3. İsbat. İsbatın məqsədi qurma nəticəsində alınan fiqurun məsələnin şərtində verilən bütün tələbləri ödədiyini göstərməkdən ibarətdir.
4. Araşdırma. Həllin bu mərhələsi
a) məsələdəki verilənlərin hər bir qiymətində məsələnin həllinin olub-olmadığını, əks halda verilənlərin hansı qiymətlərində məsələ həllinin olduğunu, hansı qiymətlərində isə məsələ həllinin olmadığını müəyyən etməkdən;
b) hansı şərt daxilində məsələnin bu və ya digər sayda müxtəlif həllinin olduğunu göstərməkdən ibarətdir. Bəzi məsələlərdə araşdırmanın nəticəsi əvvəllərdə həll olunmuş və araşdırılmış uyğun məsələyə istinad edilmiş şəkildə verilə bilər. Qeyd edək ki, məsələ həllinin ciddi araşdırılması, bütün xüsusi halları nəzərdən keçirməyi tələb edir.
Dostları ilə paylaş: |