7.3. Kiçik Asiya (Anadolu) yaylası və dağlıq yaylalar.
Kiçik Asiya yarımadası Qərbi Avropanın Aralıq dənizi vilayətləri ilə qonşuluqda yerləşir. Buna baxmayaraq təbii - coğrafi xüsusiyyətlərinə görə o Avropadan çox Asiya üçün səciyyəvi olan əlamətlərə malikdir.
Kiçik Asiya yarımadası qərbdən şərqə 1000 km, şimaldan cənuba 600 km uzanır. Sahəsi 550 000 km2 - ə çatır.
Anadolu yaylasının daxii hissəsini təşkil edən qədim süxurlar paleozoyda qüvvətli qırışıqlığa məruz qalmışdır. Mezozoy kaynozoyda bu sahə özünü möhkəm və əsasən sabit aralıq massivi kimi göstərir. Onun səthində zəif əyilmə gedən sahələrə üçüncü dövr dənizləri transqressiya edir.
Anadolu yaylası relyefinin böyük formaları neotektonik hərəkətlərlə sıx əlaqədardır. Bu səbəbdən ərazidə üç böyük morfostruktur vahid ayrılır: Mərkəzi yayla, Pont dağları və Tavr dağları.
Kiçik Asiya yarımadası fiziki- coğrafi şəraitinə görə bir- birindən fərqlənən aşağıdakı fiziki- coğrafi vilayətlərə bölünür:1.Pont dağları; 2.Egey Anadolusu; 3. Mərkəzi Anadolu yaylası; 4. Tavr dağları; 5. Kipr adası.
Dostları ilə paylaş: |