İki (və ya daha çox) fiqur qurulmuşsa, onda bu fiqurların birləşməsi də qurulmuşdur.
İki və ya daha çox fiqurlardan heç olmazsa birinə daxil olan bütün nöqtələr çoxluğuna bu fiqurların birləşməsi deyilir. Fiqurların birləşməsi F1 + F2 və ya F1 υ F2 kimi işarə edilir.
İki fiqur qurulmuşsa, onda onların fərqinin boş çoxluq olub-olmadığını müəyyən etmək olar.
F1 fiqurunun F2 fiquruna aid olmayan bütün nöqtələri coxluğuna F1 və F2fiqurlarının fərqi deyilir. F1 və F2 F1 \F2 kimi işarə edilir.
İki qurulmuş fiqurun fərqi boş çoxluq deyilsə, onda həmin fərq qurulmuşdur.
İki fiqur qurulmuşsa, onda onların kəsişməsinin boş çoxluq olub-olmadığını müəyyən etmək olar.
İki və ya daha çox fiqurlardan heç olmazsa birinə daxil olan bütün nöqtələr çoxluğuna bu fiqurların birləşməsi deyilir. Fiqurların birləşməsi F1∩ F2 kimi işarə edilir.