1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə39/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   35   36   37   38   39   40   41   42   ...   63
imtahan vavablari FC

9.1. Mərkəzi Asiya.

Mərkəzi Asiyanın şimal və qərb sərhədi Monqolustan və Çin Xalq Respublikasının Rusiya ilə dövlət sərhədindən götürülür. Cənub sərhədi Sanqpo və Hind çaylarının yuxarı axarındakı dərələrindən keçir. Şərq sərhədi isə Böyük Xinqan dağlarının qərb ətəyi, Tayxanşan və Tibet yaylasının şərq kənarı üzrə aparılır.

Beləliklə, Mərkəzi Asiyaya Monqolustan, Cunqariya, Saydam, Tarim (Təklə- Məkan) çökəklikləri, Bəyşan, Alaşan,Kuzupçi, Ordos, Qobi səhraları, Şərqi Tyan-Şan, Kunlun, Altın- taq, Nanişan dağları və Tibet yaylası daxildir. Mərkəzi Asiyanın Tibetdən şimalda yerləşən hissəsinə əsil Mərkəzi Asiya deyilir. Tibet yaylası və onu əhatə edən Kunlun, Qaraqorum, Altıntaq, Himalay dağları isə “Hündür Asiya” adlanır. Asiya qitəsinin daxilində yerləşən bu “əlçatmaz” sahənin təbii-coğrafi şəraitinin kompleks şəkildə öyrənilməsi məşhur rus alimlərindən Prjevalski, Potanin, Obruçev, Kozlov, Tyanşanski və başqalarının adı ilə bağlıdır.

Mərkəzi Asiyanın bir çox əlamətdar fiziki-coğrafi xüsusiyyətləri onu Avrasiyanın başqa sahələrindən kəskin fərqləndirir və bu əlamətlər qitənin digər sahələrində təkrar olunmur. Bunlardan birincisi Mərkəzi Asiya relyefində geniş sahəni dəniz səviyyəsindən 800-1500 m ucalan yüksək dağlıq yaylalar, böyük səhra və quru çöllər, müxtəlif böyüklükdəki qapalı çökəklər və nəhayət bir- birilə növbələnən nəhəng dağ sistemlərinin tutmasıdır.

Mərkəzi Asiyanın xüsusiyyətlərindən ikincisi onun okean və dənizlərdən çox uzaqda yerləşməsi və kənardan yüksək dağ silsilələri ilə əhatə olunmasıdır. Buna görə də şərq, qərb və cənubdan gələn rütubətli dəniz hava axınları Mərkəzi Asiyaya daxil ola bilmir. Bu səbəbdən Mərkəzi Asiyada kəskin kontinental, quru iqlim yaranmışdır. Bu xüsusiyyətlər özünü ərazinin səth sularında torpaq və bitki örtüyünün yayaılmasında aydın göstərir.

Mərkəzi Asiyada ən qədim sahələr Tarim platforması, Çin platformasının qərbində yerləşən Ordos və Tibet massivləridir. Mərkəzi Asiyada paleozoy qırışıqlığı sahələri Perm dövründən başlamış üçüncü dövrə qədər çox passiv tektonikaya məruz qaldığı üçün burada böyük peneplenlər yaranmışdır. Mezozoyda ərazinin şərq və cənubunda əyilmə və dəniz transqressiyaları baş vermiş, lakin əhəmiyyətli struktur və oroqrafik dəyişikliklər olmamışdır.

Hələ mezozoy erasında Mərkəzi Asiya düzənliklərində iqlim xeyli rütubətli və isti olmuş, burada nəhəng heyvanlar yaşamışdır. Üçüncü dövrdə dənizlərin Mərkəzi Asiya sərhədlərindən uzaqlaşması, qurunun genişlənməsi iqlimdə quraqlığı artırmışdır. Lakin burada hələ böyük göl hövzələri qalmaqda idi. O dövrdə Mərkəzi Asiya Hipparion faunası geniş yayılmışdı.

Mərkəzi Asiyanın fiziki- coğrafi sahələri böyük morfostruktur vahidlərə müvafiq gəlir. Bunlar aşağıdakılardır: 1. Şimali Monqolustan. 2. Əsil Mərkəzi Asiya səhraları və dağları ( Qobi, Cunqariya, Təklə- Məkan, Şərqi Tyanşan, Bəyşan, Alaşan, Ordos, Saydam çökəkliyi ). 3. Əsil Mərkəzi Asiyanın cənub kənar dağları ( Kunlun, Altıntaq, Nanşan dağları ). 4. Tibet yaylası.

Şimali Monqolustan. Şimali Monqolustan Monqolustan Xalq Respublikasının şimal dağlıq və şərq düzənlik sahələrini ( Barqanı ) tutur.

Monqol Altayı alt paleozoyun metamorfik və intruziv ( qranitoidlər) süxurlarından ibarətdir. Qədim süxurlar paleozoyda qırışıqlıqda toplanmış, mezozoyda bu qırışıqlıq yerində peneplen yaranmış, neogendə isə tektonik qırılmlar üzrə qədim qırışıqlıq ( kaledon və hertsin ) yenidən qalxmış və qayma –qırışıqlı dağlar yaranmışdır.

Şimali Monqolustan çaylarının əksəriyyəti Şimal Buzlu və Sakit okean hövzələrinə aiddir. Ən böyük çayları Selenqa ( Baykal Gölünə tökülür) , Orxon ( Selenqanın qolu), Kerulen və Onondur.

Böyük Gölləri Xubsuqul ( axarlı göldür, dərinliyi 200 m-ə qədər), Ubsu-Nur,Xirqis –Nur, Xara-us-Nur, Dalay- Nur və Buir- Nurdur. Dağlarda bir çox kiçik buzlaq gölləri, Xanqay dağlarından cənubda isə quruyan kiçik göllər vardır. Pleystosendə Göllərin sahəsi daha böyük olmuşdur. Onların müasir sahil xəttindən kənarda qədim göl terrasları yerləşir. Axarsız gölllər duzludur. Böyük göllərin hamısı tektonik mənşəlidir.

Şimaldan cənuba meşə-çöl, çöl və quru – çöl landşaft zonaları, dağlarda tayqa meşələri və alp çəmənləri zonaları yayılmışdır. Meşələr daha çox Xentey dağlarında, qismən Xanqay və Monqol Altayı dağlarının şimalında geniş yayılmışdır.

Yarımsəhralar zonasında otlar çox qidalıdır. Meşələr altında dağ- podzol torpaqları, meşə- çöldə qara torpaqlar və podzol torpaqlar, cənub çöllərində qara, tünd şabalıdı, quru- çöl və yarımsəhralarda açıq – şabalıdı, dağ şabalıdı, daxili çökəklərdə və cənubda daşlı- qumlu səhra torpaqları inkişaf etmişdir.

Şimali Monqolustanda böyük morfostruktur vahidlərin hər biri özünəməxsus yerli landşaft xüsusiyyətlərinə malikdir.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin