1 Qərbi Avropa


İran yaylası və kənar dağlar



Yüklə 101,8 Kb.
səhifə34/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   30   31   32   33   34   35   36   37   ...   63
imtahan vavablari FC

7.5. İran yaylası və kənar dağlar.

İran yaylası Ön Asiya yaylalarından ən böyüyüdür (sahəsi 2.700 min km2). Qərbdən şərqə doğru yayla xeyli genişlənir (1500 km) və Əfqanıstan ərazisində yenidən daralaraq Şərqi Hindiquş dağlarında qurtarır. İran yaylası üç böyük morfostruktur zonadan ibarətdir: 1. Daxili yayla; 2. Şimal kənar dağları; 3. Cənub kənar dağları.

Şimal kənar dağlar qövsvari uzanan nəhəng Elburs (Dəmavənd zirvəsi 5604 m), Türkmən–Xorasan dağları (Kopetdağ və Nişapur dağları) və Hindiquşun şimal qollarından (Səfid Kux, Bəndi–Türküstan və s.); cənub kənar dağlar isə Zaqros, Məkran, Biluçistan (Kirthar, Süleyman dağları və s.) və Əfqanıstanın cənub - şərqindəki dağlardan ibarətdir.İran yaylasının daxili hissəsi xeyli mürəkkəb relyefə malikdir. Burada bir çox qapalı çökəklər ( Dəşti- Kəvir, Seystan, Hahan, İsfahan, Çəzmurian) və dağlar (Mərkəzi İran dağları, Küh- Rud, Sərhəd dağları və s.) vardır.

Daxili yaylaların əsasını qədim kristallik süxurlar və paleozoy qırışıq kompleksi təşkil edir. İran yaylası subtropik qurşağın kontinental arid iqlim bölməsində yerləşir. Buna görə, ümumiyyətlə yayda, kənar ovalıq və dəniz sahili vilayətləri müstəsna olmaqla qışı soyuq, yayı qızmar quru kontinental iqlimə malikdir.

İran yaylası təbii şəraitinə görə bir- birindən fərqlənən bir neçə fiziki- coğrafi vilayətə bölünür:

1.Hirkan vilayəti (Xəzəryanıı ovalığı və Eburs yarımvilayətlərinə ayrılır); 2. Türkmən–Xorasan dağları; 3. Paropamiz- Hindiquş dağları; 4. Əfqan- Türküstan dağları; 5. Daxili yaylalar və dağlar; 6. Zaqros dağları; 7. Məkran və Qərbi Pakistan dağları; 8. Süleyman və Kirthar dağları; 9. Məkran sahil ovalığı.






Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin