1.4. Relyefi.
Qərbi Avropa relyefinin böyük formaları – birinci dərəcəli morfostrukturlar – qitənin geoloji inkişafı tarixinin nəticəsi olub, yuxarıda ayrılan tektonik sahələrə müvafiq gəlir Qərbi Avropada relyefin müasir genetik tip və formalarının yayılmasına, habelə inkişafı tarixinin xüsusiyyətlərinə görə seçilən aşağıdakı böyük geomorfoloji sahələri ayırmaq olar: I. Şimal-Qərbi Avropa (bura Finlandiya, Skandinaviya, Şotlandiya, Qərbi İngiltərə, Şimali İrlandiya daxildir.), II. İslandiya, III. Almaniya-Polşa ovalığı, IV. Orta Avropanın hertsin qırışıqlığı sahəsi (hertsin Avropası), V. Orta Avropanın Alp-Karpat sahəsi (bura Alp, Karpat və Stara-Planina dağları, Lombardiya, Yuxarı, Orta və Aşağı Dunay ovalıqları daxildir), VI. Aralıq dənizi Avropası (Pireney, Apennin və Balkan yarımadaları və onların ətrafında yerləşən adalar).
I. Şimal – Qərbi Avropa əsasən qədim kristallik və metomorfiksüxurlardan təşkil olunmaqla Baltik qalxanı və kaledon qırışıqlığı sahəsində yerləşir. Bir nece hisseye ayrilir.
1. Skandinaviya dağları. Böyük məsafədə (1500 km) cənub-qərbdən şimal-şərqə uzanan dağlardır. Ara-sıra hamar səth (bunlar fleyd adlanır) üzərində şiş təpəli yüksəklik və dağlar ucalır. Ən uca zirvə cənub-qərbdə Qalxyopiqqen (2468 m), şimal-şərqdə Kebnekayse (2123 m) zirvələridir.
2. Norveç sahili 3.Norland yaylası. 4. Finlandiya düzənlikləri. 5. Manselkiya yüksəklikləri. 6. Cənubi İsveç düzənliyi. 7. Finlandiya moren-göllük sahəsi 8. Şotlandiya, II. İslandiya adası III. Almaniya – Polşa ovalığı Orta Avropanın şimal hissəsində yerləşir. Bu Qərbi Avropanın ən böyük ovalığıdır. Ovalıq Danimarka – Polşa və Şimali Almaniya sineklizləri sahəsində əmələ gəlmişdir. Almaniya – Polşa ovalığı relyefinin əsas əyrilərini axırıncı (vürm) buzlaşmanın son morenləri, enlik istiqamətdə uzanan geniş qədim çay dərələri təşkil edir.
IV. Hertsin Avropası relyefinin başlıca formaları faylı, faylı – qırışıqlı alçaq dağlardan, massivlərdən, ovalıqlardan və qraben tipli çökəklərdən ibarətdir.
Hertsin Avropası relyefinin ən görkəmli elementlərindən biri Çexiya – Moraviya yaylası və onu əhatə edən faylı dağlardır (Şumava, Filizli və Sudet dağları).
V. Orta Avropanın Alp-Karpat dağlarısahəsi relyefinin böyük formalarını yüksək dağ sistemləri və böyük dağarası çökəklər təşkil edir. Bu sahənin ən böyük və yüksək dağları Alp dağlarıdır (Monblan, 4810 m).
VI, Aralıq dənizi Avropası və ya Cənubi Avropada Alp qırışıqlığı zonasında yerləşən Pireney, Apennin və Balkan yarımadaları, habelə bir çox adaların relyefi mürəkkəb dağlar, massiv və yaylalardan ibarətdir.
Apennin yarımadası, Siciliya, Sardiniya və Korsika adaları dağlıq relyefə malikdir. Balkan yarımadası daha mürəkkəb relyefi ilə seçilir. Bunun səthi daha çox parçalanmışdır. Yarımadanın qərb hissəsinin qırışıqlı və faylı-qırışıqlı dağlar tutur. Dinar dağlarının qərb əhəngdaşlı zonası dünyada karst relyefinin ən tipik yayıldığı sahədir.
Dostları ilə paylaş: |