1 Qərbi Avropa


Cənub – Qərbi Asiya (Ərəbistan)



Yüklə 101,8 Kb.
səhifə35/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   31   32   33   34   35   36   37   38   ...   63
imtahan vavablari FC

Cənub – Qərbi Asiya (Ərəbistan).

Cənub- Qərbi Asiya ( Ərəbistan) şimal və şimal - şərqdə Ön Asiyanın dağlıq yaylaları, qərbdə və cənub - qərbdə Aralıq dənizi və Qırmızı dəniz, cənubda və cənub - şərqdə Ədən körfəzi və Ərəbistan dənizi ilə əhatələnən geniş bir ərazidir. Sahəsi 3600 min km2- dən artıqdır. Geoloji quruluşun və inkişaf tarixinin, iqlimin, torpaq, bitki örtüyü və heyvanlar aləminin xarakterinə görə Şimali Afrikada geniş ərazi tutan tropik səhraların şərqə davamını təşkil edir. Hələ yaxın geoloji keçmişdə Ərəbistan Afrika ilə böyük məsafədə quru əlaqəyə malik idi və mezozoyda onun bir hissəsini təşkil edirdi. Asiya ilə onun birləşməsi üçüncü dövrün axırlarında olmuşdur.

Fiziki- coğrafi şəraitin yeknəsəkliyinə baxmayaraq, Ərəbistanın ayrı- ayrı hissələri bir- birindən xeyli fərqlənir. Bu fərq özünü istər ərazinin relyefində, strukturunda və iqlimində, istərsə də torpaq və bitki örtüyündə aydın göstərir. Ərazinin şimal hissəsi bütövlüklə Aralıq dənizi subtropik iqlimi qurşağında, orta və cənub hissəsi isə tropik səhralar qurşağında yerləşir.

Morfostruktur və təbii- coğrafi xüsusiyyətlərinə görə Cənub- Qərbi Asiyanı aşağıdakı sahələrə bölmək olar: 1.Ərəbistan yarımadası və Suriya yaylası. 2.Aralıq dənizi sahili vilayəti ( yaxud Suriya – Fələstindağlıq vilayəti- Levant ). 3.Mesopotamiya.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin