonasının heyvanları içərisində başqa zonalara nisbətən vəhşi heyvan növləri daha üstündür.

Tundra zonasının ən əsas və çox yayılmış heyvanlarından biri şimal maralıdır. Bundan əlavə bu sahədə müxtəlif növ gəmiricilər (ağ dovşan, lemminq, dələ) və külli miqdarda suda və quruda yaşayan quşlar (dəniz qağayısı, çistik, qaqara, müxtəlif qaz və ördək növləri) yayılmışdır. Şimali Avropanın geniş sahəsini tutan dəniz və okean sahilləri “quş bazarları”, suları isə qiymətli balıq növləri ilə zəngindir.

Cənubi Avropa yarımadalarının quru və isti iqlimi ilə fərqlənən daxili yaylalarında sürünənlərin bir çox növlərinə rasr gəlinir. Nəsilləri kəsilməkdə olan heyvan növlərini qoruyub saxlamaq üçün Qərbi Avropa ərazisində bir sıra qoruqlar təşkil edilmişdir.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin