14.1. Afrikanın fiziki-coğrafi sahələri və vilayətləri.
Afrika qitəsinin morfostruktur sadəliyi və landşaftların zonal yerləşməsi onu başqa qitələrdən kəskin fərqləndirir və fiziki- coğrafi rayonlaşdırmanı asanlaşdırır. Bu qitədə fiziki- coğrafi sahələr böyük ərazi tutaraq çox vaxt bir yaxud iki landşaft zonasını əhatə edir və qitənin böyük morfostruktur sahələrinə uyğun gəlir. Fiziki- coğrafi sahə və vilayətlərin sərhədi əksər hallarda iqlim ( xüsusilə yağıntıların miqdarı ) sərhədlərinə müvafiq şəkildə keçirilir. Bəzən bu sərhəd morfostruktur sərhədlərə müvafiq olaraq keçirilir. Göstərilənləri nəzərə alaraq Afrikada aşağıdakı təbii- coğrafi hissələr və onların tərkibində isə fiziki- coğrafi sahə və vilayətlər ayrılır.
1.Şimali Afrika ( Atlas dağları, Böyük Səhra, Sudan yaylası və Şimali Qvineya ). 2. Mərkəzi Afrika ( Konqo çökəkliyi və kənar yüksəkliklər ). 3. Şərqi Afrikada ( Həbəşistan və Somali yaylası, Şərqi Afrika yaylası ). 4. Cənubi Afrika ( Cənubi Afrika yaylası, Madaqaskar adası ).
Şimali Afrika.
Şimali Afrika ekvatordan şimalda yerləşən daha geniş ərazisini əhatə edir. Bu təbii- coğrafi hissənin geniş sahənin dəniz və kontinental mənşəli çökmə süxurlarla örtülmüş qədim platforma sahəsi tutur. Alp qırışıqlığına aid edilən Atla dağları şimal- qərbdən qədim platforma sahəsinə yanaşır. Şimali Afrikanın müasir relyefində horst tipli yaylalar, geniş sahəni tutan tumlar və rütubətli iqlimin hakim olduğu dövrdən şahid qalan quru çay dərələri üstünlük təşkil edir. Şimali Afrikanın morfostruktur xüsusiyyəti, relyefi və iqlimini nəzərə alaraq burada üç fiziki- coğrafi sahəni ayırmaq olar. Bunlara: 1. Atlas dağları. 2. Böyük Səhra 3. Sudan yaylası və Şimali Qvineya daxildir.
Dostları ilə paylaş: |