4.1. Britaniya adaları.
Britaniya adaları, Orta Avropa ərazisində qitədən təcrid edilmiş okean içərisində yerləşən adalar qrupundan ibarət yeganə fiziki-coğrafi sahədir. Arxipelaqın sahəsi 325 min kv. km olub, buraya Britaniya, İrlandiya, Hebrid, Orgney, Şetland və bir sıra kiçik adalar daxildir. Britaniya adaları təbii şəraitinə görə Skandinaviya yarımadasının qərbi ilə Orta Avropa arasında keçid təşkil edir.
Britaniya adaları Atlantik okeanında tipik dəniz iqliminin hakim olduğu sahədir.
Britaniya adaları olduqca sız çay şəbəkəsinə malikdir. Düzənlik sahələrdə və daha çox rütubətli dağ yamaclarında (xüsusən İrlandiyada) bataqlıq və torfluq sahələr geniş yayılmışdır. Çayları qısa, çoxsulu və bütün il müddətində gəmiçilik üçün yararlıdır. Ən böyük çayları Severn (355 km), Temza (322 km) və Şannondur (384 km).
Britaniya adaları bir-birindən fərqlənən bir sıra fiziki-coğrafi vilayətlərə ayrılır. Bunlara: 1) İrlandiya adası; 2) Şimali Şotlandiya yaylası; 3) Pennin dağları; 4) Uels və Kornuell yarımadaları; 5) Cənub-şərqi İngiltərə və 6) London hövzəsi daxildir.
Dostları ilə paylaş: |