1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə42/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   38   39   40   41   42   43   44   45   ...   63
imtahan vavablari FC

10.3. Yapon adaları.

Yapon adaları Şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsini təşkil edir. 1042 adadan ibarət olan yapon adalarının ən böyükləri: Xokkaydo, Xonsyu ( Xondo ), Sikoku və Kusu adalarıdır. Yapon adalarının şimalda davamını Kuril adaları, cənubda isə 98 adadan ibarət Rükü adaları təşkil edir. Sakit okean tərəfdə İdzusitito- Bonin adaları yerləşir.





Cənubi Asiya.

Xarici Asiyanın dəgər təbi - coğrafi hissələrindən fərqli olaraq Cənubi Asiya ümumiyyətlə Asiya qitəsinin böyük yarımadalar və ada qrupları ilə parçalanmış cənub və cənub - şərq hissəsini əhatə edir. Cənubi Asiyanın müasir relyefində qədim Alp - Himalay geosinklinalı sahəsində yaranmış alp qırışıqlığına aid edilən böyük dağ silsilələri, vulkan lavası ilə örtülmüş qədim platforma ( Hindistan ) sahələri, böyük qalınlığa malik alluvial çöküntülərdən əmələ gəlmiş geniş düzənliklər üstünlük təşkil edir. Tropik, subekvatorial və ekvatorial iqlim qurşaqlarında yerləşdiyi üçün Cənubi Asiya ərazisində havanın temperaturu il ərzində demək olar ki, 200-dən aşağı düşmür və burada temperaturun kəskin dəyişilməsi müşahidə edilmir. Bütün il boyu yüksək temperatura malik olan və kifayət dərəcədə rütubətlənən Cənubi Asiya ərazisi zəngin təbiətə malikdir. Asiya qitəsinin digər təbii - coğrafi hissələrindən fərqli olaraq, Cənubi Asiyanın ekvatorial qurşaqda yerləşən hissəsində zəngin və həmişəyaşıl meşələrlə yanaşı, insanın təsirinə az məruz qalmış geniş təbii landşaft sahələri üstünlük təşkil edir. Yuxarıda göstərilənlərlə yanaşı Cənubi Asiya həm də əhalinin daha çox məskunlaşdığı ərazi sayılır. Başqa təbii - coğrafi hissələrdən fərqli olaraq bu ərazinin müəyyən sahələrində təbii landşafta insanın təsiri hiss olunur. Bu cəhətdən Hindistan və Hind - Çin yarımadaları diqqəti daha çox cəlb edir. Subekvatorial və ekvatorial qurşaqda yerləşən böyük adalar qrupuna gəldikdə qeyd etmək lazımdır ki, bura Cənubi Asiyanın vulkan fəaliyyəti və fəal seysmikliyi ilə seçilən və təbii landşafta insanın az təsir göstərdiyi sahələrdən biridir.

Cənubi Asiya ərazisinin morfostruktur xüsusiyyəti, relyefi, iqlimi və təbii zənginliyini nəzərə alaraq onu aşağıdakı fiziki - coğrafi sahələrə ayırmaq olar. Bunlara: 1. Himalay dağları. 2. Hind - Qanq ovalığı. 3. Hindistan yarımadası. 4. Hind- Çin yarımadası. 5. Filippin aaları ilə birlikdə Malay arxipelaqı daxildir.

12.1. Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.

Afrika böyüklüyünə görə Avrasiyadan sonra materiklər arasında ikinci yerdə durur.Sahəsi 29,2 mln. km²,adalarla birlikdə 30,3 mln. km²-dir.Ucqar nöqtələri: şimalda Əl-Əbyad (Ras-Engela) burnu - 37°20' şm.en dairəsində (Kapblan burnu yaxınlığında),cənubda İynə burnu - 34°51' cənub en dairəsində,qərbdə Yaşıl burun (Amadi) - 17°33' qərb uzunluğunda, şərqdə Rashafun burnu-51°24' şərq uzunluğundadır.

Afrikanın coğrafi mövqeyinin başlıca xüsusiyyəti onun ekvatora nisbətən simmetrik yerləşməsidir.Engela burnu ekvatordan 4144 km,İynə burnu isə 3868 km məsafədədir. Ən geniş yerində Afrikanın eni 7500 km (Yaşıl burundan Qvardafuy burnuna qədər),cənubda isə 3100 km-dir. Маterik qərbdə Atlantik,şərqdə Hind okeanı ilə əhatələnir.Şimalda Aralıq dənizi onu Cənubi Avropadan,şimal-şərqdə Qırmızı dəniz Asiyadan (Ərəbistan yarımadasından) ayırır.Hələ III dövrün sonunda və IV dövrün əvvəllərində Atlas dağları Pireney yarımadası ilə,Tunis isə Siciliya adası və Appenin yarımadssı ilə bitişik olmuşdur.Hazırda Afrika Pireney yarımadasından ensiz (14 km) və dərinliyi 300 m olan Cəbəllüttariq boğazı,Ön Asiyadan isə Babəlməndəb boğazı (eni 26 km) ilə ayrılır.Şimal-şərqdə Süveyş kanalı açılana (1869-cu il) kimi eyni adlı bərzəx (eni 120 km) Afrikanı Asiya ilə birləşdirirdi.

Afrikanın sahil xətti zəif parçalanmışdır.Sahillər çox yerdə tektonik strukturlara uyğun olaraq düz xətlə uzanır.Sahil dayazlığı ensizdir.Buna görə Afrika sahillərində əlverişli körfəzlər və buxtalar,həmçinin yarımadalar və adalar azdır. Ən böyük körfəzləri şimalda Qabes və Sidra,qərbdə Qvineya,Benin və Biafra,cənub-şərqdə Frensis Bey,Alqoa,Delaqoa və Beyra buxtalarıdır.Kiçik buxtalar və adalara qərbdə Yaşıl burundan Palmas burnuna qədər,şərqdə isə Mombasa və Mozambik şəhərləri arasındakı sahildə rast gəlinir. Şərqdə Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant və Seyşel adaları, qərbdə Madeyra, Kanar, Yaşıl Burun, Annobon, San-Tome, Fernanada-Po, Merac (Vozneseniye), Müqəddəs Yelena, Tristan-da-Kunya adaları Afrikaya aiddir. Materikin ən böyük yarımadası Somalidir.

Beləliklə, Afrika üfüqi istiqamətdə olduqca zəif parçalanmışdır.Onun sahil xəttinin hər 1 kilometrinə 960 km² ərazi düşür. Adalar isə ərazisinin cəmi 2%-ni təşkil edir (Avropada 8,5%). Materikin daxili vilayətləri sahildən 1500 km içəridə yerləşir (Avropada bu məsafə cəmi 600 km-ə qədərdir).


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin