1 Qərbi Avropa


Geoloji quruluşu və inkişafının əsas mərhələləri



Yüklə 101,8 Kb.
səhifə24/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   20   21   22   23   24   25   26   27   ...   63
imtahan vavablari FC

5.2. Geoloji quruluşu və inkişafının əsas mərhələləri.

Başqa qitələrdən fərqli olaraq Asiya bir neçə qədim platforma özəyinə malikdir. Şimalda Sibir platforması, mərkəzdə və şərqdə Çin platforması,cənubda və cənub-qərbdə Hindistan və Ərəbistan platformaları yerləşir. Bu platformalar arasında öz inkişafını paleozoy və mezozoyda qurtarmış geosinklinallar üzərində yaranmış geniş ərazi tutan cavan platforma və orogen sahələri vardır. Qitənin şərq və cənub-şərqində aktiv vulkanizm,güclü zəlzələlər və kəskin təzadlı tektonik hərəkətlər sahəsi olan müasir geosinklinallar mövcuddur. Asiya qitəsinin geoloji inkişaf tarixində aşağıdakı böyük mərhələlər ayrılır:Kembridən əvvəlki mərhələ,paleozoy, mezozoy və kaynozoy mərhələləri.

Kembridən əvvəlki mərhələdə Asiyada yerləşən platformaların qırışıq əsası yaranmışdır. Müasir üsullarla aparılan tədqiqatlara əsasən müəyyən edilmişdir ki, Sibir platformasındakı Annabar və Aldan qalxanlarında, Çin,Hindistan və Ərəbistan platformalarında ən qədim qırışıqlıq, Rus platformasında olduğu kimi, Saam qırışıqlığıdır. Aldan qalxanında Saam qırışıqlığı çox qalın (15-20km) geosinklinal çöküntü kompleksini əhatə etmişdir.

Beləliklə, Asiyanın kristallik və metamorfik süxurlardan ibarət platformaları kembridən əvvəlki dövrdə,təxminən 2 milyard 2200 mln.il davam edən arxey və proterozoy eralarında mürəkkəb geotektonik bir şəraitdə yaranmışdır.

Asiyanın paleozoy erası tarixində iki əsas mərhələ ayrılır:

1)aşağı paleozoy, yaxud kaledon qırışıqlığı mərhələsi

2)yuxarı paleozoy, yaxud hertsin qırışıqlığı mərhələsi.

Kaledon qırışıqlığı Asiyada az sahə tutur. Bu qırışıqlıq əsasən Sibir platformasının cənub,cənub-qərb, cənub-şərq kənarlarında (Sayan, Altay, Şimali Tyanşan, Nanşan dağlarında, cənub-şərqi Çində və mərkəzi Qazaxıstanda, Sibir və Çin platformaları arasındakı geosinklinallarda) olmuşdur. Qabaq Asiya yaylalarının özəyi kaledon qırışıqlığı zamanı yaranmışdır. Kaledon qırışıqlığı iki əsas mərhələdə baş vermişdir

Yuxarı paleozoyda Asiyanın geosinklinal sahələrində qüvvətli tektonik hərəkətlər nəticəsində hertsin qırışıqlığı zonaları əmələ gəlir. Bu qırışıqlıq özündən əvvəl olmuş kaledon qırışıqlığına nisbətən daha geniş sahədə baş vermiş, bəzi yerlərdə isə kaledon qırışıqlığı zonaları da tektonik hərəkətlərə məruz qalmışdır. Hertsin qırışıqlığı Uralda (qırışıqlıq Ural dağlarının müasir şərq ətəyindən 100-200 km. şərqə və 500km-ə qədər uzanan daha geniş bir sahəsində olmuşdur), Manqışlaqda, Taymırda, Mərkəzi Asiyanın geniş bir sahəsində, Tarim massivivindən cənubda Kunlun,Sinlin dağları zonasında qırışıq dağlar əmələ gətirmişdir.

Mezozoy erasında Asiyanın Tetis geosinklinalı zonasında əyilmə və dəniz şəraitində çöküntü toplanması davam edir. Qitənin geniş daxili hissələri kontinental şəraitdə inkişaf edir. Burada əhəmiyyətli dəyişikliklər baş vermir, əksinə, əvvəlki mərhələdə yaranmış dağların əksəriyyəti qüvvətli aşınır,geniş sahələr platforma rejimində inkişaf edir. Peneplenlər əmələ gəlir.

Asiyanın geoloji inkişafında kaynozoy erası xüsusi bir mərhələ kimi ayrılır. Bu era geoloji hadisələrlə olduqca zəngindir. Bu vaxt tektonik hərəkətlər istər alp geosunklinalı sahəsində, istər qədim platformalarda və həmçinin qitənin şərq “Sakit okean odlu dairəsinə “aid olan hissəsində böyük qüvvə ilə özünü göstərmişdir. Asiyanın Alp qırışıqlığı zonalarının kaynozoy tarixində iki əsas mərhələ:

1) Alp qırışıqlığı,

2) Orogen mərhələ (axırıncı aktivləşmiş platformalara da aid edilir) ayırmaq mümkündür. Əvvəlki eralarda geosinklinal rejimə malik olan Alp geosinklinalı (Tetis və Alp geosinklinalı sinonim kimi işlədilə bilər ) qapanır. Bu dövrdə həm qırışıqlıq,həm də orogen fazalar əsasən başa çatır. Bu zonanın meqantiklinoriumlarının mərkəzi hissələri hələ mezozoyun axırlarında inversiyaya başlamışdır. Paleogendə isə Alp geosinklinalında əsas qırışıq zonalar yaranır. Qabaq Asiyanın aralıq massivlərini (Anadolu və İran yaylaları) şimaldan və cənubdan əhatə edən qırışıq,qırışıq-faylı dağ silsilələri əmələ gəlir(şimalda Pont, Kiçik Qafqaz, Talış, Əlburz, Kopetdağ, Pamir;cənubda Tavr, Zaqros, Süleyman dağları). Hindiquş, Himalay və Birma dağlarında həm güclü qırışıqlıq,həm də şaquli qalxma gedir. Alp qırışıqlığının əsas mərhələsi zamanı qalxmaqda olan silsilələr arasında və ətəyində yaranan çökəklərdə dəniz və qismən kontinental çöküntülər toplanır (aşağı molass çöküntüləri),daxili zonalarda qüvvətli vulkan püskürmələri baş verir.

Ümumiyyətlə, Asiya qitəsi üçün materik tipli yer qabığı xarakterikdir. Lakin, şərqi Asiyanın müasir geosinklinal qurşağı sahəsində yer qabığı kontinental və okean tipli qabıq arasında keçid təşkil edir. III və IV dövrdə bu qurşağın yer qabığı quruluşunda böyük dəyişikliklər baş verir. Görünür həmin qurşağın yüksək dərəcədə oynaqlığı, burada güclü müasir vulkanizm və zəlzələlərin baş verməsi yer qabığında və mantiyada gedən hadisələrlə bilavasitə əlaqədardır.

Qitədə yer qabığı müxtəlif qalınlığı böyük tektonik və orfoqrafik sahələrin konturuna müvafiq şəkildə paylanmışdır. Ön Asiyanın dağlıq yaylalarında, Mərkəzi Asiyada və Sibirin dağlıq və yüksək yaylaları sahəsində yer qabığının qalınlığı 45km-dən artıqdır. Bu rəqəm Tibetdə 55-65 km, Pamir, Tyan-Şan dağlıq sahəsində 70 km-ə qədər artır. Qitənin platforma yaylalarında (Ərəbistan,Hindistan) və düzənliklərində (Qərbi Sibir,Şərqi Çin və s.) yer qabığı qalınlığı 35-40-50 km-ə çatdığı halda, dənizlərdə 10-15 km-ə qədər azalır. Hər yerdə materik tipli yer qabığı ilə okean tipli yer qabığı arasında sərhəd kəskin, keçid zona isə çox ensizdir. Bütün bu xüsusiyyətlər relyefdə də özünü aydın göstərir.


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin