1. Qurma məsələsi. Konstruktiv həndəsənin aksiomlar sistemi



Yüklə 97,31 Kb.
səhifə6/9
tarix10.05.2022
ölçüsü97,31 Kb.
#57266
1   2   3   4   5   6   7   8   9
10- 1həndəsi qurmalar

1. Analiz

2. Qurma

3. İsbat

4. Araşdırma

1. Analiz. Bu, məsələ həllinin hazırlıq mərhələsidir. Analiz, qurma məsələlərin həlli yolunu tapmağa imkan verir. Analizdə məqsəd, verilən fiqurun elementləri ilə axtarılan fiqurun elementləri arasında elə münasibət yaratmaqdan ibarətdir ki, bununla axtarılan fiquru qurmaq mümkün olsun. Ona görə də əvvəlcə məsələni həll olunmuş və tələb olunan fiquru qurulmuş hesab edib, onu təqribi çəkirlər. Sonra, çəkilən köməkçi çertyoj üzərində verilənləri və tələb olunanları qeyd edirlər. Verilənlərlə tələb olunanlar arasındakı asılılıqları müəyyən edərək, tələb olunan fiqurun qurulma yolunu müəyyənləşdirirlər. Qeyd edək ki, köməkçi çertyojda verilən elementləri və axtarılan əsas elementləri ayırmaq lazımdır. Məsələn, iki a, b tərəfi və üçüncü tərəfə çəkilmiş mc medianına görə üçbucaq qurmaq lazımdırsa, onda əvvəlcə ixtiyari üçbucaq çəkib, sonra məsələdə verilənləri qeyd edərək,

-CM medianını çəkirik.

-CM şüası üzərində CM = MD parçası ayırsaq, tələb olunan üçbucağı qurmaq üçün BCD üçbucağını qurmaq lazımdır: BD = b olduğundan,

- BCD üçbucağı a, b, 2mc tərəflərinə görə (yəni üç tərəfinə görə) asanlıqla qurulur.

Sonra BM medianını çəkib BM şüası üzərində BM = MA parçasını ayırsaq, onda ABC üçbucağı tələb olunan üçbucaq olar.

Məsələnin analiz mərhələsində aşağıdakıları nəzərə almaq lazımdır:

a). Köməkçi çertyojda, verilən və axtarılanlar arasında lazımı əlaqə yaratmaq mümkün olursa, onda çertyoja köməkçi fiqurlar daxil etmək məqsədəuyğundur. b). Məsələnin şərtində parça və ya bucaqların cəmi və ya fərqi verilmişsə, onda bu kəmiyyəti köməkçi çertyoja daxil etmək lazımdır.

2. Qurma. Həllin bu mərhələsi analiz nəticəsində məsələnin həlli üsulu müəyyən olduqdan sonra, həmin bu üsulla tələb olunan fiqurun qurulmasından ibarətdir. Qurma, məsələnin şərtində qeyd olunmuş alətlər vasitəsilə yerinə yetirilir; əgər məsələnin şərtində belə qeyd olmazsa, onda qurma üçün daha çox əlverişli olan alətlər götürülür.


Yüklə 97,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin