1 Qərbi Avropa


Ərəbistan yarımadası və Asuriya yaylası



Yüklə 101,8 Kb.
səhifə36/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   32   33   34   35   36   37   38   39   ...   63
imtahan vavablari FC

8.1. Ərəbistan yarımadası və Asuriya yaylası.

Cənub - qərbi Asiyanın geniş hissəsini tutur. Ərəbistan yarımadasının şimal sərhədi şərti keçirilir. Bu, Əkəbəz körfəzinin şimal kənarından İran körfəzindəki Kazimə buxtasına uzanan xətt üzrə götürülür. Ərəbistanın geoloji və tektonik quruluşu çox sadədir. Yarımadanın qərb hissəsində arxey erasının kristallik süxurları səthə çıxır. Bu sahə öz geoloji və tektonik quruluşuna görə Şimal - Şərqi Afrikanın bir hissəsi olub, ondan mezozoyun axırları və üçüncü dövrdə ( paleogendə ) Eritreya qrabeninin yaranması nəticəsində ayrılmışdır. Lakin Süveyş kanalı çəkilənə qədər( 1869- cu il ) bu əlaqə ensiz Süveyş bərzəxi vasitəi ilə saxlanırdı.

Relyefin formalaşmasına vulkanizm də təsir göstrəmişdir. Qırmızı dəniz sahili boyu ensiz Tihama ovalığı uzanır. Yarımadanın geniş orta hissəsini arxey kristallik süxurlarından və kembridən əvvəlki dövrün qranitoidlərindən əmələ gəlmiş Nəcd yaylası tutur( yükəkliyi 1000 m-ə qədər).

Mərkəzi yayla şimala tərəf tədricən alçalır və Suriya yaylasına keçir. Bunun cənub- qərbində uzun və ensiz tektonik çökəklik ( Vadi Sirhan), ondan şimalda isə cavan vulkanik çöküntülərdən təşkil olmuş Əş- Şamə daşlı səhrası yerləşir. Suriya yaylası qərbdəki Suriya- Fələstin dağlıq sahəsinə tərəf tədricən yüksəlir, şərqdə isə Mesopotamiya düzənliyinə tərəf alçalır.

Ərəbistan yarımadası kontinental tropik səhra iqliminə malikdir.

Ərəbistan yarımadası və Suriya yaylasının torpaq və bitki örtüyü əsasən səhra tipli olmaqla çox kasıbdır. Yağıntısı az olan geniş səhralarda qumlu, daşlı, zəif inkişaf etmiş torpaqlar yayılmışdır. Qumlu və daşlı, az yağıntılı səhraların bitki aləmi kasıbdır. Burada çox seyrək halda dəvətikanı, müxtəlif kollar, çökək yerlərdə şoran otunun növləri, o cümlədən ətli şoran otu, kətəyən və s. rast gəlinir.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin